Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                       
Tarix : 10-04-2015, 17:31
Səhnə arxasında bağlanan yara

Habil Xanlarov: “Əlimin yarasını səhnənin arxasında bağladılar və mən qaldığım yerdən rolumu ifa etməyə başladım”.
Mühasibim Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatırının ali dərəcəli aktyoru Habil Xanlarovdur. Habil Xanlarov 25 ildir ki, peşəkar aktyor kimi fəaliyyət göstərir.
Səhnə arxasında bağlanan yara

Aktyor tələbə-jurnalist Firayə Allahverdiyeva ilə müsahibə vaxtı
-Son illərdə Azərbaycanda bir sıra filmlər çəkilib və çəkilməyə davam edir. Təcrübəli aktyor kimi keçmişdə çəkilmiş filmlərlə günümüzdə çəkilən filmləri müqayisə etsəniz nə deyərdiniz?
-Bəli, Filmlər çəkilib və çəkilir, ancaq mən keçmişdə çəkilmiş Azərbaycan filmlərini daha çox bəyənirəm və zənnimcə günümüzdə çəkilmiş filmlər bir yaxud iki dəfədən artıq izlənmir. Bunun əksinə olaraq, məsələn, “Qaynana”, “Bəyin oğurlanması”, “Qaçaq Nəbi”, “Ulduz”, “O olmasın bu olsun”, “Arşın mal alan” və s. dəfələrlə, hər dəfə də əvvəlkindən daha böyük maraqla seyr edirik. Həmin vaxtı keçmiş filmlərlə günümüzdə çəkilən filmlər arasında çox böyük fərq var. Keçmişlə müqayisədə indi texniki avadanlıqlar küfayət qədərdir. Ancaq əvvəllər rejissorlarımız filmlər çəkərkən müasir, keyfiyyətli texnikadan faydalana bilməsələr də uğurlu filmlər ərsəyə gətiriblər və məhz bu filmlər cəmiyyətə daha inandırıcı və səmimi təsir bağışlayırdı.
- Gənc aktyorların ifalarını necə dəyərləndirirsiz?
Səhnə arxasında bağlanan yara

