Paşinyan: “Açığı, mənim bu suala cavabım yoxdur” .....                        Prezidentin Rusiyaya səfəri başa çatdı .....                        Sülhməramlılar Ermənistanın bu bölgələrinə yollanır .....                        Paşinyan Bakı və İrəvan arasında imzalanan sazişdən danışdı .....                        Ceyhun Bayramov Çexiyaya rəsmi səfərə getdi .....                        BAM XXI əsr üçün qlobal siyasəti müəyyən edir .....                        Prezidentlər BAM-ın veteranları və işçiləriylə görüşdülər - ViDEO .....                        Peskov süıhməramlılarla bağlı önəmli açıqlama verdi .....                        Gürcüstan Bakı və İrəvanın razılaşmasını alqışlayır .....                       
Tarix : 26-12-2015, 12:53
Azərbaycan Dillər Universitetində elmi seminar



Bu günlərdə Azərbaycan Dillər Universitetində Çin dili və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə ölkə Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına səfərinin yekunlarına həsr olunmuş “Azərbaycan-Çin siyasi əməkdaşlığının yeni mərhələsi” adlı elmi seminar keçirilib.

Azərbaycan Dillər Universitetində elmi seminar

Tədbirdə açılış nitqi söyləyən Çin dili və mədəniyyət mərkəzinin müdiri, professor Rafiq Abbasov Azərbaycan Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına son səfəri haqqında məlumat verərək iki ölkə arasında mövcud olan dostluq və çoxtərəfli əlaqələrin inkişaf etməsindən, həmçinin, beynəlxalq və regional təşkilatlar çərçivəsində Azərbaycan-Çin əməkdaşlığının genişləndirilməsinin tarixi əhəmiyyətindən danışıb. Sonra o, çıxışına davam edərək BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq beynəlxalq hüququn norma və prinsipləri əsasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Çin dövlət rəhbərliyinin ədalətli dəstəyinin əhəmiyyətini vurğulayıb. Mərkəzin müdiri professor R.Abbasov sözü Azərbaycanın Çin Xalq Respublikasındakı sabiq hərbi attaşesi tarix elmləri doktoru 1-ci dərəcəli kapitan Nurulla Əliyevə verib. N.Əliyev “Uzaq Şərq müasir geosiyasətin xüsusiyyətləri” mövzusunda geniş məruzə ilə çıxış edərək seminar iştirakçılarının nəzərinə Asiyanın hərbi-siyasi, geostrateji və geoiqtisadi proseslərində Çinin rolu haqqında ətraflı məlumatlar çatdırıb.
Azərbaycan Dillər Universitetində elmi seminar

Daha sonra Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyinin iqtisadiyyat və ticarət məsələləri üzrə müşaviri Yuy Xunçının sənaye, nəqliyyat və logistika sahəsində Azərbaycan-Çin əməkdaşlığının perspektivləri haqqında çıxışı dinlənilib.

Çıxış üçün söz alan Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun “Ərəb ölkələrinin tarix və iqtisadiyyatı” şöbəsinin müdiri Fərda Əsədov orta əsrlərdə türk dövlətinin formalaşmasında Çinin imperiya ənənələrinin rolundan danışıb.

Seminar çərçivəsində ölkəmizin Çindəki sabiq attaşesi Nurulla Əliyevin bölgədə nəzarət yaratmaq üzrə geosiyasi mübarizəyə həsr olunmuş “Qərb şahmat lövhəsinin Şərq xüsusiyyətləri” (Xəzər və Asiya-Sakit okeanı regionlarında Çin və geosiyasi rəqabət) adlı kitabının təqdimatı da keçirilib.
Azərbaycan Dillər Universitetində elmi seminar

Seminarda ÇXR-in Azərbaycandakı səfirliyinin attaşesi Sya Fan, ADU-nun Beynəlxalq Əlaqələr üzrə prorektoru Jalə Qəribova və universitetin müəllim, tələbə heyəti iştirak edib.

Lalə HÜSEYNOVA


Paylaş



Bölmə: Mədəniyyət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!