Hikmət Hacıyev ADA-da COP29-dan danışdı .....                        Qazax sakinləri 4 kəndin qaytarılmasını böyük sevinvlə qeyd etdilər .....                        NATO müttəfiqləri Ukraynayla bağlı razılığa gəldi .....                        İstanbulda torpaq sürüşməsi baş verdi .....                        “Nərimanov” stansiyasında bədbəxt hadisə .....                        Aİ Qazaxın 4 kəndinin qaytarılmasını alqışlayır .....                        Sadiq Qurbanov nüfuzlu beynəlxalq tədbirdə məruzəçi olub .....                        Martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olundu .....                        Milli Məclisin plenar iclasında nələr müzakirə olundu.. .....                       
Tarix : 22-01-2016, 11:47
Bəsdi yatdın, ey müsəlman!

Məzahir Həbib


16.11.2015 tarixində Türkiyənin Antalya şəhərində G-20 toplantısına 60 yük, 30 minik maşını və adəti üzrə böyük heyətlə gələn Səudiyyə Ərəbistanının Kralını bu təmtəraqlı gəlişi mənim diqqətimi cəlb etdi:

Toxun acdan xəbəri olmaz deyiblər. O ki var doyunca yeyib-içən, gecəni qu tükündən yataqda yatan Kralın Afrikadakı acından Avropaya yayılmış suriyalı qaçqın və digər dərdləri heç cür bitməyən müsəlmanlardan nə xəbəri ola bilər ki?! Bunun yanında bir vicdanlı adam yoxdurmu ki? Buna dünyanı başa sala, dünya liderləri kimi sadə şəkildə gəl-get deyə, ey mənim oxucu ata, ana, bacı-qardaşım! Siz deyin, bir günlük görüşçün bu qədər təmtəraqlı gəlişə ehtiyac vardımı?
G-20 toplantısının nəticələrini gördükdə isə ağlıma bir lətifə gəldi. Bir kasıb borcdan-xərcdən edib, iş qurmaq, çox qazanmaq məqsədilə əkin əkib, həvəslə becərir. Bostanın məhsulları yetişhayetişdə gecənin bir vaxtı göy gurlayıb, yağış yağır. Sel kişinin məhsullarını yuyub aparır. Arabir şimşək çaxıb, ətrafını işıqlandırdığını görən zavallı: - Ey Allah, nə məhsulum vardı, yuyub apardın. İndi də işıq salıb baxırsan ki, yerində bir şey qalıb, ya yox, - deyir. Bax, bu G-20 toplantısına gələnlər də eynən, belə baxırdılar ki, görək Suriyada bir şey qalıb, ya yox?!.
Əslində, elə bizim də problemlərimizin təməlində qeyd etdiyim və qeyd edəcəyim məsələlər durur. Bəzi beynəlxalq sözlər dilə daxil olarkən tərcümə olunub lüğətə salınır. Mənası mənim kimi elmdən, siyasətdən xəbərsiz vətəndaşlara izah edilir. Bu sözlərdən biri bu gün daha çox işlənən mənası çoxlarına məlum olmayan qloballaşmadır. Bu sözün mənasını lüğətdə axtarıb özünü yorma, ey mənim özüm kimi bisavad qardaşlarım! Mən sizə izah edim.
Bir zamanlar dahi yazıçılar, dramaturqlar əsərlər yazar, yazılan əsərlər dünya xalqlarının dillərinə tərcümə olunar, səhnələşdirilib aktyorlar tərəfindən səhnədə oynanar, köhnə kişilər bir neçə yüz nəfərlik zalda əyləşər, zalda baxardı. Bu tamaşaların ölüm səhnələrində əldəqayırma silahla aktyor rol gərəyi öldürülər, ölmüş aktyorun necə durub getməsini tamaşaçılar görməsin deyə, pərdə çəkilər, ölmüş aktyor durub gedərdi. Qloballaşma bu köhnə səhnə adətini dəyişdi. İndi əsər bir neçə millət tərəfindən yazılıb, siyasətçi liderlər tərəfindən səhnələşdirilib, ərəb dilində deyilən bir neçə sözlə tərcümə edilib, yalnız və yalnız müsəlman dövlətlərində güclü dünya dövlətlərinin sponsorluğu ilə müsəlmanlar tərəfindən oynanılır. İndi bu rollarda oynamaq üçün də peşəkar aktyor olmağa ehtiyac yoxdur. Sadəcə verilmiş bir neçə silah, bir qara bayraq, bir də ərəb dilində bir neçə kəlmə söz dedinmi əsl aktyor, əsl rol iştirakçısısan. Bu tamaşalara baxmaq üçün dünya insanlarının daha klublara getməyinə ehtiyac qalmır. Hər kəs bu tamaşalara işinin üstündə əlindəki telefonda, diziüstə bilgisayarda, evdə televizorda canlı olaraq baxırlar. Aktyorlar öldükdə isə, daha pərdə çəkilmir. Aktyor özü durub gedə bilmədiyi üçün hər kəsin gözü önündə başqaları sürüyüb aparırlar.
Qardaşım, bax, qloballaşma deyilən zad hər şeyin süniləşdiyi bir vaxtda ölüm səhnələrinin təbiiləşdiyi bir şeydir:
Dağıl dünya, insanların gündən-günə yolun azır,
Gör nə günə qalmısan ki, şeytan səndə qanun yazır.
Gizlində qan tökən cəllad, aşkarlıqda sülh yaradır.
Olub sülhün təmsilçisi silah satıb, ara qatan,
Bəsdi yatdın, ey müsəlman, ayıl, oyan!


