"Milli QHT Forumunda "Kəlağayı Bayramı" silsilə tədbirlərinə start verildi .....                        Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                       
Tarix : 16-09-2013, 14:47
Virtuoz sürücü (Şahin Əliyev – 50)


Virtuoz sürücü (Şahin Əliyev – 50)

İyirmi yeddi il əvvəlin söhbətidir. Jurnalistika fakültəsinin Kommunist, 8-dəki binasından çıxıb son dayanacağı metronun “Bakı Soveti” stansiyasının arxası olan 39 saylı marşrut avtobusuna minib universitetin Yasamaldakı yataqxanasına gedirdik. O, həmişə ön qapıdan minər, oturmağa yer olanda da əyləşməz, düz sürücünün arxasında dimdik dayanıb diqqətlə yola baxardı. Birinci kursdaydıq, təzə-təzə tanış olurduq. Bir dəfə dözməyib bu hərəkətinin səbəbini soruşdum. Qayıdıb tam ciddi şəkildə dedi: “Burda dayanmaq mənə ləzzət eləyir. Təsəvvürümdə canlandırıram ki, avtobusu özüm sürürəm...”.

Yox, o, sadəlövh oğlan deyildi. Sürücülük həvəsinə də düşməmişdi. Güman edirəm ki, o dövrdə əyalətdən Bakıya ali təhsil almağa gələn, əlçatmaz zirvələri fəth etmək iddiasında olan kənd uşaqlarının böyük əksəriyyəti məhz bu cür sürətlə irəli getməyi, sükanı əlində möhkəm tutmağı arzulayırdı. Şahini lap yaxından tanıyanda, bir-birimizə isinişəndə buna tamamilə əmin oldum. Amma onun həyat prinsipi kimi qəbul etdiyi əsas məsələ cəmin getdiyi avtobus yox, təkin möhkəm yapışdığı sükan idi.

...Yaman tapışmışdıq. Nəinki boyumuz, çəkimiz, hətta paltarımızın, ayağımızın ölçüsü də eyniydi. Bunlar bir yana, o vaxta qədərki ömür kitabımıza yazılanlar da üst-üstə düşürdü: Üç qardaşdan ortancılıyıq, bir bacımız var, o da yaşda bizdən böyük. Yadında olar, ikinci kursda eyni rəngdə, eyni formada şalvar-köynək geyinmişdik. Kənardan baxanlar, tanımayanlar bizi əkiz qardaş sanırdılar. Əkiz ha! Kəlbəcərin dağından enənlə Xaçmazın aranından gələnin əkizliyi! Kəlbəcər-Xaçmaz! Murovun ətəyi - Dəryanın qırağı! Təkcə zahiri deyil, daxili oxşarlığımız da az deyildi. Biz onunla bir növ şəhərdə öz oxşarına rast gələn və buna ürəkdən sevinən kəndli balaları idik. Oğlanlı-qızlı qrup yoldaşlarımız da Şahini tez sevdilər, xətrini istədilər. Olduqca sakit, səbirli, həssas və diqqətli davranışı ilə müəllimlərimizin də hörmətini qazandı. Axı, o, sadaladığım müsbət xarakteri ilə yanaşı həm də oxuyan tələbə idi.

