Qərib sənətkar .....                        Sürücülərin nəzərinə .....                        “Xankəndi” kitabı işıq üzü görüb .....                        “Ədalət axtarma sən bu dünyada” .....                        Hava proqnozu- Əhalinin nəzərinə .....                        21 saatlıq danışığın sonu .....                        Dil tarixinə dair praktikum .....                        Hörmüz tezliklə açılacaq - Tramp .....                        İranla işimiz bitməyib - Netanyahu .....                       
Tarix : 14-04-2017, 18:33
Prezident Azərbaycanın pravoslav xristian icmasını təbrik edib

Prezident İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını təbrik edib.

Butov.az-ın APA-ya istinadən məlumatına görə, təbrikdə deyilir: "Hörmətli həmvətənlər!

Sizi müqəddəs Pasxa bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə can sağlığı, xoşbəxtlik arzulayıram!

Yüz illər boyu Azərbaycanda yaşayan müxtəlif xalqlar arasında ənənəvi dostluq və qardaşlıq münasibətləri mövcud olmuş, ayrı-ayrı dinlər və etiqadlar qarşılıqlı hörmət və etimad şəraitində fəaliyyət göstərmişdir. Bu gün ölkəmiz dünyada nümunəvi tolerantlıq və multikulturalizm məkanı kimi tanınır. Biz bunu milli dövlətçiliyimizin böyük uğuru kimi qiymətləndirir, tarixi-mənəvi irsin və etnik-mədəni müxtəlifliyin qorunmasını, multikultural ənənələrə söykənən ictimai münasibətlərin təbliğini və təşviq edilməsini fəaliyyətimizin başlıca istiqamətlərindən biri hesab edirik.

Təsadüfi deyildir ki, bütün bəşəriyyət üçün xüsusi aktuallıq kəsb edən sivilizasiyalararası və dinlərarası dialoq problemlərinə həsr edilmiş mötəbər beynəlxalq tədbirlərin son illər bizim ölkəmizdə keçirilməsi artıq ənənə halını almışdır. Müasir mərhələdə milli azlıqların dil və mədəniyyətinin inkişafı, etnik-dini müxtəlifliyin, tarixi-mənəvi irsin qorunub saxlanması Azərbaycan dövlətinin xüsusi diqqət və qayğı ilə yanaşdığı məsələlərdəndir və biz bu sahədə səylərimizi gələcəkdə də davam etdirəcəyik.

Azərbaycan tarixən olduğu kimi, bu gün də dilindən, dinindən, milli mənsubiyyətindən asılı olmayaraq, burada yaşayan hər kəs üçün doğma vətəndir. Ümidvaram ki, xristian həmvətənlərimiz müstəqil Azərbaycan Respublikasının qarşısında duran mühüm vəzifələrin yerinə yetirilməsi, cəmiyyətdə vətəndaş həmrəyliyinin, ictimai-siyasi sabitliyin bərqərar olunması yolunda bundan sonra da əllərindən gələni əsirgəməyəcək, xalqımızın xoşbəxt gələcəyi naminə öz səylərini daha da artıracaqlar.

Yeniliyin, əmin-amanlığın, həmrəylik və mərhəmət duyğularının rəmzi olan Pasxa bayramı hər il Azərbaycanda təntənə ilə qeyd edilir. Bu əziz gündə sizə xoş bayram ovqatı, ailələrinizə sevinc və rifah arzulayıram.

Bayramınız mübarək olsun!"


Paylaş



Bölmə: Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!