Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
Tarix : 16-10-2014, 22:35

 Xalq artistinin səhhətində ciddi problemlər yaranıb.

Xalq artisti Rasim Balayevin səhhətində son illər ciddi problemin olduğunu mətbuatda dönə-dönə qeyd etsək də, bu müddətdə ona kömək edən olmayıb. Hazırda tanınmış kino aktyoru şəkər xəstəliyindən əziyyət çəkir. Rasim Balayevin ayağında yaranan kiçik yara şəkəri olduğundan bir qədər də ciddi fəsada yol açıb. Hətta aktyor ötən il bununla bağlı Türkiyədə bir müddət müalicə də alıb.

Artıq bir neçə aydır ki, aktyorun səhhəti onu yenidən narahat etməyə başlayıb. Rasim Balayevin hazırkı durumu ilə maraqlanmağa çalışdıq. Öyrənmək istədik ki, görən aktyor özünü indi necə hiss edir. "Şərq”in suallarını cavablandıran Rasim Balayev: "Səhhətimdə ciddi problemlər yaranıb. Bu da məni narahat edir. Hazırda həkimə gedirəm. Böyük mənada müalicəyə imkanım olmasa da, məni müalicə edən həkimin ofisinə gedirəm. Nə deyim ki? Ağrıyıram, şəkər mənim digər orqanlarıma da təsir etməyə başlayıb. İndi mən bu barədə nə danışım ki? Deyim ki, siz Allah, mənə kömək edin? Axı bu mənə yaraşmaz. Mənim kimi aktyorun indi problemini dilə gətirib nə isə deməsi sədəqə ummağa bənzəyər. Ona görə də heç nə danışmaq istəmirəm. Ölərəm, ondan sonra məndən yazıb, danışarlar. Deyərlər ki, hə, belə sənətkar idi” söylədi.

Rasim Balayevin bu qədər küskün danışması, düzünü desək, bizi təsirləndirdi. Axı onun sözlərində həqiqət var idi. Bizdə sənətkara çox zaman ölümündən sonra qiymət verirlər. Yəqin elə o da bunu nəzərdə tuturdu: "Mən hələki sağam. İnşallah, öləndən sonra hamı üçün maraqlı olacam. Bizdə öləndən sonra onun barədə danışmaq, ölən haqqında veriliş hazırlamaq, filan dəbdi. Sağlığında sənətkarların bir çoxu yada düşmür. Nə deyim ki? Mənim səhhətim göz qabağındadı. İmkanım qədər müalicə alıram. Amma xaricə gedib orada xəstəxanada yatmağa imkanım yoxdu. Ailəm var. Onların da ehtiyacları var. Başqa gəlir yerim də yoxdu. Təqaüd alıram. Vəssalam. Prezident təqaüdündən başqa evimə gəlir də gəlmir. Hardan gəlsin ki? İş var, işləyim? Mən bu vəziyyətimdə də işləməyə razıyam. Təki iş olsun. O da yoxdu. Mən öləndən sonra neyləyirəm desinlər ki, filankəs yaxşı, istedadlı aktyor, sənətkar idi. Mən ki, sağlığımda o diqqəti görmürəm. Mən öləndən sonra qəbrimin daşına diqqət göstərsələr nə fayda”.

Maraqlandıq ki, iş yoxdu deyəndə, yəni aktyora son illər heç bir rejissor rol təklif etməyib? Rasim Balayev qəzetimizin əməkdaşı ilə söhbətində bildirdi ki, bəzi rejissorlardan arada seriala çəkilmək, filmdə oynamaq üçün rol təklifi gəlib. Ancaq Xalq artisti bu təklifləri qəbul etməyib: "Arada olub ki, filmə, seriala dəvət ediblər. Ancaq məni qane etməyib. Səhnə üçün, tamaşaçı üçün, kamera qarşısında obraz yaratmaq üçün çox darıxmışam. Amma mənə uyğun obraz, məni qane edən ssenari olmadığından, təklifləri rədd etmişəm. Mənim yaratdığım elə böyük, xarakterik obrazlardan sonra bu gün təklif olunan primitiv obrazları oynamaq düzgün olmaz. Bu mənə yaraşmaz. Yaxşı, xarakterik obraz, mənə uyğun ssenari təklifi gəlsə, çox sevərək razı olaram. Şəkər məni əsəbi edib. Amma həm də işsizlik mənim əsəblərimi korlayıb. İş olsa, başım qarışardı, fikrim dağılardı. Baxın qərb aktyorlarına, onlar yaşlı olanda da onlara maraqlı obrazlar təklif edirlər, potensiallarını göstərirlər. Bizdə isə bir balaca 40-ı keçdin, səni atırlar qocaların siyahısına. Axı mənim bundan sonra da yaratmaq, işləmək, potensialımı göstərmək imkanım var. Nə isə... Nə deyim? Mən bircə iş istəyirəm. Mənə iş təklifi gəlsin, çalışım. İstədiyim budu. Nə qədər ömrüm qalıb bilmirəm. Amma içimdə olan yaradıcılıq aclığını doldurmaq istəyirəm. Çəkiliş meydançası üçün çox darıxmışam”.

 



Paylaş



Bölmə: Mədəniyyət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!