"Fənərbağça" qalib gəlib .....                        Trampdan İranla bağlı VACİB AÇIQLAMA .....                        Faciəli şəkildə ölən tələbələrin FOTOSU .....                        Erməni nazir Vaqif Xaçaturyanın səhhətindən danışdı .....                        ABŞ 24 saat ərzində İranı bombalayacaq - KİV .....                        Ukraynada fövqəladə vəziyyət elan edildi .....                        Naxçıvanda iki türk tələbə dəm qazından öldü .....                        İsraillə ABŞ İranı müzakirə etdi .....                        Britaniya hərbçiləri Qətərdəki hərbi bazanı tərk edir .....                       
Tarix : 30-09-2016, 11:08
Dr. Turab Qurbanovun yazısında üç məqam

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici əlaqələr şöbəsinin əməkdaşı, Dr. Turab Qurbanovun Newtimes.az Analitik-informasiya portalında yerləşdirilmiş köşə yazısında diqqətimi çəkən üç məqamı nəzərinizə çatdırmaq istədik:
1. "...ermənilər öz mənfur niyyətlərinə nail olmaq məqsədilə tarixən fərqli ərazilərdə müxtəlif formatda çoxsaylı terror təşkilatları yaradıblar. Bunların ən güclüsü və ən mütəşəkkili bu gün "Ermənistan dövləti” adı altında fəaliyyət göstərən terror təşkilatıdır. Bu təşkilatın digərlərindən fərqi ondan ibarətdir ki, o beynəlxalq hüququn bir subyekti kimi diplomatiyanın bütün imtiyazlarından istifadə etmək hüququna malikdir. Bu isə diplomatiya tarixində ilk və yeganə nümunədir."
2. ATƏT-in Minsk Qrupunun həmsədrləri qeyd edirlər ki, « Ermənistanla Azərbaycan öz aralarında razılığa gəlsinlər, biz də onları dəstəkləyək». Əgər onlar öz aralarında anlaşa bilsəydilər, vasitəçilərə nə ehtiyac olardı? Çünki bir tərəfdə təcavüzkar, gərginlik istəyən, vassallığa düçar olmuş Ermənistan, digər tərəfdə təcavüzə məruz qalan, sülh istəyən, müstəqil siyasət yeridən Azərbaycan var.
3. Bu iki ölkənin liderləri tamamən fərqli dünyanın insanlarıdır. İlham Əliyev ona mandat verən Azərbaycan xalqının lideri olduğu halda, Serj Sarkisyan onu ora gətirən və orda saxlayan qaniçən quldur dəstəsini təmsil edir. Əgər İlham Əliyevin aktivində vaxtilə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda yetişdirdiyi xarici ölkələrin minlərlə diplomatları, siyasi, ictimai və elm xadimləri varsa, Serj Sarkisyanın aktivində Xankəndinin fermasında yetişdirdiyi 5-10 baş mal-qaradan və daha sonralar ətrafında yetişdirdiyi başkəsən uşaq qatillərindən savayı heç nə yoxdur...
Maraqlananlar yazının tam mətnini "Bütöv Azərbaycan" qəzetinin növbəti saynda oxuya bilərlər


Paylaş



Bölmə: Köşə / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!