İlham Əliyevdən Davos paylaşımı .....                        Hacıqabulda 14 ton qida yandı .....                        Türkiyədə dəhşətli yanğın: ölənlərin sayı 76-ya çatdı .....                        Akşenerin partiyasından istefa vermişdi: Ərdoğanın partiyasına qoşuldu .....                        Ümit Özdağ barədə həbs qərarı verildi .....                        İlyas İsmayılov komaya düşdü .....                        Vəzifəsinin ilk günündə məhkəməyə verildi .....                        Nazir məktəb direktorlarını topladı: tapşırıqlar verdi .....                        Prezident Davosda daha bir görüş keçirdi .....                       
Tarix : 20-08-2013, 16:17
Ağdamdan uzaqlaşan “Qarabağ"


Neçə vaxtdır, “Qarabağ” futbol klubunun Ağdamın Quzanlı qəsəbəsi stadionundan imtina edib ev oyunlarını Bakıda keçirməsinə olan reaksiyaları (bəlkə də heç olmayan reaksiya demək daha məntiqli olardı) kənardan müşahidə edirəm. Durum çox üzücüdür. Millət vəkili Aqil Abbası, Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevi, bir-iki jurnalisti və üç-dörd azarkeşi çıxmaq şərti ilə kimsə danışmır, dinmir. Beləcə “Qarabağ” gözümüzün qabağında Ağdamdan, qarabağlılardan mənən uzaqlaşır...

Bilənlər bilir, “Qarabağ”ın rəhbərliyi, baş məşqçi Qurban Qurbanov komandanın Quzanlıdan Bakıya köçürmələrini orada şəraitin olmamasıyla izah edir. Peşəkar baxımdan haqlıdırlar. Çünki Azərbaycanın “Qarabağ”dan başqa hər bir iddialı klubunda - “Neftçi”, “Bakı”, “Xəzər Lənkəran”, “İnter”, “Qəbələ”, hətta bəzən iddialı, bəzən iddiasız olan AZAL-dakı şərait belə Quzanlıdakından çox-çox yüksəkdir. Bu mənada, “Qarabağ”ın timsalında imkanlı bir klubun üç futbolçusunun bir otaqda qalması normal hal deyil. Futbolçu həyatı rahat olmalıdır. Peşəkar futbolçu hər cür şəraitlə təmin edilməlidir. Görünür, deyildiyi kimi, o şərait Quzanlıda olmayıb.
Amma...
“Qarabağ”ın Quzanlıda oynamaq istəməməsi adi idman, futbol hadisəsi sayıla bilməz. Bu futbol çərçivəsindən çıxmış məsələdir. Torpaq, vətən məsələsidir. Və əgər söhbət doğrudan da şəraitdən gedirsə, o zaman ortaya sual çıxır: məgər, o şəraiti yaratmaq çoxmu çətindir? Üç futbolçunun bir otaqda qalmaması üçün əlavə beş-altı otaq tikmək, fitnes zalı düzəltmək... Bu, maddi tərəfdən nə “Qarabağ” klubu, nə də Ağdam Rayon İcra Hakimiyyəti üçün problem olmalıdır. Ağlınız yekə məğləğə getməsin, söhbət 15-20 min manatdan gedir. Cəmi iki orta səviyyəli azərbaycanlı futbolçunun aylıq maaşı qədər...
Lakin bir halda ki, bu məsələ həll edilmir, o zaman şübhə yeri qalmır ki, söhbət təkcə şəraitdən yox, həm də münasibətdən gedir.
Bunu futbol dairələrində bilməyən yoxdur: “Qarabağ” klubu ilə rayon rəhbərliyi arasında ilk günlərdən soyuqluq olub, indiyə qədər də davam edir.
“Qarabağ”ın Ağdamda oynamaqdan imtina etməsinin bir səbəbi budur.
Quzanlıda üç-beş düşüncəsiz azarkeş başıpozuq insanların təxribatına uyub bəzən baş məşqçini istefaya səsləyir, hətta heç bir mənəvi ölçünü gözləmədən futbolumuzdakı az-az şəxsiyyətlərdən olan Qurban Qurbanovun “Qarabağ” klubu üçün etdiklərinin üstündən rahatlıqla xətt çəkib ünvanına söyüş işlətməyi belə özlərinə rəva bilirlər.
“Qarabağ”ın Quzanlıya getməməsinin başqa bir səbəbi də budur.
Bir deyil, iki deyil, o qədər səbəb tapmaq olar ki...
Bu səbəblər bəlkə də yeri gələndə bir və ya bir neçə ağdamlıdan inciməyə əsas da verə bilər, amma Ağdamdan imtina etməyə əsas verə bilməz. Çünki Ağdam təkcə daşı daş üstə qalmayan o bədbəxt vətən torpağı deyil.
Ağdam Allahverdi Bağırovdur, Fred Asifdir, Şirin Mirzəyevdir...
Ağdam Azərbaycanın hər bir bölgəsində Şəhidlər xiyabanında uyuyan o oğullarımızdır...
Bədənində Qarabağ döyüşlərinin gülləsini bu günə qədər gəzdirən Reydir, Ağdam.
Protez ayağıyla hər dəfə Bərdədən Quzanlıya, məhz “Qarabağ”ın oyununa baxmağa gedən o qazi qardaşımızdır, Ağdam.
Ağdam “Qarabağ”dır, Qurbandır, Rəşaddır, Vüqardır, Raufdur...

Aydın BAĞIROV


Paylaş



Bölmə: İdman / Köşə / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!