“Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib .....                        Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                        Qərib sənətkar .....                        Sürücülərin nəzərinə .....                        “Xankəndi” kitabı işıq üzü görüb .....                        “Ədalət axtarma sən bu dünyada” .....                        Hava proqnozu- Əhalinin nəzərinə .....                        21 saatlıq danışığın sonu .....                        Dil tarixinə dair praktikum .....                       
Tarix : 26-05-2014, 16:50

Dövlət Musiqili Teatrı qastrol səfərindən qayıdıb

 

 

Azərbaycan Dövlət Musiqili Teatrının repertuarında olan “Hərənin öz ulduzu”( Süleyman Ələsgərov, İsi Məlikzadə) tamaşası mayın 21-də Masallı, 22-də isə Biləsuvar şəhərlərində göstərilib.

Əsas rollarda respublikanın xalq artisi Fatma Mahmudova, əməkdar artist Novruz Əliyev, aktyorlardan Gülcahan Salamova, Möylə Mirzəyev, Elçin İmanov, Elxan İsmayılov, Rəsmiyyə Nurməmmədova və Nigar Qarayeva oynayıblar.

   

Dövlət Musiqili Teatrı qastrol səfərindən qayıdıb

 

 

        Teatrın baş inzibatçısı Sücəddin Şadıyevin səfər təəssüratı: “Kollektivimiz həm Masallı və Biləsuvar rayon İcra Hakimiyyətinin rəsmiləri, həm də şəhər əhalisi tərəfindən yüksək səviyyədə qarşılandı. Tamaşalara müəllimlər, yuxarı sinif şagirdləri, ziyalılar xüsusilə maraq göstərirdi. Nümayişin sonunda insanlar belə səfərlərin mütəmadi olması istəklərini bildirdilər. Seyrçilər arasında aktyorlarımızla foto çəkdirənlər, imzalarını alanlar da oldu”.

        Əməkdar artist Novruz Qartal: “Səfərdə böyük məmnunluq hissi yaşadım. İnsanların həqiqətən də gülüşə, teatra ehtiyacları olduqlarını gördük. Düşünürəm, belə səfərlər tez-tez təşkil edilməlidir. Həm teatra axın olar, həm də tamaşaçılar sevdikləri aktyorları canlı görmək imkanı qazanarlar. Yeri gəlmişkən, səfəri təşkil edən insanların da əməyi yüksək dəyərləndirilməlidir”.

Aktrisa Gülcahan Salamova: “Bu, mənim bölgələrə ənənəvi səfərim idi. Yəni, daha öncələr də olmuşam qastrol səfərlərində. Masallı və Biləsuvardan da xoş təssüratlarla qayıtdım. İnsanların üzündə təbəssüm yarada bildiksə, ürəklərini xoşhal etdiksə, nə mutlu bizə”.

Teatr rəhbərliyi isə öz növbəsində həmin rayonların icra başçıları – Rafil Hüseynova və Mahir Quliyevə, qastrolun yüksək səviyyədə təşkili üçün minnətdarlıq məktubu göndərib.

Azərbaycan Dövlət Musiqili

Teatrının Mətbuat Xidməti



Paylaş



Bölmə: Mədəniyyət / Şəkilçarx / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!