Azərbaycanın Xalq artisti vəfat etdi .....                        Ermənistanda qumbara partlatmaq istədilər .....                        İlham Əliyev Trampa zəng etdi .....                        NATO rəhbəri Türkiyədə kimlərlə görüşdü? .....                        65 yaşını keçən müəllimlərlə bağlı rəsmi AÇIQLAMA .....                        "Bəy hamamı"nda yanğın .....                        Bakı-Qazax yolunda 4 maşın toqquşdu - Xəsarət alanlar var .....                        Türk Dünyası ölkələrinin yeni birliyi yaradıldı .....                        Ədalət Verdiyevi neçə il həbs gözləyir? .....                       
Tarix : 25-01-2016, 10:11
Azərbaycanlı jurnalistin Amerika təəssüratları…


Vaşinqton əsrarəngiz, gözəl təbiəti ilə yanaşı, həm də tarixi abidələr, muzeylər və dövlət idarələrinin yerləşdiyi şəhərdir.

Doğrusu, tarixi-memarlıq abidələri ilə zəngin olan bu şəhəri seyr etməkdən doymurdum, Vaşinqtonu gəzdikcə də yeni insanlarla tanış olur, dostlar qazanırdım. Nə deyim, xarici dil bilməyim çox köməyimə çatdı, ingilis dili sayəsində paytaxt əhalisi ilə ünsiyyətdə olur, şəhər haqqında yerli sakinlərdən çox şeylər öyrənirdim. Onlar da səbrlə, heç yorulub-usanmadan mənə dolğun məlumat verirdilər.
Bəli, ataların “yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır” məsəli ilə desək, nəhayət mənim də payıma dünyaya ağalıq edən Amerikanın möhtəşəm şəhərlərini gəzmək düşdü. Düzünü deyim, səfər qısamüddətli olduğu üçün, doymadım bu ölkəni gəzməkdən, çünki çox yerlərə getməyə zamanım qalmadı. Əminəm ki, nə vaxtsa uzun bir zaman kəsimində Amerika şəhərlərini qarış-qarış gəzib-dolaşacağam, belədə məni hələ nə qədər tanışlıqlar, dostluqlar gözləyir.
Hələliksə, “buna da şükür” deyirəm, ən azından əlüstü də olsa, getdim, gəzdim, gördüm və oralardan xoş təəssüratlarla döndüm…
Azərbaycanlı jurnalistin Amerika təəssüratları…

Səfər müddətində təkcə Vaşinqtonda deyil, Arlinqton, Daşbörn və s. şəhərlərdə oldum. Bu şəhərlərdə hər şey nəzərə alınıb: piyada gəzinti, velosiped və qaçış üçün xüsusi yollar, pulsuz futbol, tennis, voleybol və basketbol meydançaları və s… Bir sözlə, istirahət etmək üçün ideal şərait yaradılıb.
Vaşinqtonda olarkən dükan və mağazalarda uzun-uzadı növbələri görəndə, doğrusu, ilk günlər təəccüblənirdim, lakin sonralar buna vərdiş etdim, çünki növbələr əslində insanların bir-birinə nəzakətli davranışından irəli gəlirdi, yəni nəsə bir şey almaq üçün onlar yanındakını itələyib irəli keçmir, “tələsirəm, məni tez yola sal” deyə növbə gözləyənlərə qarşı, yumşaq dillə desək, saymazlıq etmirdilər. Qısası, bu şəhərdə hamı bir-birinə hörmətlə yanaşır.
Şəhər tər-təmiz, küçələri, parkları səliqəlidir. Ətrafı zibilləndirənləri ciddi cərimələr gözləyir, həm də şəhərin təmizliyi üçün maarifləndirmə tədbirləri görülür. Zibili yerə atmaq kimi arzuolunmaz bir vərdiş sakinlərə ümumiyyətlə yaddır. Burada media orqanları maarifləndirmə işini jurnalistikanın əsas prinsipi kimi qəbul edirlər, yəni cəmiyyətin inkişafında medianın rolu böyükdür.

