20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                        Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub .....                       
Tarix : 31-08-2016, 18:00
Yoxluğun yandırır hər tanıyanı...

ZAMANı zamansız apardı həyat!
Gözümüzün yaşı axar aramla.
Ürəklərdə fəryad qopardı həyat,
ZAMAN xatırlanar min ehtiramla.


Yazıma necə başlayacağımı düzü bilmədim. Ona görə ki, əziz həmkarım Zaman Mahmudov haqqında nə vaxtsa keçmiş zamanda danışacağım heç ağlıma belə gəlməzdi. Odur ki, Zaman müəllimin ölüm xəbərini eşidəndə sadəcə pis olmadım, çoxları kimi neçə gün özümə gələ bilmədim. Çünki, ölüm sözünü bu insana heç cür yaraşdırmaq olmur.
Zaman Mahmudov 3 mart 1966-cı ildə Beyləqan rayonunda anadan olub. 1973-1983-cü illərdə Beyləqan rayon 1 saylı Aşıqlı kənd orta məktəbində, 1985-1990-cı illərdə isə Bakı Dövlət Universitetinin biologiya fakültəsində təhsil alıb. 2004-cü ildə “Fotosintezin fotokimyəvi sistemlərinin formalaşması zamanı fotosistem 2-nin in vivo fotoinhibirləşməsi” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək biologiya elmləri namizədi alimlik dərəcəsinə layiq görülüb.
Yoxluğun yandırır hər tanıyanı...

O, əmək fəaliyyətinə ali məktəbi bitirən ili başlayıb. 1990-1992-ci illərdə AMEA-da baş laborant və elmi isçi kimi fəaliyyət göstərib. 1992-ci ildən həyatını Bakı Dövlət Universiteti ilə bağlayan Z.Mahmudov 2004-cü ilə qədər BDU tədris laboratoriyasının müdiri vəzifəsində çalışıb. 2004-cü ildən isə Biologiya fakültəsi “Biofizika və molekulyar biologiya” kafedrasında müəllimlik etməyə başlayıb, biofozika, bioenergetika və s. dərsləri uğurla tədris edib. Tədqiqat sahəsi fotobiologiya, fotosintez, biofizika olan Z.Mahmudov 40-a qədər elmi məqalənin müəllifi idi. O, dəfələrlə Azərbaycanda, eləcə də dünyanın müxtəlif ölkələrində (Türkiyə, 2003; Kanada, 2004; Moskva, 2008 və s.) keçirilən Beynəlxalq seminar, simpozium və konfransların işində fəal iştirak edib. Bunlar Zaman Mahmudovun elmi və pedaqoji fəaliyyəti haqqında qısa qeydlərim idi. Bir qədər də onun insani məziyyətləri və bu insanla şəxsi münasibətlərim haqqda.
Yoxluğun yandırır hər tanıyanı...

İllərdir Zaman müəllimlə eyni kollektivdə çalışırdıq. O, Bakı Dövlət Universiteti Biologiya fakültəsi “Biofizika və molekulyar biologiya” fakültəsinin müəllimi, həm də Fakültə Həmkarlar Komitəsinin sədri idi. İllərdir bu vəzifənin öhdəsindən uğurla gəlirdi. Ötən il bu vəzifəyə təkrar seçkilərdə də hamı ona səs vermişdi, çünki, kollektiv ZAMANın xətrini hər zaman çox istəyib.
İkimizin də dərsi həm birinci, həm də ikinci növbə olduğundan, kafedralarımız da eyni mərtəbədə, üzbəüz yerləşdiyindən, demək olar ki, hər gün bir neçə dəfə görüşürdük onunla. Hər dəfə də səmimiyyətlə “Şairə eşq olsin”, deyirdi. Mən də cavabımda gülə-gülə “Rəhbərə eşq olsun” deyirdim (o, Fakültə Həmkarlar Komitəsinin sədri olduğundan yaxın dostların çoxu ona “rəhbər” deyə müraciət edirdik). Hər dəfə ekran-efir vasitəsi ilə hər hansı verilişdə iştirakım olanda ertəsi gün çıxışımı səmimiyyətlə təhlil edər, xoş sözlərini əsirgəməzdi. Amma nədənsə onunla görüşümüz əsasən ya dəhlizdə, ya da pilləkənlərdə olurdu. Bəlkə də ona görə ki, o, həmişə harasa tələsirdi. Və onu kənardan izləyəndə belə zənn etmək olardı ki, ZAMANın çatışmayan nəyi varsa da, o da zamandır, vaxtdır. Amma onu yaxından tanıyan bir insan kimi dəqiq bilirəm ki, bu çatışmazlığın əsas səbəblərindən biri onun ailəcanlı olması idi. Dərslər və ictimai işlər arası övladlarını məktəbə də özü aparırdı, hazırlığa da. Hər işin dalınca özü getməyi xoşlayırdı. Dost-tanışa da nəsə lazım olanda birinci onu axtarardılar. Kimsənin sözünü, xahişini yerə salmazdı. Hansısa məsələnin həlli üçün əlindən gələni əsirgəmirdi. Dost məclislərində yaxşı kabab çəkdiyinin də şahidi olmuşam. Hər dəfə Yeni il ərəfəsində kollektivin əməkdaşlarının balalarını şənliyə biletlə də sevindirərdi. ZAMAN hər zaman belə olub.
Yoxluğun yandırır hər tanıyanı...

