Kanal-11 internet TV-nin rəhbərinə 9 il həbs istənildi .....                        Azərbaycan və Serbiya XİN başçıları müzakirə apardılar .....                        Ceyhun Bayramov Səfirlər Konfransında çıxış edib .....                        Naxçıvanda istilik elektrik stansiyası tikiləcək - SƏRƏNCAM .....                        “Nidanın Gücü, Gücün Nidası!”: Yazı müsabiqəsinin qalibləri mükafatlandırıldı .....                        Azərbaycanda neçə "Tesla" avtomobili var? - QİYMƏTLƏR .....                        Sabahın hava proqnozu .....                        Qubadlı və Cəbrayılda modul tipli xəstəxanalar tikiləcək .....                        34 il sonra Xankəndidə Yeni il - FOTO .....                       
Tarix : 8-12-2015, 10:50
Eldar Mahmudov həbs olunur



Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun qudası, Beynəlxalq Bankın İdarə Heyətinin sabiq rəhbəri Cahangir Hacıyevin həbsi hətta “Günəşli” yatağında baş vermiş ağır faciənin fonunda belə diqqətdən kənarda qalmadı. Eldar Mahmudovun ev dustaqlığında çox qalmayacağı, tezliklə ona da Kürdəxanı təcridxanasında “yer veriləcəyi” haqda xəbərlər artıb.
Məlumata görə, E.Mahmudovun həbsi üçün kifayət qədər sübutlar artıq istintaqda var. C.Hacıyevin işdən çıxarılandan 9 ay sonra həbs edilməsi onu göstərdi ki, qudalar vəd etdikləri, daha doğrusu, dövlətdən mənimsədikləri pulu qaytara bilməyiblər. Bəzi mənbələr bu vəsaitin 2-8 milyard manat civarında olduğunu deyir. C.Hacıyev hələ mart ayında işdən çıxarılanda və bank vəsaitinin mənimsənilməsində E.Mahmudovun da şərikliyi üzə çıxdıqdan sonra nazir qudasını həbsdən bir şərtlə qoruya bilmişdi: mənimsənilən pullar qaytarılacaq. Amma zaman keçdikcə E.Mahmudov bandasının MTN-də törətdiyi cinayətlər də aşkar oldu ki, bu da qüdrətli daha bir qudanın da vəzifədən çıxarılması ilə nəticələndi.
Məlumatlara görə, E.Mahmudovla C.Hacıyev, sadəcə, quda olmayıblar, onlar bu qohumluqdan illər öncə bütün bizneslərini, gizli sirlərini bölüşüblər, bir-birilərinə informasiya dəstəyi verərək milyardlara sahibləniblər. E.Mahmudov ona geniş maliyyə kanalları yaratmış C.Hacıyevə “borclu qalmayıb”. O, C.Hacıyevin iqtisadi komandada rəqiblərini ən müxtəlif üsullarla işdən qovdurub, şantaj edib və susdurub.
Onlardan biri də sabiq maliyyə naziri Əvəz Ələkbərovdur. Təsadüfi deyil ki, E.Mahmudovun istefasından sonra Ə.Ələkbərov bunu açıq etiraf edib. O deyib ki, Eldar Mahmudov nazir olandan sonra komandanın içində çaşqınlıq yaradıbmış. “Eldar Mahmudov öz maraqları çərçivəsində kimisə qabağa çəkdi, kiməsə zərbə vurdu, kimisə diz çökdürdü. O, hakimiyyətdə olduqca təsirli idi. Onun kəsdiyi başa sorğu-sual yox idi. Hamı ondan çəkinirdi”.
1999-cu ildən maliyyə naziri olan Ə.Ələkbərov 2006-cı ilin aprelində işdən çıxarılıb. Xəbərlərə görə, E.Mahmudov onun haqqında kompromatlar toplayıb. E.Mahmudov onu 2005-ci ilin oktyabrında dövlət çevrilişinə cəhd ittihamı ilə həbs edilən “prezident Əli İnsanovun baş naziri” kimi təqdim edib. MTN-də hazırlanan dosyeyə inandırıcı dəlilər qoyulub, nazirin Əli İnsanovla restoranlarda görüşdüyü və sair kimi faktlarla “zənginləşdirilib”. Qeyd etdiyimiz kimi, E. Mahmudov hələ C.Hacıyevlə qohum olmasa da, “Qara kəmər” əməliyyatından sonra onlar arasında ciddi dostluq münasibətləri yaranıb. Maliyyə Nazirliyi də Beynəlxalq Bankın dövlətə məxsus səhmlərinə cavabdeh olduğundan Ə. Ələkbərov C. Hacıyevə ciddi nəzarət edirmiş. İşə E. Mahmudov qarışdıqdan sonra Ə. Ələkbərov vəzifədən uzaqlaşdırılıb.