ABŞ-ın Azərbaycan kimi etibarlı mütəffiqə ehtiyacı var

Vaşinqtona səfərim zamanı bir jurnalist kimi ABŞ-da Azərbaycanla bağlı münasibətlərə dair müşahidələr də apardım. Və bir daha əmin oldum ki, ABŞ böyük və güclü dövlət olması ilə yanaşı, onun Azərbaycan kimi etibarlı mütəffiqə ehtiyacı var. Azərbaycanın getdikcə güclənməsi, daxili və xarici siyasətini daim qlobal çağırışların tələbləri çərçivəsində qurması və Cənubi Qafqazın aparıcı dövləti kimi regionu qarşıdurma deyil, əməkdaşlıq məkanına çevrilməsi istiqamətində mühüm diplomatik-siyasi səylərini əsirgəməməsi dünyanın aparıcı dövlətlərinin, xüsusilə ABŞ-ın diqqətini cəlb edir. Bu reallığı Amerikada görüşdüyüm bir neçə diplomat və jurnalist dostlarım da açıq şəkildə etiraf etdilər, həqiqətən də Azərbaycanın inkişaf etmiş Avropa dövlətlərindən daha etibarlı tərəfdaş, müttəfiq olduğunu bildirdilər.
Artıq iki ölkə arasında səmimi dostluq münasibətləri qarşılıqlı maraqlar çərçivəsində daha da möhkəmlənməkdədir. Və bu, ABŞ-Azərbaycan əlaqələrinin hər bir sektorunda özünü göstərməkdədir. ABŞ Azərbaycanın strateji tərəfdaşı olmaqla yanaşı, tərəflər arasında bir çox istiqamətləri əhatə edən yüksək səviyyəli münasibətlər də mövcuddur. İstər ikitərəfli qaydada, istərsə də beynəlxalq qurumlar çərçivəsində əməkdaşlığımız yüksələn xətt üzrə inkişaf edərək, getdikcə öz əhatə dairəsini genişləndirməkdədir. Bu əməkdaşlığın əsas istiqamətlərini isə Azərbaycanda neft və qaz sektorunun inkişafı, Şərq-Qərb dəhlizi boyu infrastruktur layihələrinin həyata keçirilməsi, qeyri-neft sektoru sahəsində qarşılıqlı ticarətin genişləndirilməsi və s. təşkil edir.
Azərbaycanlı jurnalistin Amerika təəssüratları…

Qeyd edək ki, Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum enerji daşınması layihələrinin reallaşmasında Amerikanın da dəstəyi olub, bu amil, rəsmi Vaşinqtonun ümumilikdə Cənubi Qafqaz bölgəsinin, regionda dövlətlərarası münasibətlərin inkişafında maraqlı olduğunu göstərir.
Dünyada böyük nüfuza malik olan və bütün hesabatları, siyasi təhlilləri diqqətlə izlənilən, çoxları tərəfindən ABŞ dövlətinin mövqeyinin ifadəçisi kimi dəyərləndirilən Stratfor Qlobal Araşdırmalar Mərkəzinin təsisçisi və rəhbəri, siyasi analitik Corc Fridman 5 il əvvəl səsləndirdiyi fikri bir daha xatırladaraq yaxın gələcəkdə ABŞ-ın dünyadakı ən yaxın müttəfiqinin Azərbaycan olacağını vurğulayıb.
O, hesab edir ki, hazırda soyuq müharibənin başa çatdığı bu dövrdə çox mürəkkəb siyasi proseslər baş verir. ABŞ-ın müttəfiqləri sayılan Avropa ölkələri dərin iqtisadi böhran içindədir. Bu qitədəki dövlətlərin mövqeləri bir-biri ilə qətiyyən uzlaşmır. Halbuki, Avropa ölkələrinin əksəriyyəti NATO-nun üzvüdür və ilk baxışdan siyasi mövqelər üst-üstə düşməlidir:
Azərbaycanlı jurnalistin Amerika təəssüratları…

“Lakin biz ziddiyyətli münasibətlərdə olan Avropa dövlətlərini bir araya gətirə bilmirik. Bu isə NATO-nun beynəlxalq hərbi-siyasi təşkilat kimi gücünü zəiflədir. Ona görə də ABŞ-a Azərbaycan kimi davamlı iqtisadi inkişafa malik olan müttəfiq lazımdır. Bu, həqiqətdir və bu reallığı müəyyən dairələr nə qədər tez dərk etsələr, bir o qədər faydalı olar”.
2001-ci ildə ABŞ-a qarşı dəhşətli terror aksiyası törədilmişdi. Rəsmi Vaşinqtonun bəzi müttəfiqləri antiterror əməliyyatlarında ABŞ-ı dəstəkləmək üçün müəyyən şərtlər irəli sürdülər. Azərbaycan isə qeyd-şərtsiz ABŞ-ı dəstəklədiyini bəyan edərək beynəlxalq terrorçuluğa qarşı mübarizədə hər cür kömək göstərmişdi.
HAŞİYƏ: Yola saldığımız 2015-ci ilin aprelində Azərbaycan Müdafiə Nazirliyinin Təlim Mərkəzində Azərbaycan-ABŞ ikitərəfli hərbi əlaqələrin razılaşdırılması üzrə keçirilən konfrans iki ölkə arasında hərbi əməkdaşlığın inkişafının göstəricisidir. Konfransda Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə ABŞ-ın Avropa Komandanlığı arasında hərbi əməkdaşlıq üzrə 2016-cı il üçün İş Planının layihəsi müzakirə olunub.

Amerika-Azərbaycan dostluğunun daha da güclənməsi üçün hər birimiz əlimizdən gələni əsrgəməməliyik: Amerika vətəndaşlarına Azərbaycanı yaxından tanıtmaq və sevdirmək, eləcə də qarşı tərəfi Azərbaycanda tanıtmaq üçün Amerika təcrübəsindən istifadə edlməlidir.


