Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
Tarix : 21-01-2014, 19:18
Biz səni unutmayacağıq, ustad




Tanınmış radio jurnalisti Hidayət Səfərlinin vəfatından 1 il ötür

1973- cü ildə Azərbaycan Dövlət Universitetinin (BDU) jurnalistika fakültəsini bitirib Dövlər Televiziya və Radio Verlişləri Komitəsinə təyinat alanda ilk günlər elə hey ekranda gördüyüm, efirdən səsini-sözünü eşitdiyim insanları, adlı-sanlı diktorları aramaqda, axtarmaqda idim. Doğrudur, bəziləri biz gənclərin yanından təşəxxüslə, saymazyana keçər, heç salamımızı da almazdılar. Amma əksəriyyəti, elə qoy adlarını da çəkim - Aydın Qaradağlı, Roza Tağıyeva, Ramiz Mustafayev, Nizami Məmmədov, Ofeliya Sənani, Əli Məhəmmədoğlu kimi tanınmışlar bizimlə hal-əhval tutar, kimliyimizlə, nə işlə məşğul olmağımızla maraqlanar, köməklərini də təklif edərdilər.

Radionun "Xəbərlər"ində günümüz olduqca xoş keçərdi. Baş redaktorumuz Valid Sənani çox rahat adam idi, heç vaxt səsini qaldırmaz, hər çətinliyimizin, problemimizin həllində qolumuzdan tutar, yoluna qoyardı. Səsinə-avazına hələ orta məktəbdən çox böyük diqqətlə qulaq asdığım, ləzzət aldığım Baş redaktor müavini Hidayət Səfərli isə tamam başqa aləm idi. Əzəmətli görkəmi, baməzə xasiyyəti, şuxluğu ilə hamıya nümunə idi. Onlar üç-dörd yaş fərqi ilə doğma bir ailədə birləşmişdilər - Valid Sənani, Ənfər Qafarlı, İlyas Adıgözəlli, Yasin Qaraməmmədli, Zöhrab Zeynalov, Bəhram Gözəlov, Altay Zahidov, Paşa İsayev, Rafiq Ağayev, Rəşid Kazımov, Səltənət Səfərli, Mürsəl Mustafayev, Moris Quliyev, Lətafət və Fikrət Axundovlar, Zümrüd Səfərova, Almaz Cəfərova, Ərşad Əhmədli, Mikayıl İbrahimov, Zaman Qarayev, sonralar Qalib, Famil, Heydər, Tahir, Eyvaz, Şaiq, Əşrəf, Lətif, Şəlalə və başqaları...

Hidayət müəllimin xətrini ayrı cür istəyirdik. Zarafatlarına dözür, acı sözündən incimirdik. Bilirdik ki, xasiyyəti yaz gününün gurhagur yağan yağışı kimidir. Tez özündən çıxsa da beşcə dəqiqədən sonra yenə həminki Hidayət olur - həlim, ürəyiaçıq, səxavətli. Əliaçıq kişi idi. Ehtiyatını bizdən də gizlətməzdi. Seyfində və şalvarının "piston" cibində işdən sonra yaxınlıqdakı kafelərin birində oturmağa kifayət edən məbləğ həmişə tapılardı. Deyirdi ki, bu puldan heç Səltənətin də xəbəri yoxdur., ürəyinizi buz kimi saxlayın. Deməyinə deyirdi, amma iş və həyat yoldaşı Səltənət xanımın hər şeydən xəbəri olardı. O da ürəyiaçıqlıqda Hidayət müəllimdən geri qalan deyildi. Yaxşı bilirdi ki, ömür-gün yoldaşı gənclərə elədiyi hörməti özünün həyat kredosu, başlıca insanlıq borcu hesab edir. Bu onun nəslindən, kökündən, Naxçıvanın adlı-sanlı ailələrindən sayılan Əhmədxan ocağının ənənələrindən qaynaqlanır.

Hidayət Səfərlinin zarafatları, lətifələri bir kitaba sığan deyil. Bəzilərini bu anım günündə yada salmaq istərdik. Bir gün Bəhram müəllim asıb-kəsirdi ki, (bu, bəlkə də dostları ilə bir məzə qılmaq adəti imiş) Ağdaşdan, Bərdədən, Lənkərandan o qədər ərzaq, pay-pürüş göndəriblər ki, soyuduculara, şkaflara sığmır, neçə gündür işim-gücüm qara kürünü, hinduşqanı, pendiri yığıb pəncərədən atmaqdır. Nə deyəydik, yaşlı adamdı, gülməyimizi güclə saxlayırdıq. Amma Hidayət müəllim dözmədi, qayıtdı ki, ay Bəhram müəllim, pəncərələrin hansı küçəyə açılır? O ərzağı atan vaxtını da deyərsən, gəlib duraram pəncərənin altında, yığışdırıb apararam evə. Sizi bilmirəm, bizdə belə şeylərə çox ehtiyac var. Bu sözlərdən sonra di gəl gülmə. Bəhram müəllim adəti üzrə bir siqaret yandırdı, üzünü Hidayətə tutub "əclaf" deyib otaqdan çıxdı. Təbii ki, bu ifadə uzun illərin dostluğunu müşaiyət edən yumşaq bir ifadə kimi yozulurdu bizdə.

Düzdür, mən şahidi olmamışam, bizdən qabağın sözüdür, deyirlər bir gün Hidayət müəllim Daşkəsəndən ezamiyyətdən qayıdır, bir neçə reportaj hazırlayıb o vaxtki Baş redaktor Hacı Hacıyevə təqdim edir. Hacı müəllim reportaja efirqabağı qulaq asır. Söhbət yeni mərmər yataqlarının geoloji axtarışlarından gedirmiş. Hidayət müəllim hansısa cümlədə "üç cür" ifadəsini Naşçıxan ləhçəsi ilə səsləndirir. Baş redaktor bu cümlənin yenidən oxunmasını tələb edir. Hidayət müəllim də neçə dəfə oxuyursa heç cür qəlibdən çıxa bilmir. Axırda gedib studiyada həmin ifadəni "dörd cür" oxuyur. Hacı müəllim də qayıdıb deyir ki, hə, bu başqa məsələ, elə əvvəldən gərək belə yazaydın.

Bu əhvalat "Qızıl qələm" mükafatı laureatı, Əməkdar jurnalist, Prezident təqaüdçüsü Hidayət müəllimin gəncliyində olub. Sonraki illərdə o, Azərbaycanı, xarici ölkələri qarış-qarış gəzdi, Naxçıvan ləhçəsini də unutmadı. amma efirdən kənarda, dostlar arasında bu ləhcədə çoxlu zarafatlar da elədi, qardaşı İslam Səfərlinin, digər şairlərin şerlərini səsləndirdi, sevindi, sevildi, yadda qaldı, yaddaşlara köçdü səksən bir yaşında. Şükür ki, çox arzularına çatdı, istəklərinə qovuşdu. Nəvəsi Aytac Şahinlə ailə qurdu, övladları oldu. Şahmat üzrə Beynəlxalq qrossmeystr Eltacın toyunu görməyə isə əcəl imkan vermədi. Bu da bir qismətdir. Biz isə onu heç vaxt, ən azı dünyadan köçənə, onun ruhuna qovuşanadək unutmayacağıq. Ruhun şad olsun, əziz dost, gözəl insan.

Akif Cabbarlı


Paylaş



Bölmə: Mədəniyyət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!