"Milli QHT Forumunda "Kəlağayı Bayramı" silsilə tədbirlərinə start verildi .....                        Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                       
Tarix : 1-02-2016, 23:12
Amerika cəmiyyəti və dünyada baş verən münaqişələr


ABŞ-a səfər etmək jurnalist kimi mənim ən böyük arzularımdan biri idi. Okeanın o tayında müxtəlif insanlarla görüşlərdə ABŞ və Azərbaycan münasibətləri, Amerika cəmiyyəti və dünyada baş verən münaqişələrdən danışdıq. Türk-Amerikan Dərnəkləri Assambleyasının rəhbəri Oya Bain də ABŞ-dakı həmsöhbətlərimdən biri oldu. Onunla söhbəti təqdim edirəm:

- Öncə bilmək istərdim ki, ABŞ-la Azərbaycan arasındakı münasibətləri necə qiymətləndirirsiz?


- Bu söhbət üçün təşəkkür edirəm. İstəyirəm əvvəlcə özüm və çalışdığım təşkilat haqqında məlumat verim. Mən Oya Bain 1979-cu ildə Amerikada yaradılmış Türk–Amerikan Dərnəkləri Assambleyasının (ATAA) rəhbəriyəm. Türkiyə ilə ABŞ-ın əlaqələrini əhatə edən ATAA 10-u digər ştatlarda olmaqla 15 könüllü tərəfindən idarə olunur. Türk–Amerikan Dərnəkləri Assambleyasının 60 regional üzvü var. ATAA-nın əsas məqsədi ABŞ-da yaşayan amerikalı türklərin marifləndirilməsindən, media, siyasət və ictimai həyatda fəal olmalarına kömək göstərməkdən, həmçinin Türkiyə-Amerika münasibətlərinin inkişafına təsir etməkdən ibarətdir. Biz Azərbaycan icması ilə də yaxından əməkdaşlıq edirik və bir neçə görkəmli amerikalı azərbaycanlı fəalımız var.
Mən ABŞ-a 1960-cı ildən tələbə kimi gələndən Türk-Amerikan məsələləri daha çox diqqətimi cəlb etmişdi.

- Azərbaycan Qafqaz regionunda ABŞ-ın etibarlı tərəfdaşlarından biridir. Sizcə, Azərbaycanla Birləşmiş Ştatların istər iqtisadi, istərsə də digər sahələrdəki əməkdaşlığı hansı səviyyədədir?

- ABŞ Qafqazda Azərbaycan vasitəsilə Qərb demokratiyası siyasətini həyata keçirməyə çalışır. 1992-ci ildə Sovet İttifaqının dağılmasından sonra Azərbaycanla ABŞ arasında diplomatik münasibətlər qurulub, elə o vaxtdan bəri regional təhlükəsizliyinin təmin ediməsində, enerji təhlükəsizliyinin artırılmasında, iqtisadi və siyasi islahatların gücləndirilməsində Azərbaycanı dəstəkləyib.
Enerji ixracatçısı kimi Azərbaycan son 10 ildə çoxlu uğur qazanıb. ABŞ-ın Bakı-Tiblisi-Ceyhan neft kəmərinin tikintisində Azərbaycana dəstəyi bu iki ölkə arasında münasibətlərin yaxşı olmasının bariz nümunəsidir.
Lakin Qafqaz və Türkiyə ilə bağlı münasibətlərdə ermənilərin ABŞ-a təsirini də qeyd etmək lazımdır.

- Suriya müharibəsi, miqrasiya böhranı və miqrantlarla bağlı hadisələrə amerikalıların münasibəti necədir?

- Prezident Barak Obama ölkəyə miqrantların gəlməsi məsələsinə humanistcəsinə yanaşır. Lakin prezidentliyə namizəd olanlar, xüsusilə Respubliklaçılar miqrantların gəlişinə etiraz edirlər. Təəssüf ki, onlar qaçqınlar və digər məslələrlə bağlı ortaq nəticəyə gələ bilmirlər. Amerika xalqı qonaqpərvər və xeyriyyəçidir, onlar təhsil, sosial və sağlamlıq xidmətlərində daha təcrübəlidirlər. Hazırda Amerikada 11 miyondan çox qaçaq ispaniyalı miqrant var ki, onlar da əhalinin 3%-ni təşkil edir. Amerika dövləti bu məsələni həll etməyə çalışır.