Bütün bu təcrübələrin öyrənilməsi, ölkəmizdə tətbiq olunması təbii ki, sosial rifahı da qaldıracaq və inkişaf yolunda bir addım da atılmış olacaq.
Həmsöhbətlərimlə fikir mübadiləsi apararkən belə qənaətə gəldim ki, Amerika bu sahədə Gürcüstanla əməkdaşlıq etdiyi kimi, Azərbaycanla da hərtərəfli əlaqələrin inkişafına hazırdır. Düşünürəm ki, Azərbaycan-ABŞ münasibətlərinin möhkəmlənməsi hər iki ölkənin hərtərəfli inkişafına bundan sonra da öz töhfəsini verəcək. Amerika Türkiyə Asossiasiyası Məclisinin nümayəndəsi xanım Oya Bainlə söhbətim də elə bu mövzuda oldu və onunla Amerika-Azərbaycan münasibətlərinə dair müzakirələr apardıq. Oya Bain bu iki dövlətin bir-birinə ehtiyacı olduğunu, Azərbaycanın regionda ən etibarlı mütəffiq və güclü dövlət olduğunu dilə gətirdi.
Azərbaycanlı jurnalistin Amerika təəssüratları…


ABŞ-Azərbaycan münasibətlərini pozmağa cəhd edənlərə zərbə

Bu yaxınlarda ABŞ Prezidenti Barak Obamanın Azərbaycan Prezidenti İlham Əliyevi Vaşinqtonda keçiriliəcək IV Nüvə Təhlükəsizliyi Sammitinə dəvət etməsinin özü ABŞ-Azərbaycan münasibətlərinin müsbət yöndə inkişaf etdiyini, ABŞ-Azərbaycan münasibətlərinin yüksək səviyyədə olduğunu bir daha göstərdi. Bu dəvət, həmçinin ABŞ-Azərbaycan münasibətlərinin pozulmasını istəyənlərə də bir növ zərbə oldu. Barak Obamanın bu addımı son vaxtlar ABŞ ilə Azərbaycan arasındakı münasibətlərin gərginləşməsinə çalışan qüvvələrə cavab mesajı oldu.
Həqiqətən də, ABŞ-Azərbaycan münasibətləri daim yüksək səviyyədə olub və bu münasibətlər bundan sonra daha da müsbətə doğru inkişaf edərək hər iki ölkəyə öz səmərəsini verəcək. Bununla da Ağ Ev bəyan etdi ki, ABŞ Azərbaycanla sıx əməkdaşlıq edir və bu əməkdaşlıq yüksək templə irəliləyir.
Fəxrlə deyə bilərəm ki, bu gün rəsmi Bakı ilə Vaşinqton parlamentləri arasında dostluq əlaqələri yüksək səviyyədə davam etməkdədir.
ABŞ-la Azərbaycan təkcə öz ölkələrində deyil, eyni zamanda dünyada sülhün bərpasına can atan, bütün problemlərin həlli istiqamətində səy göstərən, insanların dinc yaşamasına, qonşu dövlətlərlə münasibətlərin normal olmasına çalıır.
Barak Obamanın Prezident İlham Əliyevi IV Nüvə Təhlükəsizliyi Sammitinə dəvət etməsinin bir səbəbi də hər iki dövlət başçısının bu istiqamətdə əllərindən gələni etməsinə bir işarədir. Hər iki lider üçün öz ölkələri ilə yanaşı, dünyada təhlükəsizliyin təmini, insan tələfatının qarşısının alınması, insanların sosial vəziyyətinin yaxşılaşdırılması əsas məqsədlərdəndir.

İnformasiya bazarında yerimizi möhkəmləndirməliyik

Amerikanın etibarlı tərəfdaşı olan Azərbaycan bu gün artıq Avropa dövlətləri səviyyəsində söz və nüfuz sahibinə çevrilir.
Bunu bir daha təkrar edir və üzülərək qeyd edirəm ki, Amerika vətəndaşları Azərbaycanı çox da yaxından tanımırlar. Ermənistan isə hər cür vasitələrə əl ataraq, özünü Amerika vətəndaşlarına tanıdır və buna demək olar ki, nail olub. Fikrimcə, bu problem bizim informasiya baxımından bir qədər zəif olmağımızdan qaynaqlanır.
Amerikada olduğum müddətdə ətrafımdakıları, ünsiyyətdə olduğum insanları Azərbaycan haqqında bacardığım, bildiyim qədər məlumatlandırmağa çalışırdım. Bu baxımdan xarici ölkə vətəndaşlarına ölkəmiz haqqında məlumat verməklə, ictimai fəaliyyətimizi artırmaqla müsbət mənada çox şeyə nail ola bilərik. Bunun üçün informasiya bazarında yerimizi möhkəmləndirməliyik.
Azərbaycanlı jurnalistin Amerika təəssüratları…


Vüqar Quliyev Ağamalıoğlu
Bakı-Vaşinqton-Bakı


Paylaş



Bölmə: Dünya / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!