Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                        DÜŞÜNCƏ FƏDAİSİ OLAN YAZIÇI .....                        Söz ruhunda İlqar Fəhmi imzası .....                        “Elmdə keyfiyyət riyazi statistikaya qurban verilir...” .....                        Aeroport gücləndirilmiş rejimə keçdi .....                        İsaqoğlunun "Günahsız günahkar" dünyası .....                       
Tarix : 15-08-2013, 09:52
Xalq artisti Afaq Bəşirqızının doğum günüdür.


Milli.Az-ın məlumatına görə, bu gün Azərbaycan Respublikasının xalq artisti Afaq Bəşirqızının doğum günüdür.

Afaq Bəşirqızı 1955-ci ildə Bakı şəhərində anadan olub. 1974-1979-cu illərdə İncəsənət Universitetinin mədəni-maarif fakültəsində təhsil almışdır. Ailəlidir, bir oğlu var.

Afaq xanım aktyorluq fəaliyyətinə 1973-cü ildə Lənkəran Dövlət Dram Teatrında başlayıb. İlk rollarından özünü istedadlı, işgüzar, səhnəyə böyük məhəbbətlə bağlı, daim axtarışda olan sənətkar kimi göstərərək, tamaşaçıların dərin rəğbətini qazanıb.

1975-ci ildə Sumqayıt Dövlət Dram Teatrında işləməyə başlayıb. Əsasən komik rolların ifaçısı kimi daha da püxtələşən Afaq Bəşirqızı Sumqayıt teatrında klassik və müasir dramaturqların əsərlərində baş rolları ifa edərək, şöhrət qazanıb.

1989-cu ildə Afaq Bəşirqızı Musiqili Komediya Teatrına dəvət alıb. Bu illər ərzində o "Subaylarınızdan görəsiniz" əsərində – Səməni, "O olmasın, bu olsun"da – Sənəm, "Bankir adaxlı" tamaşasında – Nisə, "Məhəbbət oyunu" tamaşasında – Səltənət, "İtgin ər"də - Məleykə, "Məsmə xala dayımdır"da – Məsmə və s. tamaşalarda baş və əsas roları oynayaraq bir-birindən maraqlı obrazlar yaratmağa nail olmuşdur.

"Azərbaycanfilm" kinostudiyasının istehsal etdiyi "Bəxt üzüyü", "Girov" filmləri Afaq Bəşirqızının ifası ilə daha da yaddaqalan olmuşdur.

Afaq Bəşirqızının milli televiziyada yaratdığı Zəhra xalaqızı ("Yaşıl eynəkli adam"), Suğra ("Bala bəla sözündəndir"), Darçınbəyim ("Evləri köndələn yar"), Ayka ("Yarımştat"), Gülya ("Nekroloq") rolları aktrisanı daha da məşhurlaşdırmışdır.

Yaradıcılığının ən güclü çiçəklənmə dövrünü keçirən Afaq xanım, bu gün də fəal axtarışlardadır. O, İncəsənət Universitetində aktyorluq kursunu aparır. A.Bəşirqızı 1989-cu ildə "Əməkdar artist", 1993-cü ildə "Xalq artisti" adına layiq görülüb. O, 2 dəfə – 1993-cü və 2003-cü ildə "Qızıl Dərviş" mükafatına layiq görülüb, kino fəaliyyətini davam etdirir, televiziyada və dövlət konsertlərində çıxış edir. 9 may 2012-ci ildə Prezident Mükafatına layiq görülüb.

Aktyor Bəşir Səfəroğlunun qızıdır.

Afaq xanımı kollektivimiz adından təbrik edir, ona can sağlığı, uzun ömür, yeni obrazlar yaratmağını diləyirik!


Paylaş



Bölmə: Mədəniyyət / Köşə / Karusel / Manşet
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!