Üstəlik, iddialar var ki, MTN şefinə həm də komandada “göz-qulaq” olmaq göstərişi də varmış ki, E. Mahmudov da bu tapşırığı öz şəxsi ambisiyaları hesabına həyata keçirib.
E.Mahmudov hər zaman “qərbi azərbaycanlılara” az qala düşmən kimi münasibət göstərirmiş, onların hakimiyyətdən getməsinə çalışırmış. Ehtimal edilir ki, təhsil naziri Misir Mərdanovun da postundan uzaqlaşdırılmasında E.Mahmudovun ciddi rolu olub. Nazirin işdən çıxarılmasından sonra onun Bakıda indiyədək bilinməyən obyektlərinin üzə çıxması və bu məlumatların mediaya ötürülməsində də MTN-in əli olduğu hələ o zaman da şübhə doğurmurdu.
C.Hacıyevin iqtisadi komandada güclü rəqiblərindən olan Mərkəzi Bankın rəhbəri Elman Rüstəmovun da sıradan çıxarılması üçün qudalar ciddi cəhdlər ediblər. C.Hacıyev E.Mahmudovun otağında Hacı Məmmədovla şəxsən görüşüb və ondan Zamirə Hacıyevanın oğurlanmasında E.Rüstəmovun da əli olduğuna dair ifadə verməsini istəyib. Mərkəzi Bank sədri haqda bəzi kompromat materiallar, məsələn, bir neçə il əvvəl bankdan bir neçə maşın pulun çıxarılıb yandırılması haqda xəbərlərin də MTN mətbəxində hazırlandığı deyilir. C.Hacıyevin işdən çıxarıldıqdan sonra isə Mərkəzi Banka rəhbər gətiriləcəyi deyilirdi. Bu o ərəfə idi ki, Mərkəzi Bank sədri növbəti 5 il müddətinə parlamentdə təsdiqlənməli idi. E.Mahmudov qudasının işdən çıxarılması ilə barışırmış və bunun üçün hətta prezidentin etimad göstərdiyi baş bankiri belə hədəfə almaqdan çəkinmirmiş.
E.Mahmudovun nazirlərə qarşı müharibəsini təsdiqləyən daha bir məlumatı ölkə.az saytı yayıb. Ziya Məmmədovun “vurulması” ilə bağlı yazıdan bəzi sitatlara diqqət edək: “Mətbuatın yaydığı məlumatlar – hətta beynəlxalq əhəmiyyətli avtomobil yollarının da keyfiyyətsiz çəkilməsi, milyardlarla dövlət vəsaitinin düzgün xərclənməməsi və mənimsənilməsi, nazirin əvvəllər birini də buraxmadığı rəsmi tədbirlərdə görünməməsi və s. barədəki qalmaqallı əhvalatlar Ziya Məmmədovun karyerasının tezliklə başa çatacağına dair mülahizələr irəli sürməyə əsaslar verirdi. Kiminsə “güclü əli” ilə belə bir ictimai rəy yaradılırdı ki, nazir bacarıqsız adamdır, əlindən heç bir iş gəlmir, amma öz qulluq mövqeyindən yaxşı istifadə edə və büdcə pullarını öz şəxsi məqsədləri üçün xərcləyə bilir”.
Sonra isə Bakıda keçirilən Avropa Oyunları zamanı baş vermiş məlum qəzaya diqqət çəkilir: “Nəqliyyat Nazirliyinin xaricdən baha qiymətə aldığı avtobusların biri yarışların elə ilk günündəcə bir qrup idmançını vurdu. Nəticədə üç avstriyalı idmançı qız xəsarət aldı. Bundan əlavə, nazirliyin əməkdaşları bu hadisəni videolentə alaraq həmin kadrları öz keçmiş həmkarlarının köməyi ilə dünya mətbuatına ötürdülər. Eldar Mahmudovun nəzarət və idarə etdiyi ictimai rəy institutları barmağını yenə o qədər də populyar olmayan Ziya Məmmədova doğru tuşladı. Halbuki Avropa Oyunları zamanı təhlükəsizliyin qorunmasına ilk növbədə Eldar Mahmudov cavabdeh idi. Yaxşı, bəs MTN bundan əvvəl yol qəzasına görə məhkumluq həyatı yaşamış bir sürücüyə avtobus sükanının etibar olunmasına necə yol vermişdi? Bunu necə gözdən qaçırmışdı? Nəticə isə bəllidir: nazir töhmət almadı, amma ona Avropa Oyunlarının əksər təşkilatçılarının layiq görüldüyü mükafatdan da verilmədi”.
***
Məlumatlara görə, iqtidar komandasında sabiq MTN şefinin həbsini istəyənlər sayı çoxdur. E.Mahmudov zamanında onların bəzilərini hətta kabinetinə belə çağırtdırıb, hədə-qorxu dilində danışıb. Məhz bu qrup sabiq nazirin hələ də evində olmasını qəbullana bilmir.


Yeni Musavat


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!