"Milli QHT Forumunda "Kəlağayı Bayramı" silsilə tədbirlərinə start verildi .....                        Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                       
Tarix : 4-12-2013, 15:43
Zorlanmış jurnalistika





Ruh dincliyi, göz dincliyi, qulaq dincliyi...Son vaxtlar tək mənim deyil məncə çox insanın ehtiyac duyduğu hislərdir. Amma bu dincliyi tapmaq olmur. İnsanın yaxasından tutub sürükləyirlər. Qəzet oxuyursan, xəbər portallarına baxırsan, tv-dəki verilişlər hamısı insanın qəsdinə durub və bir başa ruhumuza təcavüz edilir.


Məhsəti Şərif Özyürək
İstanbuldan yazır

Milli adət ənənələr, namus, mənəviyyat kimi durmadan danışdıgımız, əlimizdə bayraq etdiyimiz sözlər sadəcə bəzək üçündür. İndi biz atanın qızına, qardaşın bacıya təcavüzünü rahatlıqla oxuyur və həzm edirik. Həzm etməsək bu xəbərləri baş səhifəyə çıxarıb reytinq və oxunma sayının artmasını izləməzdik. Bu iki itin küçənin tən ortasında gəlib gedənləri umursamadan sevişmə səhnəsinə bənzəyir. Biz bu səhnəni utanmadan izləyir və agzımızın suyunu axıdaraq dostlarımıza danışırıq. Bir az da arsızlıq edib şəkilini çəkib sosial şəbəkələrdə paylaşırıq. Bununla zorlama xəbərinin, yükü eyndir məncə. Biz cinsi azlıgın nümayəndələrini daş qalaq edirik, onların xəstəliklərinin fərqinə varmadan ittiham edirik, amma özümüzün mənəvi cinsizliyimizi görmürük. Bizə nə olub mənəvi rahatsızlıq xəstəliyinəmi tutulmuşuq? Aglımda anamın bir nəsihəti var. Atandan, qardaşından başqa kimsəyə güvənmə. İndi analar qızlarına necə öyüd versin? Bu xəbəri oxuyan gənc qızın psixoloji yarasını anlamaq coxmu çətindi? Təbii deyəcəklər xəbərin cinsi olmur. Amma unuduruq ki, bir- bir mədəniyyətin inkişafında maddiyat qədər milli mənəvi dəyərlər də önəmlidir. İnanıram ki, elə bu xəbəri çap edən həmkarlarım da üzdə olmasa belə daxildə mənimlə razıdırlar. Əslində bu hadisələrin zamanla əlaqəsi yoxdu. Hər zaman namus qıtlığı çəkən insanlar olub. Guya başqasının bacısına, anasına, qızına təcavüz etməklə öz qızına təcavüz etməyin nə fərqi var ki? Amma əvvəllər biz bu xəbərləri daha ehtiyatla, daha korrektə olunmuş şəkildə yazırdıq. İndi az qala detalları da əks etdiririk. Manyaklaşmış xəbər alanı yaratmağa maraqlıyıq. Həmkarım Aida Eyvazova Space kanalında işləyərkən təcavüzlə baglı bir xəbər hazırlamışdı. İllərin peşəkar jurnalisti bu xəbəri yazarkən necə ehtiyatla yanaşacaq deyə tərəddüd etmişdi. Nəhayət bunu “nalayiq hərəkətlər” kimi dəyərləndirmişdi. Özü də sonralar bu xəbərdən çox utandığını deyirdi. Nə dəyişdi? Məncə elə jurnalistikamız zorlandı. Kimsə jurnalistikaya təcavüz etdi. Təcavüzə ugramış jurnalistikamız canının acısını bu xəbərlərdən çıxarır. Bir təcavüz xəbəri tapsın və baş yazarından “sag ol” eşidib alacağı qonorara bir neçə manat artım olsun. Bizi boğazımızdan asılı edib xəbər “Bazarını” təcavüzə məruz qoyanlar da özündən sonra gələn jurnalist nəslinə elə təcavüzü miras qoyacaq. Təcavüzə məruz qalmış jurnalistikamız get -gedə əziləcək, onlar üçün xəbərin mahiyyəti, cəmiyyətin hansı mərtəbədə durması önəmsiz olacaq. Bəzən jurnalistikanı nəyə bənzədirəm, bilirsinizmi? Nəsibə Zeynalovadan, Lütfəli Abdullayevdən, Səməndər Rzayev və adını yazmadıgım bir çox dəyərli sənətkarlarımızdan sonra meydana gələn əldəqayırma serial oyunçularna. Yavaş-Yavaş tükənir. Bizi jurnalist olmağa həvəsləndirən nəsil gedir. Yerinə zorlanmış jurnalistika gəlir... Beynimiz, ruhumuz, etikamız zorlanır... Zorlanmaq yalnız cinsəllik deyil...


Paylaş



Bölmə: Şəkilçarx / Köşə / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!