- Dünyada müxtəif münaqişə zonaları var. Bir çox terror qrupları sülh və sabitliyə ciddi təhlükədirlər, günahsız insanları öldürür, dinc həyat tərzini pozurlar. Bu təşkilatların sonu nə vaxt çatacaq?

- Şiddətlə heç vaxt heç nəyə nail ola bilməyəcəklər. ASALA və digər erməni terror təşkilatları türklərə və türk diplomatlarına qarşı hücumlar təşkil edirlər.
Kürd Fəhlə Partiyası (PKK) terror təşkilatı isə son 35 ildə 40 mindən çox kürd və türkün ölümünə səbəb olub.
İndi əsas problem budur ki, hazırda dünyada terrorizmə qarşı mütəşəkkil iş görülmür. Avropa və Amerikadakı bəzi qüvvələr PKK-ya gizli və ya açıq şəkildə dəstək verirlər. Həm də bilirlər ki, bu təşkilatların mübarizə forması yalnışdır.
Nə qədər ki dünya ictimaiyyəti terrorizmə qarşı birgə mübarizə aparmır, heç vaxt bu məsələdə uğur qazanılmayacaq.

- Azərbaycan Respublikası də terrorzimdən əzaiyyət çəkir. Ölkəmizin ərazi bütövlüyü beynəlxalq aləm tərəfindən tanınır, lakin torpaqlarımızın 20%-i uzun illərdir erməni işğalı altındadır. 1 miyon qaçqın-köçkünümüzün hüquqları Ermənistan dövləti tərəfindən pozulub. BMT Təhlükəsizlik Şurasının Azərbaycan-Ermənistan münaqişəsi barədə 4 qətnaməsi var. Bu qətnamələrə görə, Ermənistan öz qosunlarını Qarabağdan çıxarmalıdır. Lakin Ermənistan buna əməl etmir. Sizcə ABŞ dövləti nə üçün Ermənistandan BMT qətnamələrinə əməl etməyi tələb etmir? ABŞ bu münaqişənin həllində nə edə bilər?

- Ermənistan ABŞ-la Rusiya arasında siyasi vasitədir. Lakin bu balaca uğursuz ölkənin ABŞ-da güclü diasporu var. Erməni diasporu daim ABŞ dövlətinə təsir edə bilir.
- Azərbaycan cəmiyyəti ölkəmizə qarşı ikili standartlardan narazıdır...

- Haqlı narazılıqdır. Bəzən hər hansı bir mövzuyla bağlı fikirlərin yalnış ifadə edilməsi ABŞ-da Azərbaycana qarşı tənqidləri gücləndirir. ABŞ Konqresində bəzi nümayəndələr tənqidlərdən istifadə edərək Azərbaycan əleyhinə fikirlər səsləndirirlər. Məsələn, Kris Smiti buna misal göstərmək olar.
Buna görə də Azərbaycan insan hüquqları, mətbuat azadlığı, qanunların düzgün icra olunması sahəsində şəffalığı, ədaləti təmin etməlidir ki, kimlərəsə əsas verməsin. Bu eyniylə Türkiyəyə də aiddir.

- Bu ilin noyabrında ABŞ-da keçiriləcək prezident seçkilərindən sonra Azərbaycanla münasibətlərdə dəyişiklik baş verə bilərmi?

-ABŞ-ın xarici siyasətində prioritetlər var. Hər prezident seçkilərində namizədlər erməni icmalarından səs qazanmaq üçün “erməni soyqrımı”na dair yalandan vədlər verirlər. Amma prezident seçilən şəxs verdiyi vədləri yox, Amerikanın maraqlarını üstün tutur.
Türkiyə və Azərbaycan münasibətlərini yalançı tarixi iddialarla pozmaq ağılsızlıq olar. Qarabağ məsələsi daha mürəkkəbdi, bu məsələnin həlli üçün Azərbaycan Amerikada ictimai münasibətləri daha da gücləndirməlidir. Mən düşünmürəm ki, Qarabağ məsələsində ABŞ siyasətini dəyişəcək. Amerika bu məsələnin həllində o qədər də maraqlı deyil, çünki Ermənistan ABŞ və Rusiya arasında siyasi vasitədir.