Universiteti bitirəndən sonra “Səhər”də, “Xalq qəzeti”ndə işləyəndə də, indi “Üç nöqtə” qəzetinin redaktoru kimi də onun təbiəti dəyişmədi. Əsrlərin yox e, minilliklərin qovuşuğunda, necə deyərlər, ictimai-siyasi formasiyaların dəyişdiyi dönəmdə də Şahin Əliyev (pasportunda Şahyəddin Saleh oğlu Əliyev yazılsa da, biz ona elə tələbəçilikdən Şahin dedik, imzasını da belə qoydu) öz xarakterinə sadiq qaldı. Həmin dönəmdə, köhnə quruluşun dağılıb, təzəni yaratmağın əzabını yaşayan cəmiyyətdə sabitqədəm qalmaq heç də asan deyildi. Biz, ötən əsrin 60-70-ci illəri arasında doğulan nəsil minilliklərin rəngarəng tıxacına düşdük! Həmin tarixi dəyişikliklər bizim gəncliyimizin ekvatorundan keçdi. Yox, biz təkcə tarixi yox, həm də inqilabi dəyişikliklər dönəminin canlı şahidləri və iştirakçılarıyıq. Bəzən özümüz bunun fərqinə varmasaq da! Kirov adına Qırmızı Əmək Bayrağı Ordenli Azərbaycan Dövlət Universitetinə qəbul olub, Rəsulzadə adına Bakı Dövlət Universitetini bitirmək faktının özü bizim keçdiyimiz məsafənin uzunluğunu və miqyasını göstərir.

...Yuxarıda qeyd etdiyim kimi, Şahin Əliyev professional qəzet jurnalistidir, qəzetçidir. Özünün yaxşı qələmi olsa da, son on-on iki ildə başqalarının yazdıqlarını redaktə etməklə məşğuldur. Redaktorluğun belə bəlası da var: sözünü özgə imzanın üstündə deməyə məcbursan. Gündəlik qəzet buraxmağın çətinliyini, yaradıcı məşəqqətini isə yazılı media mənsubları çox gözəl bilirlər. (Yeri gəlmişkən, ikimizin də siftə iş yerimiz olan, respublikanın ilk gündəlik informasiya qəzeti “Səhər”də Şakir Yaqubov, Hidayət Elvüsal, Məzahir Süleymanzadə kimi əjdahalarla çiyin-çiyinə işləmək və öyrənmək də bizə nəsib olub. Onlara bir minnətdarlıq borcumuz var.) Qazanc isə... Ən çətin, ən imkansız vaxtlarında da Şahindən giley, şikayət eşitmədim. Peşə sahəsində elə böyük gəlirə sahib olmasa da, şəxsi həyatında ən böyük qazancı iki savadlı, ağıllı oğul balalarıdır. Azər Tibb Universitetində, Toğrul isə Kiprin Orta Doğu Universitetində təhsil alır. Bu iki gül bala taleyin ona və ömür-gün yoldaşı Təranə xanıma hədiyyəsi, fəxr ediləsi övladlardır. Əsl yubiley hədiyyəsi isə dövlət başçısından gəldi. Jurnalistlər üçün inşa olunmuş binadan 50 illiyi ərəfəsində ikiotaqlı mənzil alması biz dostları da çox sevindirdi.

...“Son vaxtlar Kəlbəcər, kəndimiz tez-tez yuxuma gəlir. Evimizi, həyətimizi, bağımızı, ...darvazamızı görürəm. Amma qəribədir ki, dəmir darvaza boyadığımız göy deyil, qəhvəyi rəngdədir. Yuxuda hər şey olduğu kimi, realdır, bircə bu darvazanın rəngindən savayı...”

Təxminən on beş il bundan əvvəl yuxusunu mənə danışmışdı. Bu rəng məsələsi Şahinə heç rahatlıq vermirdi. Şübhələrinə son qoymaq üçün o vaxtın məşhur ekstrasenslərindən birinə müraciət etdi. O da yuxudakı suala aydınlıq gətirdi. Cavab belə oldu: “Kəlbəcərin işğalına hardasa bir ay qalmış ailə üzvlərinizdən biri darvazaya qəhvəyi boya çəkib”. Üstündən iki-üç gün keçməmiş dostum öz araşdırmasının nəticəsini mənə danışdı. Həqiqətən də, işğala az qalmış kiçik qardaşı Ərşad darvazanı qəhvəyi boyayıbmış. Bəli, yuxusu onu aldatmamışdı. Rəngi dəyişmiş o darvazalar bu gün də minlərlə soydaşımızın gününü göy əskiyə büküb yuxularını qarışdırır.

