Zelenski: Rusiya və Belarusdan başqa hər yerdə görüşə hazırıq .....                        "Real Madrid" Avropa Superliqasından çıxıb .....                        Körpələrin ölümündə təqsirləndirilən mərkəz direktoru: "493 nəfərin əvəzinə işləməli deyildim" .....                        Ukraynanın bu il üçün 60 milyard avro yardıma ehtiyac var .....                        Ata mülkünə görə xəstə qardaşını amansızlıqla döydü .....                        Olimpiya çempionlarımız "Böyük Dəbilqə" turnirində yarışacaq .....                        Məşhur salonlar şəbəkəsinin rəhbəri bloqerin 150 minini mənimsəyib? .....                        Birinci Qarabağ müharibəsində itkin düşmüş şəhidin nəşi 34 il sonra tapıldı .....                        Azərbaycanda ana 40 günlük körpəsindən İMTİNA EDİB .....                       
Tarix : 9-04-2016, 08:28
 “Vətənin müdafiəsinə hazıram!”


Nizami rayonunda “Vətənin müdafiəsinə hazıram!” mövzusunda tədbir keçirilib

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti fəaliyyət istiqamətinə uyğun olaraq Azərbaycan Respublikası vətəndaşlarının hərbi-vətənpərvərlik tərbiyəsi, yeniyetmə və gənclərdə vətəndaşlıq hisslərinin yüksəldilməsi, onların Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizəyə hazırlıq ruhunda tərbiyə edilməsi sahəsində mütəmadi olaraq ictimai tədbirlər həyata keçirir. Xidmətin 2016-cı il üçün fəaliyyət planına uyğun olaraq, 08 aprel 2016-cı il tarixdə Nizami Rayon İcra hakimiyyəti ilə birgə “Vətənin müdafiəsinə hazıram!” mövzusunda tədbir keçirilib. Tədbirdə rayon icra hakimiyyətinin nümayəndələri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nizami rayon idarəsinin şəxsi heyəti, orta məktəblərin yuxarı sinif şagirdləri, şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi veteranları iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Tədbiri giriş sözü ilə açan Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov son günlər cəbhədə baş verən hadisələrdən və gənclərin yüksək səviyyədə vətənpərvərlik hissləri nümayiş etdirməsindən danışıb.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini general-mayor Novruzəli Orucov Azərbaycan ordusunun cəbhədə təxribat törətməyə cəhd edən düşmənə layiqli cavab verdiyini bildirib. General-mayor N.Orucov qeyd edib ki, cəbhədə düşmən təxribata cəhd edərkən xalqımız Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ətrafında sıx birləşərək öz lideri ilə birgə olduğunu bütün dünyaya nümayiş etdirdi.

Daha sonra çıxış edən millət vəkili Rasim Musabəyov, Azərbaycan Əfqanıstan Müharibəsi Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev, Silahlı Qüvvələrə İctimai Nəzarət Birliyinin sədri Emin Həsənli Azərbaycan ordusunun cəbhədə düşmən təxribatına əks hücumla cavab verərək işğal olunmuş kənd və yüksəklikləri azad etməsindən, xarici ölkələrin bu məsələdə Azərbaycana tam dəstək verməsindən danışıblar.

Tədbirdə şəhid ailələrinin nümayəndəsi, veteranların nümayəndəsi, çağırışaqədərki hazırlıq rəhbəri, eləcə də “Çağırışaqədərki hazırlıq” fənnində yüksək nailiyyət göstərən şagird mükafatlandırılıb.

Tədbirin bədii hissəsində vətənpərvərlik mahnılarının mahir ifaçısı Şəmistan Əlizamanlı vətənpərvərlik mövzusunda tərtib edilmiş proqramla çıxış edib.

Təranə Cəbiyeva


Paylaş



Bölmə: Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!