- Azərbaycan müxtəlif dini və etnik qrupların sülh şəraitində yaşadığı tolerant ölkədir. Müsəlmanlar, xristianlar, yəhudilər əsrlər boyu birlikdə yaşayırlar... Bu haqda nə bilirsiniz?

- Bilirəm ki, Azərbaycan öz tolerantlığı və harmoniyası ilə müxtəlif cəmiyyətlər arasında seçilən ölkədir. Bu, Azərbaycanın ABŞ-da və dünyada yaxşı cəhətdən tanınmasına və təbliğ olunmasına mühüm təsir göstərir. Son illər ABŞ-da bununla bağlı müxtəlif ictimai, mədəni tədbirlərin keçirilməsi, Azərbaycanın burada ictimai və siyasi gücünü artırır.

- Son zamanlar Azərbaycan və Amerika münasibətlərindəki soyuqluğu siz də müşahidə edirsinizmi?

- Erməni lobbisinin Konqres üzvlərinə təsiri ABŞ-Azərbaycan münasibətlərini gərginləşdirir.
Azərbaycan və Türkiyəyə qarşı mənfi fikirlər xüsusilə Konqresə seçkilərdə daha çox səs toplamağa çalışan namizədlərin canfəşanlığı sayəsində gündəmə gətirilir.
Hesab edirəm ki, onları öz silahı ilə vurmaq lazımdır!
Məsələn, Azərbaycan əleyhinə zərərli sənəd hazırlayan konqresmen Kris Smit Nyu-Cersdəndir. Nyu-Cersidə türklər və azərbaycanlılar ermənilərdən daha çoxdur. 2016-cı il noyabr seçkilərində Smitin seçilməsinə “yox!” deməliyik.
Erməni icması daha çox yunanlarla birlikdə işləyir və birlikdə səsvermədə iştirak edirlər.
ABŞ-da yaşayan azərbaycanlılar seçkilərdə aktiv iştirak etməlidirlər. Bu ölkədə yarım milyondan çox azərbaycanlı var. Onlar könüllü komandalarda, səsvermələrdə iştirak etməli və öz mesajlarını çatdırmalıdır.
Azərbaycana qarşı nifrət və irqçilik güdən erməni lobbisinin məqsədi aydındır: Azərbaycan ərazilərinin qanunsuz işğalını qanuniləşdirmək və Azərbaycan-Amerika münasibətlərinin pozulması üçün hər vasitədən istifadə etmək.

- Ukrayadakı münaqişə ocağının ləğvi üçün birmənalı olaraq bu ölkəni dəstəkləyən Amerika Azərbaycana niyə dəstək vermir?

- Bunun strateji səbəbi var. ABŞ-ın xarici siyasətində erməni diasporunun xüsusi yeri var. Qarabağ məsələsində hər şey Ermənistanın əleyhinə olsa da, məhz erməni diasporu və erməni lobbisinin təsiri ilə ABŞ ciddi ölçü götürməyib. Siyasətdə ədalətli oyun yoxdu. Avropaya geniş çıxış imkanları olan Ukrayna ilə Azərbaycanı eyniləşdirmək olmaz. ABŞ-ın strateji hədəfi ondan ibarətdir ki, Rusiyanın Ukraynaya təsirini heçə endirsin.

- Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Azərbaycan daha nələr etməlidir?

- Qafqazdakı bu müharibənin həlli yolları müxtəlifdir. Azərbaycan öz hərbi gücünü artırmalı və beynəlxalq münasibətlərini inkişaf etdirməlidir.
Eyni zamanda Azərbaycan iqtisadi sahədə inkişafı həyata keçirməlidir ki, bu da Ermənistanın geriləməsi prosesini gücləndirər.
Cənub qaz layihəsi və digər iqtisadi rıçaqlardan səmərəli istifadə olunmalıdır.

- Sonda Azərbaycan xalqına və cəmiyyətinə arzularınız...

- Azərbaycan və Türkiyə arasında “Bir millət, iki dövlət” konsepti daha da güclənməlidir. Mən hər iki ölkənin ABŞ-la bağlı mnasibətlərdə sıx əməkdaşlıq etməsini və hədəflərə doğru irəliləməsini istəyirəm. Azərbaycana bütün sahələrdə inkişaf və uğurlar arzulayıram.


Vüqar Quliyev Ağamalıoğlu


Paylaş



Bölmə: Müsahibə / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!