Sentyabr ayında çoxumuzun (istər professor-müəllim heyətinin, istərsə də tələbələrin) həvəslə gözlədiyimiz tədris ili başlayır. Elə ZAMAN müəllim də hər zaman tədris ilini böyük həvəslə gözləyirdi. Çünki, sevdiyi kollektivə qovuşurdu. Amma tale elə gətirdi ki, bu il sentabr ayında onun 40 mərasimi keçiriləcək. Bu sözləri yazmaq mənim üçün nə qədər çətindirsə, bilirəm ki, ZAMANın əzizləri, xüsusən, yoxluğuyla barışa bilməyən sədaqətli ömür-gün yoldaşı Maya xanım üçün, onu tanıyanlar üçün oxumaq da bir o qədər çətin olacaq. Heç cür ağlıma gətirə bilmirəm ki, ZAMAN müəllim artıq aramızda yoxdur. Artıq nə dəhlizdə, nə də pilləkənlərdə onu sevimli tələbələrinin əhatəsində görməyəcəyik. Amma tam əminəm ki, bu yoxluq cismanidir, xəyalən, ruhən isə O, həmişə bizimlədir, bizimlə də qalacaq.
Yoxluğun yandırır hər tanıyanı...

“Zaman” sözü tərcümədə - vaxtı, müddəti, fəlsəfi mənada isə sonsuz inkişaf edən materiyanın, vaxtın davamını və ardıcıllığında təzahür edən ümumi obyektiv varlıq formasını bildirir. Deyirlər, “İnsan saatı icad etdi ki, zamanın yüyənindən yapışa bilsin”. Bəli, hər kəs zamana sığmaq üçün vaxtı, zamanı saxlamaq istəyir. Zamandan geri qalanlar da olur, zamanı qabaqlayanlar da. Kimisi olumu ilə qabaqlayır zamanı, kimisi də ölümü ilə. Mən bilirəm ki, ZAMAN yaşasaydı hələ çox işlər görəsiydi. Amma təssüflər olsun ki, ZAMAN ölümü ilə qabaqladı zamanı.
Mən, əziz həmkarım, bu 40 gün ərzində yoxluğuna hələ də inanmadığım və heç zaman da inanmayacağım ZAMAN müəllim haqqında çox söz deyə bilərəm. Amma böyük qəlbli bu insan haqqında kiçik yazımı onun yoxluğundan təsirlənərək yazdığım şeir parçasıyla tamamlamaq istərdim:

Yoldaş itirməkdən ağır dərd olmaz,
Ürək param-parça, sızlayar, inlər.
Fələyin gərdişi bundan sərt olmaz,
Tarixə çevrildi ZAMANlı günlər.

Sən, əziz müəllim, sevilən həmkar,
Qohum-əqrabaya layiq qardaşdın.
Haqqında deməyə o qədər söz var,
Sən, etibarlı dost, sadiq yoldaşdın.

Ömrünü əritdin elm yolunda,
Sevərək bağlandın sən öz peşənə.
Kimsənin sözünü yerə salmadın,
Əl uzatdın neçə dara düşənə.

Biz, sənə: “Yaşasın rəhbər”, deyəndə,
Sən mənə: “Yaşasın şair”, deyirdin.
Körpə balaları el şənliyində,,
Şənliyə biletlə sevindirirdin.
Yoxluğun yandırır hər tanıyanı...

İndi xatirələr didir qəlbləri,
Yoxluğun yandırır hər tanıyanı.
Hey, düşünürəm sən gedəndən bəri,
Niyə qabaqladın vaxtı, zamanı?

İstəklər, arzular döndülər daşa,
Eh, amansız fələk, vəfasız dünya.
Mayanın baharı büründü qışa,
Atasız qaldılar Fidanla, Ziya.

ZAMANı zamansız apardı həyat!
Gözümüzün yaşı axar aramla.
Ürəklərdə fəryad qopardı həyat,
ZAMAN xatırlanar min ehtiramla
.
Yoxluğun yandırır hər tanıyanı...

Ruhun şad olsun, ZAMAN müəllim.
Ömrün zamanı sənin üçün bitsə də, şirin və kövrək xatirələrin bizim üçün heç zaman bitən deyil! Həyat səni aramızdan zamansız aparsa da, qəlblərimizdən heç zaman qoparan deyil! Nə qədər ki, varıq, sən bizimləsən, xatirimizdəsən, yaddaşımızdasan, çünki sən unudulası oğul deyildin... Həm də ona görə ki, evində iki davamçın böyüyür: Fidan və Ziya. “Fidan” - cavan, pöhrə, körpə, “Ziya” isə - işıq, aydınlıq, nur deməkdir. Mən inanıram ki, illər keçəcək, Fidan öz pöhrələri, Ziya isə öz nürü ulu ZAMANın yarımçıq qalmış arzularını işıqlandıracaq, nurlandıracaqlar.
Nur içində yatasan qardaş!!!
Yoxluğun yandırır hər tanıyanı...


Anar Məmmədov,

şair-publisist,
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü.
30.08.16




Paylaş



Bölmə: Mədəniyyət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!