Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
Tarix : 8-01-2015, 17:27
YUXU

Ulu Tanrı Yer üzünün əşrəfi insanı xəlq edəndən bəri yəqin ki, hamı yuxu görür. Yuxularının sonradan gerçəkləşdiyinin şahidi olan insanlar da yetərincədir. Tarixin başlanğıcından üzü bəri fironların, şahların və milyonlarla tanınmış şəxsiyyətlərin haqqında yazılan kitablarda da yuxular haqqında geniş söhbət açılır. Elə mən də az- az olsa da bir-birindən fərqli yuxular görürəm. Hələ körpə yaşlarımda gördüyüm yuxuları demirəm. Mərhum valideyinlərim- anam Dilşadın və atam Ağaxanın dəfələrlə məni qorxunc yuxular gördüyüm zaman oyatdıqları lap yaxşı xatirimdədir.
Valideyinlərim bəzən, mənə gördüyüm yuxuları onlara, bəzən isə ancaq axar suya danışmağımı tövsiyyə etdiklərini də unutmuram. Elə bu günlərin söhbətidir. Uzun illərdən bəri tanıdığım dostum Əli Zeynalovu gördüm. Onunla kef- əhval tutduqdan sonra Əli müəllimin bir az narahat, fikirli olduğunu, dərin xəyallara daldığını sezdim. Dostumla isti və səmimi münasibətimiz olduğundan onun pərişan görünməyinin səbəbini bilmək istədim. Əli müəllim dedi:
- Qardaş, kəndimizdən uzaq düşdüyüm bu iyirmi ildə demək olar ki. az- az yuxu görürəm. Yuxularda dünyaya göz açdığım, daşı, qayası, çınqılı üstündə ayaqyalın gəzdiyim kəndimizi və çox da təmtəraqlı olmayan, kürəyi dağlara söykənən, iki çayın qovuşduğu yerdə olan evimizi görürəm. Dünən gördüyüm yuxu da lap qəribəydi. Yuxularım məni yenə də kəndimizə aparmışdı. Bu rəngli yuxumda füsunkar təbiəti ilə göz oxşayan, dağlar qoynunda yerləşən yurdum Kəlbəcərə qayıtmışdım. Ömrümün növraq çağı idi.Bəm-bəyaz dağlar,soyuqlu-sazaqlı qış, sümüküşüdən külək artıq geridə qalmışdı. Təbiət oyanmışdı.Tər bənövşə kol dibindən boylanmağa başlamışdı .Burada dünyanın rəngləri bir-birinə qarışmışdı. Bu günki yuxumun fərqi təkcə onda idi ki, mən rabitəçi ola- ola bu dəfə rayon mərkəzindən əlli kilometr aralıda yerləşən, doğulub boya- başa çatdığım kəndimizdəki Ağcakənd orta məktəbinə direktor təyin olunmuşdum. Özü də, Novruz bayramı ərəfəsi idi. Erməni faşistlərinin törətdikləri vəhşilik nəticəsində yerlə- yeksan olan evlərimizlə yanaşı məktəbimiz də sökülüb- tökülmüşdü. Sanki dünyanın nizamı kəndimizdən pozulmağa başlamışdı. Amma yeri-göyü Yaradanın lütfündən bu gözəllik susmamışdı. Uzun illər buralarda bir insan nəfəsinin olmamasına, bir kəsin yaşamamasına baxmayaraq, elə bil ki. ötən zaman ərzində kəndimizdə həyat davam etmişdi. Örüşdəki mal- qaranın, qoyun- quzunun səsi. Bulaqların həzin şırıltısı, çayların zümzüməsi. Quşların xoş nəğməsinə qoşulmuşdu. Mən də ki, ağ atlı oğlan kimi bu gözəllikləri seyr edirdim. Nəvələrim Emin və Zeynəblə yanaşı təzəcə məktəbə gedən nəvəm Nərmin də göy çəməndə çiçəklərə bürünüb sevinirdi. Vaxtilə məktəbimizə rəhbərlik edən 75 yaşlı Yaqub müəllimlə yanaşı qocaman müəllimlərim- Müzəffər, Qənaət, Zeynalabdin kişi