Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
Tarix : 31-03-2016, 13:47
Ermənilik – dünyanın oyunçuluğuna uyuşmaqdır


İşıqlı ATALI
Mütləqə İnam Ocağının Yükümlüsü


Dünya erməni ruhsuzluğunu, oyunçuluğunu gördüyü dərəcədə bu oyunçuluğa imkan yaradır. Məqsəd – türkü dəyərsizləşdirmək, onu sarsıtmaq, mahiyyətcə tarix səhnəsindən çıxarmaqdır. Bu gün dünyada erməni həşirçiliyi daha da artıb. İnsani dəyərlərdən uzaq, heç bir bəşəri dəyər yaratmayan, xarakteri satqınlıqdan və minüzlükdən yoğrulmuş ermənilər dünyanı ardıcıl yalanlarına inandırmaqla özlərinə hər kəsdən qayğı umurlar. Osmanlı dönəmində – 1915-ci ildə guya ermənilərə qarşı soyqırım törədilməsi ilə bağlı artıq yüz ildir ki, cəfəng iddialarla çıxış edən ermənilərin hay-küyünə Avropanın gecə-gündüz insan haqlarından danışan dövlətləri də qoşulmaqdadır. Guya Türkiyədə və Azərbaycanda konkret olaraq son yüzildə ermənilərə qarşı çoxlu soyqırımlar törədilib, "məzlum" erməni xalqının nümayəndələri də özlərini "müdafiə" etməyə məcbur olublar. Ermənilər çox hallarda dediklərini bir-birinin əksini təşkil edən "sənədlər”də uydurublar, "erməni soyqırımı"nı "təsdiq edən" kitablar yazıblar, ya da başqalarına yazdırıblar.

*** Tarix yaradıb, di gəl ki, tarix kitabları yazmaq həvəsində və məsuliyyətində olmayan biz türklər isə başımıza gələn fəlakətlərlə, eləcə də ermənilər və ruslar, farslar tərəfindən türkə qarşı həyata keçirilən soyqırımlarla bağlı son çağlarda ayılmışıq. Çox hallarda danışılanlara, deyilənlərə seyrçi münasibət bəsləyirik. Əslində söhbət burada faciənin, fəlakətin mahiyyətinə varılmasından gedir. Fəlakətlərinin yaranma səbəblərini anlamayan millət sözün əsl mənasında heç zaman doğruçu müstəqilliyini yarada, eləcə də onu qoruya, yaşada bilməz. Əgər müstəqilliyin təməli, məqsədi – azadlıqdırsa, azadlığın da təməli – məsuliyyətdir! Bu, o deməkdir ki, məsuliyyətə yetmədiyimiz halda indiyəcən qazandıqlarımızı itirmək qorxusu həmişə var. Bu gün insançılığın təsdiqi baxımından türkün

canında, qanında qoruyub saxladığı dəyərlər dünyanı yaşada biləcək təkcə imkandır. Dünya bu imkandan özünü məhrum etdiyi dərəcədə ölümə yuvarlanır.

*** Təkcə keçən yüzildə ermənilərin Azərbaycan torpaqlarının çox hissəsini mənimsəməsi türkə qarşı bəşəri səviyyədə cinayətdir, soyqırımdır. Əslində Qarabağ problemi bütün Türk Dünyasının ən başlıca problemidir. Həmçinin Türk Dünyasının Güney Azərbaycan məsələsində saymazlıq göstərməsi türk xalqlarının sabahı üçün gözlənilən təhlükələrin ölçüsünü daha da artırır. Nə qədər ki, bir millət olaraq özümüzü təsdiq edə bilməmişik, itirdiklərimizi geri qaytarmağımız ildən-ilə çətinləşəcək. Dünya dələduzluğu seçir, türk ruhu halallığı. Dünya siyasətbazlığı seçir, türk ruhu həqiqətçiliyi. Dünyanın həqiqəti yoxdur əslində. Bu gün dünyanın zorakılığından özünü xilas edə bilməyən ölkələrin sayı artmaqdadır. Bir yandan millətlərin inkişafının qaçılmazlığından dəm vururlar, başqa yandan da ölkələri, xalqları qloballaşma oyununa sürükləyirlər. Dünya türkü öz oyunlarına qatdığı dərəcədə dünyanın əhvalına uyğunlaşırıq. Çıxış yolu türklərin öz yolunun olmasıdır. Bu, ilk növbədə türklərin öz inancına, dünyabaxışına yiyələnməsi ilə bağlıdır. Dünyadan üstün olmasaq, dünyaya gərək ola bilməyəcəyik! ***

Dünya erməninin halına acımır, ona canı yanmır, ancaq erməni oyunundan yararlanaraq türkə qarşı zərbə vurur. Avropamərkəzçiliyə söykənərək çağdaş yırtıcılığın mədəni görüntüsüylə yaşayan siyasi dünya bu gedişlə var ola bilməyəcək, özünü daha da yoxluğa sürükləyəcək. Ağalıqla hansısa xalqın varlığı təsdiq olunmaz. Ağalıq insaniliyə qarşıdır. ***

Türk xalqları o dərəcədə milliliyə, insanlığa uyğun yaşamalıdırlar ki, dünyanın insansızlığını, yırtıcılığını ifşa etmək gücündə olsunlar. O şəxs, o millət, o dövlət güclü olur ki, varlığının özülündə insançılıq durur. Dünyanın siyasi gedişatıyla yaşamağımız əslində

dünyasızlaşmağımızdır. Dünyanın əhvalına uyğunlaşmağımız öz dünyamızı əlimizlə uçurmağımızdır. Azərbaycan ruhən bütövlüyünə yetməyincə sözün əsl mənasında türklük ruhuna layiq, sözü ilə işi bir ola bilməyəcək. Nə qədər ki, azğın, ruhsuz, soysuz erməni dünyanın halına çox gözəl uyuşa bilir, türkü sevməyənlər bundan bizə qarşı ustalıqla yararlanacaqlar. ***

Zamana, şəraitə dov gələ bilməyən xalq gerçəklikdən üstün ola bilmir, sonucda fəlakətə tuş gəlir. Fəlakətli xalqın özünə gəlməsi çox çətin olur. Bugünkü dünyada haqq savaşı aparanlar haqsız tərəfə yendirilirlər. İnsanlıq ölçüləri unudulur. Gücsüz sayılan millətlər, ölkələr iri, güclü dövlətlərin mədəsində üyüdülür. Dünyaya dirənişimizin arxasında ötəri, keçici hiddətimiz duracaqsa, türkün bundan sonrakı dönəmdə irəliləyişi olmayacaq. Məqsəd odur ki, hiddətimiz idrakımızla və inamımızla birləşsin. Dünyanın əhvalına uyğun olmayaq. Xalq ola bilək və halımızla dünya hesablaşsın. Türk xalqlarının belə bir gərgin çağda birliyinin olması çox gərəklidir. Müxtəlif inanclı, siyasi yönlü türklərin birliyinin olmamasından isə dünya gözəl yararlanır. Türkün qurulmasının bir yolu var: özünə üz tutmaq, çətinlikdən güc almaq, dünyaya qarşı durmaqdan qorxmamaq, həqiqətçiliyindən usanmamaq, Mütləqə İnam Dünyabaxışı əsasında ayrıca dünya olmaq!


Paylaş



Bölmə: Köşə / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!