"Neftçi"dən növbəti qələbə .....                        İtaliyadan Ukraynaya hərbi yardım .....                        İsrail genişmiqyaslı quru əməliyyatına başladı .....                        Nigeriyada bərə qəzası - 37 nəfər öldü .....                        Hindistanda yanğın - 17 ölü .....                        Hikmət Hacıyev: Azərbaycan və İran iqtisadi əməkdaşlığı gücləndirməlidir .....                        Prezidentin nəvəsi dünya çempionu oldu .....                        Hikmət Hacıyev: Cənubi Qafqazda de-fakto sülh var .....                        Azərbaycan-İran münasibətləri yeni inkişaf mərhələsindədir - Hikmət Hacıyev .....                       
Tarix : 21-06-2016, 11:10
Prezidentlərin görüşündə razılıq əldə olundu


Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin birgə görüşü olub. Azərbaycan tərəfi görüşün konstruktiv şəkildə keçdiyini və danışıqların nəticələrini müsbət qiymətləndirdiyini bəyan edib.
Rusiyanın Sankt-Peterburq şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin, Rusiya Prezidenti Vladimir Putinin və Ermənistan Prezidenti Serj Sarkisyanın birgə görüşü olub. Sputnik xəbər verir ki, görüş Peterburqun Konstantinov Sarayında keçirilib. Görüşdə Rusiya xarici işlər naziri Sergey Lavrov və ATƏT-in Minsk Qrupunun həmsədrləri də iştirak ediblər.


Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Sankt-Peterburqda Rusiya Prezidenti Vladimir Putinin iştirakı ilə keçirilmiş Azərbaycan və Ermənistan prezidentlərinin görüşünə münasibət bildirib.

"Görüş konstruktiv şəkildə keçdi. Azərbaycan tərəfi görüşün nəticələrini müsbət qiymətləndirir. İnanırıq ki, görüş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlar prosesində tezliklə irəliləyişə nail olmaq üçün imkanlar yaradacaq", — deyə Elmar Məmmədyarov bildirib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə prezidentlərin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına əlavə dinamika vermək barədə razılığa gəldiklərini bildirib: "Putin, Əliyev və Sarkisyan üçtərəfli bəyanatı razılaşdırıblar. Bu bəyanatda siyasi nizamlanmada dayanıqlı proqresin olmasına öhdəlik ifadə olunub".Rusiya, Azərbaycan və Ermənistan prezidentləri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müntəzəm olaraq üçtərəfli görüşləri davam etdirmək barədə razılığa gəliblər.

Görüşün yekunları ilə bağlı birgə bəyanat da qəbul olunub. "Prezidentlər Dağlıq Qarabağ problemi ilə bağlı müntəzəm əlaqələrinin əhəmiyyətli olduğunu, ATƏT-in Minsk qrupunun işinə tamamlama olaraq bu formatda əlaqələrini davam etdirmək barədə razılığa gəliblər", — deyə bəyanatda bildirilir.

Həmçinin qeyd olunur ki, prezidentlər Qarabağ münaqişəsinin nizamlanmasında inkişafa şərait yaratmağa icazə verən bir sıra məsələlərdə qarşılıqlı anlaşmanın əldə olunduğunu ifadə ediblər. Birgə bəyanatda həmsədrlərin prezidentlərin görüşünün yekun hissəsinə qatıldıqları da vurğulanıb.


Sputnik.az


Paylaş



Bölmə: Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!