Köçkün yataqxanasındakı yanğınla bağlı AÇIQLAMA .....                        Bu, həqiqətən yaxşı bir sənəddir - Mirzoyan .....                        Maşın qaz xəttinə çırpıldı, beş kənd qazsız qaldı .....                        Türkiyə Paşinyanı dəstəkləyir - Hakan Fidan .....                        Ötən il 540 nəfər məcburi Azərbaycana gətirilib .....                        Naxçıvanda vəzifəli şəxs işdən çıxarıldı - Yeni təyinat .....                        Azərbaycandakı sayt və sosial şəbəkələrdə əxlaqsız paylaşımlar QADAĞAN EDİLDİ .....                        Bəzi həkimlərin maaşına əlavələr veriləcək - QƏRAR .....                        1184 əcnəbi Azərbaycandan çıxarılıb .....                       
Tarix : 10-12-2013, 12:56
VAQİF SULTANLININ YENİ KİTABI İNGİLTƏRƏDƏ NƏŞR OLUNUB

Azərbaycan ədəbiyyatının dünyanın müxtəlif ölkələrində nəşri və təbliği məsələsi ən vacib və aktual vəzifələrdən biridir. Son illərdə bu istiqamətdə müəyyən addımlar atılsa da, görülən işlərin yetərincə olmaması, sistemli səciyyə daşımaması, xüsusilə pərakəndəliyi diqqətdən yayınmamalıdır. Dünyanın bir çox ölkələrində bu kimi işlər dövlət dəstəyi və ciddi layihələr əsasında gerçəkləşməkdədir. Şübhəsiz ki, yaxın gələcəkdə bu istiqamətdə müəyyən addımlar atılacaq və o zaman dünya oxucuları milli ədəbiyyatımızla daha yaxından tanış olmaq imkanı əldə edəcəklər.
Milli-mədəni irsimizin dünyada təbliğində tanınmış yazıçı-ədəbiyyatşünas Vaqif Sultanlının xidmətləri diqqəti çəkməkdədir. Bu günlərdə onun «Ölüm yuxusu» («The Dream of Death») adlı kitabı Böyük Britaniyada (London, 2013) nəşr olunmuşdur. Yazıçının eyniadlı povestinin, müxtəlif illərdə qələmə aldığı hekayələrinin daxil edildiyi kitab Dr.Michael Brannokun redaktəsi ilə nəşr edilmişdir.
Məlumat üçün bildirək ki, bu, Vaqif Sultanlının ingilis oxucularına təqdim olunan ilk kitabı deyildir. Belə ki, ötən il yazıçının «İnsan dənizi» romanı İngiltərə və Amerikada nəşr olunmuş, habelə onun tərtibatında (Dr.İrəc İsmaeli ilə birlikdə) «Müasir Azərbaycan nəsri» antologiyası (Trafford Publishing, İndiana, Bloomington, 2012) ingilisdilli oxuculara təqdim edilmişdir.
Yazıçının bədii yaradıcılığında xüsusi yer tutan, real və şərti-metaforik üslubun kəsişimində qələmə alınmış «Ölüm yuxusu» povestində təsvir obyekti kimi seçilən qəbiristanlığın köçürülməsi problemi cəmiyyət həyatında baş verən ciddi xaos, çaxnaşma kimi canlandırılır. Təsvir olunan hadisələrin xaos kontekstində təqdimi obrazların daxili-mənəvi dünyasını bütün yönlərilə aşkarlamağa imkan verir. Məzarlığı uçuran buldozerçinin intihar etməsi ilə tamamlanan povestdə mənəvi-əxlaqi dəyərlərdən imtina olunması ölümlə eyniləşdirilir.
«Ölüm yuxusu» kitabına daxil edilmiş «Səhər dumanı», «Vətən», «Mağara», «Qütb gecəsi», «Kor düyün» və «İlğım» hekayələri özünəməxsus, bənzərsiz yazı tərzi ilə seçilməkdədir. Yazıçı qələmə aldığı hekayələrdə sosial mühitin əsirinə çevrilən insanların yaşadığı sarsıntıları əks etdirmişdir. Bütövlükdə hekayələri birləşdirən ümumi cəhət onların daxili-mənəvi ovqata köklənməsi, cəmiyyətə hakim olan özgələşmə, yaddaşsızlaşma, biganələşmə probleminə etiraz motivləri ilə seçilməsidir.
Qeyd edək ki, Vaqif Sultanlının redaktorluğu və tərtibatı ilə hazırlanmış «Müasir Azərbaycan qadın nəsri» («Modern Azerbaijani Women Prose») antologiyası yaxın günlərdə Amerikanın Trafford nəşriyyatında çap olunacaqdır.
Həsən Məmmədov


Paylaş



Bölmə: Mədəniyyət / Şəkilçarx / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!