Ağdaşda iki bacını maşın vurub öldürdü .....                        Qarabağ fatehi İlham Əliyevə təşəkkür edirəm - Ersin Tatar .....                        Orbanın səfəri başa çatdı .....                        Ərdoğanın Azərbaycana səfəri başa çatdı .....                        Türkiyənin Qarabağda həyata keçirdiyi layihələrin dəyəri açıqlandı .....                        Liderlərin şərəfinə rəsmi nahar verildi .....                        Tokayev Bəxtiyar Vahabzadədən sitat gətirdi .....                        TDT Baş katibi İlham Əliyevə təşəkkür etdi .....                        Bu gün Azərbaycanda qızlar üçün ilk dünyəvi məktəb açıldı... - FOTO .....                       
Tarix : 6-11-2013, 17:51

 “Azərbaycanfilm” kinostudiyası vətəndaşlara müraciət edib



“Evlərinizdə olan köhnə və lazımsız əşyaları bizə bağışlayın!”


“Azərbaycanfilm” olaraq bütün Azərbaycan kinosevərlərinə və ictimaiyyət nümayəndələrinə müraciət edirik: evlərində olan köhnə və lazımsız əşyaları - mebelləri, pal-paltarı bizə bağışlasınlar. Biz xüsusi qeydiyyat siyahısı da tərtib edə bilərik ki, məsələn, filan əşyanı kinostudiyaya kim bağışlayıb”.

Bunu APA-ya açıqlamasında C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov deyib.



Onun sözlərinə görə, bədii təsvir vasitəsi kimi kinoda dövrlərin, əşyaların, geyim mədəniyyətinin dəqiq göstərilməsi filmin keyfiyyətinə xidmət edir: “Dünyanın böyük kino şirkətləri bu vasitədən istifadə edib uğurlu nəticələrə nail olublar. Atdığımız bu addım gələcək nəsil üçün böyük xəzinə ola bilər. Qoruyub-saxladığımız əşyalara, rekvizitlərə, dekorasiyalara hər zaman ehtiyac olacaq. Düzdür, bizim sifarişimizlə bəzi paltarlar tikilir, amma burda ciddi problemlər olur, paltarların tikilişində səhvlərə yol verilir. Bir daha təkrar etmək istəyirəm ki, Azərbaycan kinosunu sevən insanların evindəki əşya atılacaqsa, lazımsızdırsa, yaxud əzizdirsə, 430-17-91 nömrəli telefona zəng etsinlər. Əşyalar kinostudiyanın hesabına daşınacaq. İlkin mərhələdə biz əşya və geyimləri qəbul edirik, sonrakı mərhələlərdə köhnə avtomobillərlə bağlı müraciət etmək fikrimiz var”.


Paylaş



Bölmə: Mədəniyyət / Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!