Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
Tarix : 18-05-2016, 10:23
Moskvadakı Azərbaycan İcması Evində Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) dəstəyiylə Laçın rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmasının 24-cü ildönümünə həsr edilən anım mərasimi keçirilib.

Butov.az Modern.az-a istinadən xəbər verir ki, mərasimdə Rusiyada yaşayan azərbaycanlı ziyalılar, jurnalistlər, cəmiyyət rəhbərləri, iş adamları, diaspor nümayəndələri ilə yanaşı Moskvada məskunlaşmış Laçınlılar da iştirak ediblər.
Tədbirin aparıcısı Azərbaycan yazıçılar birliyinin Moskva bölməsinin katibi, Ümumrusiya Azərbaycanlıları Konqresinin müşaviri Nəsib Nəbioğlu tədbir iştirakçılarını salamladı.

Laçının işğalı zamanı şəhid olan, Qarabağ uğrunda canından keçən, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı şəhid olanların xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.

Nəsib Nəbioğlu Azərbaycanın ərazi bütövlüyünün qorunmasında mühüm strateji əhəmiyyətə malik olan Laçın rayonunun 24 il əvvəl erməni silahlı qüvvələri tərəfindən işğalı ilə bağlı ətraflı məlumat verdi.

O qeyd etdi ki, Ermənistan hərbi birləşmələri o zaman Xankəndi şəhərində yerləşən 366 -cı Motoatıcı Alayla birləşərək Şuşa və Laçını işğal etdilər. Vahid komandanlığın olmaması, ordunun siyasi qarşıdurmalara cəlb olunması, siyasi aksiyalara qoşulması, cəhbə bölgələrindəki mövqelərimizin nəzarətsiz qalması Laçının və ətraf rayonların işğalıyla nəticələndi. Əhəmiyyətli geostrateji mövqeyə malik olan Laçın və Kəlbəcər mütləq azad olmalı, Azərbaycan ərazilərinin işğaldan azad olması məhz Laçından və Kəlbəcərdən başlamalıdır.

Tədbirdə çıxış edən Ümumrusiya Azərbaycanlıları Konqresinin işraçı direktoru İlqar Hacıyev erməni işğalçılarının Laçına vurduğu ağır zərbələrdən, ermənilərin xalqımıza qarşı törətdikləri insanlığa sığmayan vəhşilikdən danışdı.

Türkiyənin “İhlas” xəbər agentliyinin sabiq Moskva müxbiri,tanınmış jurnalist Fuad Abbasov çıxışı zamanı tədbir müddətində iştirakçılar tərəfindən müzakirə olunan Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılması mövzusuna münasibətini bildirərək, bir sıra təkliflər irəli sürdü.

Tədbir müddətində iştirakçılar bu mövzuda fikir mübadiləsi davam etdirmiş, təkliflər irəli sürüblər/

Ümumrusiya Azərbaycanlıları Konqresinin icraçı direktorunun müavini Rövşən Rəhimov Azərbaycan həqiqətlərinin dünyaya eləcə də Rus ictimaiyyətinə daha dolğun və doğru şəkildə çatdırılmasında diaspora təşkilatlarının bir məqsəd uğrunda birləşməsinin, vacibliyini qeyd etdi.


Tədbirdə Qarabağ müharibəsi döyüşçüsü Mircamal Ağa, Ümumrusiya Azərbaycanlıları Konqresinin nümayəndəsi Rövşən Rəhimov, SSRİ Ali Sovetin sabiq deputatı Yuri Vladimiroviç Karıtin, Azərbaycan mədəniyyətinin inkişafı və intibahı fondunun direktoru-Şamil Tağıyev, Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının Rusiya nümayəndəliyinin sədri - Toğrul Allahverdili və başqaları çıxış etdilər.

Çıxış edənlər vurğuladılar ki, ölkə Prezidenti, Ali Baş komandan İlham Əliyevin rəhbərliyi altında tezliklə yağı düşmən tapdağı altında olan torpaqlarımız azad ediləcək, şəhidlərimizin qanı yerdə qalmayacaq.


Laçının işğal günü Moskvada anılıb
Laçının işğal günü Moskvada anılıb
Laçının işğal günü Moskvada anılıb


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!