- İnsanın həyatında peşə seçimi həlledici rol oynayır. Aktyor (aktrisa) kimi fəaliyyət göstərmək istəyən gənclər də bu sahədə ola biləcək uğurları, uğursuzluqları, çətinlikləri yəqin etməlidir. Birmənalı şəkildə deyə bilmərəm ki, peşəkarlıq, məsuliyyət, həvəs, istək azdır, xeyir sadəcə gənc aktyorlar (aktrisalar) öz üzərlərində az işləyirlər. Mən hər zaman övladlarıma da yaxınlarıma da məsləhət görürəm ki, əgər bir sahənin ən yaxşısı olmağa səy göstərməyəcəksənsə o sahəyə toxunma. Bu sahədə olan gənclərin çoxu sadəcə məşhur olmağa can atır. Məşhur tanınmış olmaq yox, peşəkar olmağa çalışmaq gərəkdir. Gənc nəsil aktyorlar (aktrisalar) dərk etməlidirlər ki, Azərbaycan səhnəsi onlara əmanət olunacaq. Bu, böyük və olduqca ağır məsulliyətdir.
-Tamaşa, film, serial hansı Habil Xanlarova daha maraqlı və yaxındır?
-Teatr mənim ikinci evimdir və tamaşalarda rol aldıqca cavanlaşıram. Ilk dəfə aktyor kimi fəaliyyətimə teatrda başladım. Hələ orta məktəbdə oxuduğum illərdə məktəbin bütün tədbirlərində yaxından iştirak edirdim. Məktəbimizdə müsabiqə keçirildi, şagirdlərin bacarıqlarını müəyyənləşdirirdilər. Məndə aktryorluq bacarığı olduğunu bildirdilər və bundan sonra öz üzərimdə çox işlədim. Teatrda aktyor kimi çalışdım. İlk dəfə Süleymansani Axundovun “Eşq və intiqam” əsərində Çingiz rolunu oynadım. Mənə elə gəlir ki, məhz bu sənəd üçün doğulmuşam. Ömrümün sonuna kimi teatrda işləmək fikrindəyəm.
- Teatrda ifalar canlı olur. Canlı ifada hansı rolları oynamaq istəmisiniz?
- Əslində, aktyor bütün rolları ifa etməyi bacarmalıdır. Buna baxmayaraq hər zaman əsərin qəhrəmanlarını ifa etməyi sevmişəm. Çox zaman rejissorlar mənə məhz baş rolların ifasını həvalə ediblər. Məsələn, Əvəz Mahmud Lələdağın “Dağlarda tufan” əsərində “Gecikmiş etiraf” hissəsində Mircəfər Bağırovun C.Cabbarlının “Aydın” pyesində Aydını, “Harun Əl-Rəşiddə”də Harun Əl-Rəşidi ifa etmişəm. Bunlarla bərabər U. Şeksprin “Hamlet” əsərində Hamleti oynamaq istərdim. Məhz bu rolun ifasını peşəmin zirvəsi hesab edəcəyəm.
- Uşaq ədəbiyyatına aid əsərlər də teatrda səhnələşdirilir. Sizə uşaqlar üçün ifa etmək asandır, ya böyüklər?
- Uşaq beyni ağ kağızdır. Nəyi necə görürsə elə də qəbul edir. Çalışıram ki, uşaqlara əsərin ideasını düzgün, mümkün qədər aydın çatdırım. Uşaqlara nəyisə anlatmaq, onları düşündürmək onlar tərəfindən sevilmək, böyüklərlə müqayisədə çox çətindir. Məktəblərdə tez-tez tədbirlər keçirilir. Müxtəlif nağıllar səhnələşdirilir və nağıl qəhrəmanlarını ifa etmək üçün dəvət alıram. Məsələn, “Məlikməmməd” nağlında Məlikməmmədi, “Sevməyə vətən yaxşı” əsərində Azəri “Əlibaba və qırxquldur”da Əlibaba rolunu ifa etmişəm. Çox vaxt uşaqlar məni küçədə görəndə həmin rolların adları ilə çağırırlar. Bu müsbət haldır ki, həmin ifalar uşaqların yaddaşından silinmir.
-Aktyor peşəsinə olan dövlət qayğısından razısınızmı?
Səhnə arxasında bağlanan yara

-Dövlətimiz aktyorlara (aktrisalara) qayğı göstərir. Bunu inkar etmək olmaz. Peşəkar aktyorlara (aktrisalara) ad verilir. Məhz həmin adlar aktyoru ruhlandırır, peşəsində daha da məhsulliyyətli olmağa sövq edir. Ümid edirəm ki, ömrünün 25 ilini bu sahəyə qurban vermiş aktyor kimi, mən də öz nəsibimi alacağam. Aktyor diqqətdən bezmir. Əksinə diqqət, qayğı onu cavanlaşdırır.
- Rollarınızın ifası zamanı başınıza xoşagəlməz hallar gəlibmi?
- Çətin obrazları ifa edən zaman mümkün qədər ehtiyatlı olmağa çalışıram. 25 ildə bir dəfə başıma gözlənilməz bir iş gəlib. C.Cabbarlının “Aydın”ını ifa edirdim. Səhnədə roluma necə bağlanmışdımsa, xəbərim olmadan özümə xəta yetirdim. Əlimi zərblə şüşəyə çırpdım, şüşə qırıldı əlim kəsildi. Dərhal əlimin yarasını səhnənin arxasında bağladılar və mən qaldığım yerdən rolumu ifa etdim.
- Aktyor hansı peşəni daha yaradıcı şəkildə ifa etməyi bacarır?
Səhnə arxasında bağlanan yara

-Aktyor hər bir peşənin insanıdır. O, rəssam, heykəltaraş, fəhlə, dilənçi, dülgər, çəkməçi, müxbir, musiqiçi, müəllim və s. ola bilər. Aktyorun özündən çox onun adı, tamaşaları, filmləri, şəkilləri yaşayır. Aktyorun həyatını bir mahnın dörd misrası tam təşkildə təqdim edir.
Səhnə arxasında bağlanan yara

“Dondan-dona girərik, sevilərik sevərik,
Milyon həyata gəlib, milyon dəfə ölərik”.
Firayə Allahverdiyeva
BDU jurnalistika fakültəsinin II kurs tələbəsi


Paylaş



Bölmə: Mədəniyyət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!