eləcə də qadın müəllimələrdən Xalidə xanım və Gülşən xanım da mənimlə yanaşı, körpə uşaq kimi yeni dərs ilnin başlanmasını səbrsizliklə gözləyirdik. Qış yuxusundan yenicə oyanmış təbiətin heyranlığı başımı elə qatmışdı ki, indi oğlanlarım Azər və Samiri də unutmuşdum. Sanki özüm də körpələşmişdim. Xəyallarımdan bir az uzaqlaşmışdım ki, məktəbin həyətini gəzim. Elə bu anda vaxtilə qardaşım Şamo ilə payızda meyvəsini daddığımız iri armud ağacı gözümə dəymədi. Uşaqlıq xatirələrim sanki bir anlıq gözümün qarşısından gəlib keçdi. Xəyallarım məni çox uzaqlara apardı. Mən və mənim həmyaşıdlarım olan uşaqlar da məktəbin qabağında bu nəhəg armud ağacının olmamasını görüb çox məyus olmuşdular. Özümü çox pis hiss edirdim. Halım yaman dəyişmişdi. Artıq ayaqlarım da sözümə qulaq asmırdı. Məktəbin həyətində gözümə sataşan daşın üstündə oturdum. Qardaşım Şamo mənim belə kövrəlməyimin, pərişan olmağımın səbəbini soruşdu:
Qardaşım Əli, sənə nə olub belə, niyə pərişansan, niyə belə kövrəlmisən -dedi.
Başımı qaldıranda oğlanlarım Azər və Samir də mənim bu kövrəkliyimdən məyus oldular. Şamo üzümə baxıb çox asta səslə:
- Ay Əli, sənə nə oldu axı?- deyib mehriban şəkildə əlini çiynimə qoydu.
- Görmürsən ki, uşaqlığımızdan yadigar olan armud ağacının yeri boşdu. Yerində isə sadəcə yanıb külə- dönmüş izlər var. Zalım oğlu erməninin atdığı qrad ağacı yerlə- yeksan edib. İnşallah gördüyün bu ağacın yerində elə yenə armud əkəcəyəm.
Yuxudan ayıldım. Oyanıb qaralmış ağacın kədəri hələ də ürəyimdədir. Mən onu yamyaşıl qoyub getmişdim. Indi anladım ki, bəlkə onu qrad yox, elə bizim həsrət bu kökə salıb. Elə bil ikinci dəfə kəndi itirdim. Birinci dəfə aprelin biri 1993-cü ildə. Ikinci dəfə, bir neçə gün əvvəl.
Mən də kədərləndim. Dedim:
-hər yuxunun bir xeyri var. Alla bu yuxunu da xeyrə calasın.
-Elədir - o da razılaşdı. Amma gözündəki kədəri görüb anladım kişi çıx kövrəlib. Nədənsə, Dədə Şəmşirin bir neçə misrasını xatırladım.
“Mərd ata-mərd oğul”- el misalıdı
Igidin ürəyi öz mahalıdı.
Kişinin əzası qarışmalıdı,
Ölən günü torpağına Vətənin!
Mübariz Süleymanlı
KƏLBƏCƏRDƏ
Başı qarlı dağlarım,
Buz sulu bulaqlarım,
Qıvraq gənclik çağlarım,
Qalıbdı Kəlbəcərdə.

Aşıq Şəmşir babamız,
Elimiz, mərd obamız,
Közü sönməz sobamız,
Qalıbdı Kəlbəcərdə.

Babamın köhlən atı,
Nənəmin pay, sovqatı,
Söylədiyim bayatı,
Qalıbdı Kəlbəcərdə.

Bulaq üstə tel hörən,
Məni yüz yol öldürən,
Dərdlərini böldürən,
Qalıbdı Kəlbəcərdə.

Dərələrin gur səsi,
Çayların zümzüməsi,
Sanki sevgi nəğməsi,
Qalıbdı Kəlbəcərdə.

Qılınclı, Almalıqla,
Ağcakənd Ağdabanla,
Dərələrim dumanla,
Qalıbdı Kəlbəcərdə.

Mizrabım da, sazım da,
Gur səsim, avazım da,
Payızım da, yazım da,
Qalıbdı Kəlbəcərdə.

Güneyim Quzeyimlə,
Tarixim muzeyimlə,
Qara sazım neyimlə,
Qalıbdı Kəlbəcərdə.
Mübariz Süleymanlı


Paylaş



Bölmə: Mədəniyyət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!