...Bəlkə də aşağıdakı məlumatı yubiley günündə oxucuyla bölüşməyimi təqdir etməyəcək. Amma düşünürəm ki, bu maraqlı fakt konkret bir jurnalistin peşəkar qüsuru kimi deyil, illər keçdikcə insanlarımızın yurd itkisinə, torpaqların işğalına bir qədər soyuq, laqeyd münasibəti nöqteyi-nəzərindən maraq kəsb edir. Onun doğma Sarıdaşında toyu işğaldan 7 ay 7 gün əvvəl çalınsa da, telekanalların birində işləyən tələbə yoldaşımız həmin toy görüntülərini tamaşaçılara “Kəlbəcərin sonuncu toyu” kimi təqdim edirdi. Özü də bir dəfə yox, dəfələrlə, martın sonları, aprelin əvvəllərində, növbəti işğal ildönümü ərəfəsində (son iyirmi ildə rəsmi, elmi, ədəbi leksikonumuza daxil olmuş ifadəyə fikir verin siz Allah: işğal ildönümü). Axırda dözmədi Şahin, gedib kaseti aldı.

...Hər şeyini – sevincini, kədərini, müşahidələrini mənimlə bölüşən yubilyar qardaşım bir sirrini məndən də gizlədibmiş. Şahin beşillik tələbəlik həyatımızın hər gününü qələmə alırmış. Gündəlik yazırmış. Əminəm ki, olduqca güclü müşahidə qabiliyyətinə malik dostumun o dəftərində çox maraqlı qeydlər yatır. İnşallah, qismət olsa, o dəftəri də vərəqləyərik. Nə bilmək olar, bəlkə o dəftərin əsasında Şahin Əliyevin epistolyar janrda maraqlı bir kitabı işıq üzü gördü. İndidən kitabın redaktorluğunu boynuma götürürəm.

...Xətrini dünyalar qədər istədiyim dostum, sirdaşım Şahin Əliyevin 50 yaşına bu müxtəsər qeydlərimə yuxarıdakı sərlövhəni təsadüfən seçməmişəm. Dostluq tarixçəmizin iyimi yeddi ili ərzində Şahinin qəlbimdə, xəyalımda formalaşmış obrazı məhz sürücüyə daha yaxındır. Səliqəli, məsuliyyətli, intizamlı, yol subyektlərinə hörmətlə yanaşan professional sürücü! Yarım əsrlik ömründə heç vaxt şəxsi avtomobili olmasa da, indi vaqonlarının sayı əlliyə çatmış həyat qatarını həmişə inamla idarə edib. İşində, ailəsində, dost-tanış, qohum-əqrəba arasında nəinki ciddi, heç yüngül qəzaya da uğramayıb. Həmişə də öz yolunun qayda-qanunlarına axıradək riayət edib. Çünki bu qaydaları ağlı dünyanı kəsəndən özü müəyyənləşdirib. Bilirəm, o, kimsənin qaydaları ilə “oynamağı” sevməz, amma onun qaydalarına boyun əyməyə məcbur olanlar az deyil.

Qardaşımın yarım əsrlik yolu mübarək olsun, növbəti 50 ildə şüşə kimi hamar yola düşsün və bu ömür yolunun sərin mehi ona intizarında olduğu rahatlığı, dincliyi gətirsin. Qoy bu yolun üstündəki ən böyük dayanacaq ən çox arzuladığı ünvan – Sarıdaş olsun...

İmran Bədirxanlı
25 il əvvəl. Bakı, “Səbayel” kafesi. Laçın vaxtlarımızdır. Şəkildə solda dayanan yubilyar, ortadakı bizimlə cəmi bir semestr oxumuş iranlı Əbdülhəmid Səid, sağdakı da bəndənizdir.

Virtuoz sürücü (Şahin Əliyev – 50)


Paylaş



Bölmə: Mədəniyyət / Karusel / Manşet / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!