Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                        DÜŞÜNCƏ FƏDAİSİ OLAN YAZIÇI .....                        Söz ruhunda İlqar Fəhmi imzası .....                       
Tarix : 4-11-2013, 17:02

“Qafqaz”da  “Türkmənistan günü” qeyd edilib



Qafqaz Universitetində “Türkmənistan günü” mövzusunda tədbir keçirilib. Tədbir Türkmənistanın müstəqilliyinin 22-ci ildönümünə həsr edilib. İlk olaraq hər iki ölkənin - Azərbaycanın və Türkmənistanın Dövlət himnləri səsləndirilib.

525.az-ın məlumatına görə, tədbirdə çıxış edən Türkmənistanın Azərbaycandakı səfiri Toyli Komekov bildirib ki, Türkmənistanla Azərbaycanı tarixi dostluq və qardaşlıq münasibətləri bağlayır. Onun sözlərinə görə, Türkmənistan müstəqil və tərəfsiz dövlətdir. Diplomat təmsil etdiyi dövlətin qonşuları ilə bağlı siyasətindən söz açıb.

Səfir Qafqaz Universiteti ilə əməkdaşlıq məsələlərinə də toxunub. Onun sözlərinə görə, bu əməkdaşlıq sayəsində hər il may ayının 18-də "Məhdimqulu Firaqinin şer günləri" adlı tədbir keçirilir. Bu artıq ənənənə halını alıb. Sözügedən tədbir həm Azərbaycan, həm də Türkmənistan ictimaiyyətində maraqla qarşılanır. Səfir Qafqaz Universitetində oxuyan türkmən tələbələrin yüksək səviyyələri ilə seçilməsindən, onlara yaradılan şəraitdən məmnunluq ifadə edib.
Mədəniyyət və Turizm Naziri Əbulfəz Qarayev Azərbaycan və Türkmənistan arasındakı dostluq münasibətlərindən danışıb. Azərbaycan tərəfinin bu dostluq və strateji tərəfdaşlıq əlaqələrinə əhəmiyyət verdiyini diqqətə çatdırıb. Nazir çıxışında ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olmasından, TÜRKSOY-un 20-illik tədbirində qarşılıqlı mədəniyyət günləri keçirilməsi ilə əlaqəli fikir mübadiləsi aparılmasından, Türkmən xalçalarının Azərbaycanda təqdimatının təşkil edilməsinin planlaşdırlmasından və truzim şirkətləri arasında mübadilə tədbirlərinin nəzərdə tutulmasından danışıb
Tədbirdə çıxış edən Türkmənistan Dövlət universitetinin rektoru professor Qurdniyaz Xanmuradov Türkmənistanla Azərbaycan arasındakı tarixi əlaqələrdən,dostluq və qardaşlıq münasibətlərinndən danışıb

Qafqaz universitetinin rektoru professor Ahmet Saniç isə çıxışında belə bir tədbirə ev sahibliyi etdikləri üçün qürur hissi keçirdiklərini açıqladı. O, qeyd etdi ki, belə bir tədbir gənclərə vətənpərvərlik, xalqlararası dostluq və qardaşlıq baxımından müsbət istiqamət vermək üçün cox önəmlidir. O, Türkmənistanın Azərbaycandakı səfirliyi ilə sıx əməkdaşlıq münasibətlərindən və bir rektor kimi rəhbərlik etdiyi Qafqaz Universitetində oxuyan türkmənistanlı tələbələrdən çox razı olduğunu və türkmən tələbələrin sayının gələcəkdə daha da artmasından məmnun olacağını bildirib.

Tədbir Türkmənistandan gəlmiş mədəniyyət və incəsənət ustalarının maraqlı konsert proqramı və "Laçın" folklor rəqs qrupunun ifası ilə sona catıb.Xüsusi ilə tədbirin sonunda Türkmənistan xalq artisti Akmuhamməd Xanovun ifasında səslənən "Türkmənistan" mahnısı bütün zaldakıların ifası və Azərbaycan, Türkmənistan və Türkiyə bayraqlarının dalğalanması ilə müşaiət olunub.


Paylaş



Bölmə: Turan / Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!