İndi isə gələk ölkəmizdə arabir baş verən təsadüfi olmayan dini və siyasi hadisələrə. Düşünək, bizi xalq içində xalq, dövlət içində dövlət, din içində din yaratmağa, parçalamağa vadar edən nədir və kimlərdir? Ey din adı altında ölkədə qarışılıqlıq salıb Azərbaycanda İraq, Misir "yaradıb" Suriyaya çevirmək istəyən vətəndaş! Əgər bu yola saf qəlblə Allah üçün gedirsənsə, yazdıqlarımı sona qədər oxu və düşün. Sonra müqəddəs kitabımız olan Quranı dönə-dönə oxu. İnanıram ki, oxuduqlarının sənə xeyri olmasa da, inşallah, zərəri də olmaz. İstər birlikdə müzakirə edək, istərsə də hər birimiz kənara çəkilib vicdanımızla qarşı-qarşıya oturub öz-özümüzə tək bir sual verək: mən nə istəyirəm? Cavablar çox olacaq. Bunlardan ən çox işlənən cavablardan biri də vəzifə olacaq. Bu sualdan daha bir sual doğacaq: Bu işə təyin edilsəm, mən bu işin öhdəsindən layiqincə gələ biləcəyəmmi? Bu sualın cavabını hər kəsin öz vicdanına buraxıram. Çünki, hər kəs özündəki qabiliyyətə hamıdan yaxşı bələddir. İnsan adlı varlığın dünyada yaşaması üçün ona lazım olanlardan bizdə, yəni Azərbaycanda nələr var, nələr yoxdu? Köhnə kişilər demiş, acsan-susuzsan, paltarın yoxdu, qısacası nəyin çatmır? Ey nə istədiyini bilməyən, kimlərinsə istəklərini yerinə yetirən vətəndaş! Bəs sənə nə gərəkdir? Bəs nə istəyirsən? Ey kor-koranə siyasətə atılmaq istəyən Vallah, bu siyasət deyilən dəryadır ki, ora çoxları üzərəm deyib girib, məhv olan olub, bir təhər canlarını qurtaranlarsa, canını qurtardığı üçün şükür edib, bu dəryadan uzaqlaşıb. Bu siyasət adlanan dəryanın suyunu artıb-azaldan, istədiyi zaman tufanlar yaradıb qaniçən əjdahalardan xəbərin varmı? Bu cür kor-koranə siyasətə atılanları məclisdə əyləşənlərin istəyini yerinə yetirib səsi olmadığı halda oxuyan şöhrətpərəst sərxoşla müqayisə daha uyğun olar. Uzağa, keçmiş əsrlərə getməyək, çox şükür Allaha, elm və texnikanın sayəsində bu gün dünya əlimizin içində, gözümüzün önündədir. Dünyadakı hadisələri anında izləyə bilirik. Yaxın Şərq dövlətlərinin son on illik tarixinə qısa nəzər yetirsək, onların istədiklərini bilmirəm, bildiyim odur ki, istəmədiklərini qazandılar. İstədikləri nə idi, nə qazandılar? Heç nə! Bəs nə itirdilər? Hər şey!
Dünyanın siyasi gedişini izləyən normal, ağlı başında olan hər kəs az öncə qeyd etdiyim əjdahaların kimliyini və istədiklərini bilirlər. Bu yırtıcıların dövlətlərə vurduqları yaraların sağalması üçün bir neçə yüz illiklər gərəkdir. Bu sağalmaz yaralara Əfqanıstanı, Fələstini bugünkü İraqı, Suriyanı və digər onlarla müsəlman dövlətini nümunə göstərmək olar. Bu gün bu dövlətlərin yaşadıqlarını bizim xalqa hələ bir neçə əsr öncə yaşadıblar. Ermənistan adlı oyuncaq dövlət yaradılanda Türkmənçay, Gülüstan və onlarla qeyd edə bilmədiyimiz yaralar da bu yaralardan deyilmi, ey mənim qan qardaşlarım?!
Xalqımıza vurulan bu yaralardan sonuncusu isə hələ sağalmayan Qarabağ və ətraf rayonların yaralarıdır. Əgər çarə edə bilirsənsə, əsrlərlə bölünüb parçalanan, canına yeyiltməcə salınıb kəsilə-kəsilə kiçilən Qərbi, Cənubi, Şimali adlanan, qəlbimizə Quzey həsrəti, Güney həsrəti salan, özgələrinin əlləri ilə zaman-zaman çırmanaraq Xəzərə doğru yığılan vətənin dərdlərinə çarə elə.
"Bütöv Azərbaycan" qəzeti
20 yanvar 2016-cı il


Paylaş



Bölmə: Köşə / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!