UEFA AVRO-2024-lə bağlı qərar qəbul etdi .....                        Biz tam eyni tədbirləri görürük və qırmızı xətləri keçmirik - Prezident .....                        Prezident Azərbaycanın uğurlarının səbəbini açıqladı .....                        Ceyhun Bayramov Çexiyadakı çıxışı zamanı geri qaytarılmış kəndlərdən danışdı .....                        Azərbaycan çempionatının qalibi müəyyənləşdi .....                        İtkin düşən qadının meyiti tapıldı .....                        İlham Əliyev quru sərhədləriylə bağlı önəmli açıqlama verdi .....                        Qonşularla əla münasibətlər qura bilmişik - İlham Əliyev .....                        Magistraturaya ikinci cəhd qəbul imtahanı keçiriləcək .....                       
Tarix : 20-04-2015, 12:58
“Atılmış” mələklər…
Aytən Nazimqızı
Səndən imtina edəndə 19 yaşım vardı. Həyat o qədər sadə idi ki, mənim gözümdə. Ona görə də vicdanım belə sızlamadı səni “küçəyə atanda”… Ana olduğum çatmırdı mənə, analıq hissi verilməmişdi elə bil mənə. Necə bu qədər qəddar ola bilərdim ki? Bəlkə də həyat məni belə qəddar olmağa vadar etmişdi. Müqəvva idim sanki. Əksinə, sevinirdim səndən canımı qurtardığım üçün. Üstümdən yük qalxmışdı sanki. Səndən qurtulmağın sevincini yaşayarkən bir taksi dayandı qarşımda. Son dəfə arxaya dönmək istədim sənə baxmaq üçün. Amma nədənsə dönə bilmədim. Qeyri-ixtiyari halda taksiyə mindim… Sürücü maşının güzgüsündən diqqətlə məni izləyirdi, sıxıldım onun baxışlarından. Nəsə anlayacağından qorxdum və gözlərimi qaçırtdım, yola davam etməsini söylədim.
Maşın boş küçədə irəliləyirdi və sanki məni narahat edən nəsə var idi, nə olduğunu başa düşmürdüm. Əksinə, xoşbəxt olmalı idim və bir neçə dəqiqə öncəsinə qədər də özümü xoşbəxt hiss edirdim, bəs indi nə oldu? Fikrimi dağıtmağa çalışaraq gedəcəyim ünvanı söylədim sürücüyə. Otelin önünə çatan zaman sürücü yenidən gözlərini mənə zillədi, o qədər mənalı baxırdı ki, sanki nəsə anlamağa çalışırdı. Mən bu baxışlardan sıxılaraq cəld çantamdan pul çıxardaraq ona uzatdım. Dərhal maşından düşüb evin giriş qapısına yaxınlaşdım. Otağıma çatıb, yatağa uzandığım zaman nəsə əksiklik və narahatlıq vardı içimdə. Yenidən özümü ələ alıb, fikrimi dağıtmağa çalışdım. “İsti qəhvə içsəm keçər” deyə düşündüm. Radio açıq idi. Həzin musiqi sədaları altında içdiyim qəhvə məni olanları düşünməyə vadar edirdi sanki və mən yenə də öz vicdanımın mühakiməsindən qaçmağa çalışırdım… Bu zaman çöldə əsən külək otaqda tükürpədici uğultu yaratdı. Bayaqdan keyimiş bədənimin necə üşüdüyünü indi hiss edə bildim, isti qəhvənin təsirindən. Bu vaxt ağlıma sən gəldin-mənim üç aylıq körpəm. Qeyri-ixtiyari ayağa qalxdım və qapıya tərəf addımladım. Sonra yenə ayaq saxladım, “sən bir qərar vermisən, arxasında durmalısan, Aylin!”
Və beləcə daha bir körpə küçəyə atıldı! Daha bir körpə anasız qaldı! Daha bir körpə doğulduğu üçün gələcəkdə özünə lənət oxuyacaq! Daha bir körpə hər gün uşaqlar evində, pəncərənin önündə ana-ata yolunu gözləyəcək! Daha bir körpə günahsız günahının bədəlini ödəyəcək! Daha bir körpə içində olan kin-nifrətlə böyüyəcək!Daha bir ana-ata peşman olacaq! Geri addım atmaq istəyəcək. Amma bacarmayacaq.
Bu yazdıqlarım mənim təxəyyülümdəki bir obrazın ətrafında cərəyan edən hadisələrdir, amma əslində onun kimi milyonlarla qadın var. Kimiləri istəmədən, kimiləri isə vecsiz olaraq körpələrini “atırlar”. Mən mühakimə etmirəm onları. Onların da özlərinə görə səbəbləri var bəlkə də. Məcburiyyət qarşısında olub uşaqlarından vaz keçənlərə hardasa bir faiz də olsa haqq qazandıra bilərəm. Amma belələrinə əsla! Öz körpəsini qəddarlıqla çölə atan birisi ana adına layiq deyil mənim dünyamda…
Kimiləri məni qınaya bilər, kimiləri etiraz edər, hörmətlə yanaşıram. Bu mənim subyektiv fikrimdi. Sadəcə olaraq bir anlıq, bircə anlıq özünüzü mənim obrazım “Aylin”nin yerinə qoyun. Bir anlıq düşünün. Dəyərmi? Gec-tez peşman olacağınız günahları etməkdən çəkinmək lazımdır. O atılmış, günahsız mələklərin ahı nə vaxtsa tuta bilər sizi… O mələklərə sahib çıxın, vaxt gələr onlar da sizə sahib çıxar… O zaman onlar “atılmış” mələklər olmayacaq…
Ümid edirəm ki, bu yazımı nə vaxtsa genişləndirib, işıqlandıra və çox insanın oxumasına vəsilə ola bilərəm. Ümid edirəm ki, “atılmış” mələklərin sayını azaltmaqda bir faiz də olsa köməyim dəyər. Çox ümid edirəm…


Paylaş



Bölmə: Köşə / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!