Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                        DÜŞÜNCƏ FƏDAİSİ OLAN YAZIÇI .....                        Söz ruhunda İlqar Fəhmi imzası .....                        “Elmdə keyfiyyət riyazi statistikaya qurban verilir...” .....                        Aeroport gücləndirilmiş rejimə keçdi .....                        İsaqoğlunun "Günahsız günahkar" dünyası .....                       
Tarix : 23-10-2014, 18:18

 

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində (BMM)  ermənilərin əsassız soyqırımı iddialarının ifşa olunması və dünya ictimaiyyətinə çatdırılması məqsədilə  hazırlanan “Erməni problemi” adlı kitabın təqdimatı keçirilib. Kitab 4 dildə - ingilis, rus, alman, fransız dillərində nəşr olunub. Kitabda ermənilərin Azərbaycana qarşı törətdikləri vəhşiliklər xarici mənbələrə istinadən təhlil edilib. 

Tədbirdə çıxış edən “Azərnəşr”in direktoru Azər Mustafazadə kitabın əhəmiyyəti barədə geniş məlumat verib. Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdullanın belə kitabların dünya ictimaiyyətinə təqdim olunmasının vacibliyini vurğuladı.

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti  İsa Həbibbəyli 120 sənəd əsasında hazırlanan kitabın ilk dəfə ictimaiyyətə təqdim edildiyini bildirib: “Bizim ermənilərin yalanlarını ifşa etmək istiqamətində  fəaliyyətimiz müstəqillik illərindən sonra daha da genişlənib. Akademiyanın daxilində “Azərbaycana qarşı soyqırımı” komissiyası yaradılıb. Məqsəd ermənilərin yalanlarını, məkrli siyasətlərini ifşa etməkdən ibarətdir. Bu kitabdakı faktlar beynəlxalq hüquq və reallıqlar baxımından təqdim edilir”.

Deputat Elmira Axundova  ermənilərin öz təbliğat taktikasından danışıb: “ Onlar bilirlər ki, iddia etdikləri faktlar yanlışdır, səs salmadan gizlin iş görürlər. Düzdür, demirəm biz iş görmürük, amma onlar öz siyasətlərini tam açıq həyata keçirmirlər. Qapalı və yavaş-yavaş dünyaya təqdim edirlər”.

Deputat Sahibə Qafarovanın fikrincə, bu kitab Azərbaycanın xarici siyasətindəki uğurlu addımlardan biri olacaq.

Türkiyənin Azərbaycandakı səfirliyinin müşaviri Öncü Keçəli isə  artıq  ermənilərin məkrli siyasətlərinin üstünün açılmasının vacib olduğunu qeyd edib.

 



Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!