TƏBRİK EDİRİK! .....                        Hacı Oruc Quliyevin həyat hekayəti .....                        Əraqçı ABŞ və İsrailin siyasətini sərt tənqid edib .....                        İsrail–Livan danışıqları Vaşinqtonda keçiriləcək .....                        Tramp: "İranla razılaşma ilə bağlı çox nikbinəm" .....                        Rumıniya ABŞ-dən icazə istəyir: Azərbaycan nefti emal oluna bilər .....                        Tramp Netanyahudan xahiş etdi .....                        Netanyahu Livanla birbaşa danışıqlara başlamağı tapşırdı .....                        Fidan: "İsrailin siyasəti ilə sülh mümkün olmayacaq" .....                       
Tarix : 6-11-2013, 17:15

Şəhid Fərid Əhmədova həsr olunmuş filmin təqdimatı olub

Bu gün Cəlilabad rayonunda Qarabağ uğrunda döyüşlərdə şəhid olmuş Azərbaycan Ordusunun zabiti Fərid Əhmədovun həyat yolundan bəhs edən filmin təqdimatı keçirilib.



Butov.az saytı APA-ya istinadla xəbər verir ki, təqdimat mərasimində Cəlilabad RİH başçısının müavini Asif Əzizov Azərbaycan torpaqları uğrunda şəhid olan əsgər və zabitlərin xatirəsini əziz tutduğuna görə filimin yaradıcı kollektivinə rayon sakinləri, o cümlədən şəhid zabitin ailəsi adından təşəkkürünü bildirdikdən sonra Fərid Əhmədovun uşaqlıq, gənclik və hərbi xidmətdə olduğu illəri əks etdirən film nümayiş etdirilib. Şəhid haqqında onun dostlarının, yaxınlarının və müəllimlərinin xatirələri canlandırılıb .
Fərid Əhmədovun anası Nərgiz xanım filmin ssenari müəllifi Kəmalə Mirzəyevaya, Fərid rolunun ifaçısı Elvin Qasımova və yaradıcı kollektivə təşəkkürünü çatdırıb.






Xatırladaq ki, Azərbaycan Ordusunun zabiti Fərid Güloğlan oğlu Əhmədov 1986-cı il yanvarın 19-da Cəlilabad rayonunda anadan olub. 2003-cü ildə orta məktəbi bitirərək Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olub. 2007-ci ildə oranı bitirib, 2007-2008- ci illərdə Təlim-Tədris Mərkəzində leytenant rütbəsi almaq üçün kurs keçib. 2008-2009-cu illərdə Gəncədə xidmət edib. 2009-cu ildə öz ərizəsi ilə Tərtərə - döyüş bölgəsinə təyinat alıb, uğurlu xidmətinə görə tez bir zamanda baş leytenant rütbəsi alaraq kəşfiyyat bölük komandiri olub. 2010-cu il Sentyabrın 4-də cəbhənin Tərtər istiqamətində Çiləbürt kəndi yaxınlığında ermənilərin hücumunu dəf edərkən qəhrəmancasına həlak olub.
Azərbaycan Prezidentinin 7 noyabr 2010-cu il tarixli sərəncamı ilə “İgidliyə görə” medalı ilə təltif edilib.


Paylaş



Bölmə: Şəkilçarx / Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!