Seçki keçirməyə hazıram, amma... - Zelenski .....                        İki idmançımız dünya çempionatında bürünc medal qazandı .....                        Liderlərdən ilk açıqlama: üçtərəfli görüşə hazırıq! .....                        Fransa razılaşdı: azərbaycanlı uşaqlar Almaniyaya qaytarılır .....                        ATƏT Rusiyanın SOCAR obyektinə hücumuny pislədi .....                        Rusiyada azərbaycanlı iş adamı həbs olundu .....                        Paşinyan anklavlarla bağlı suala belə cavab verdi .....                        Amma siz inqilab etmədiniz... - Paşinyan .....                        Sülh şəraitində yaşamağın nə olduğunu bilmirik - Paşinyan .....                       
Tarix : 20-05-2016, 13:01
Laçının işğal günündə “Əsirlik həyatı” nümayiş olunub


Ermənistan silahlı qüvvələri tərəfindən Laçın rayonunun işğalının 24-cü ildönümü ilə əlaqədar olaraq mayın 18-də Nizami Kino Mərkəzində Bakı Şəhər İcra Hakimiyyəti Kino xidməti idarəsinin təşkilatçılığı ilə “Əsirlik həyatı” sənədli filminin nümayişi keçirilib.

İdarənin rəisi Gültəkin Nəriman çıxış edərək rejissoru olduğu sənədli film barədə danışıb. Bildirib ki, gənc nəsil əsirlik həyatı yaşamış insanların hansı ağrı və acılardan keçdiyini, tariximizin qanla yazılan bu səhifəsini yaddaşına həkk etməlidir.
Milli Məclisin deputatı Aqil Abbas, Laçın Rayon İcra Hakimiyyəti başçısının müavini Aynurə Həsənova, Qarabağ müharibəsi veteranı Xəyyam Nəsirov çıxış edərək Laçının füsunkar təbiətindən, qədim tarixindən, mədəniyyət abidələrindən, strateji əhəmiyyətindən və işğalın ağır nəticələrindən bəhs ediblər.
Çıxışlarda bu il aprel ayının əvvəlində cəbhə bölgəsində Ermənistan silahlı qüvvələrinin təxribatlarına Azərbaycan Ordusunun layiqli cavab verməsi də qeyd olunub. Əminliklə bildirilib ki, strateji yüksəklikləri azad edən ordumuz düşmən üzərində tam qələbə qazanmağa qadirdir. Laçın rayon sakinləri Həcər Paşayeva və Sücayət Hüseynova rayonla bağlı xatirələrini bölüşüblər.
Sonda “Əsirlik həyatı” adlı sənədli filmi nümayiş olunub. Film bir ailənin iki övladının əsirlik həyatından bəhs edir.


Medeniyyet.az


Paylaş



Bölmə: Mədəniyyət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!