Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
Tarix : 19-01-2015, 18:50
QHT Şurası 20 Yanvarla bağlı İşçi Qrup yaratdı

Qeyri Hökumət Təşkilatları dünya ictimaiyyətinə müraciət ünvanladılar
Yanvarın 19-da Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 20 Yanvar faciəsinin 25-ci ildönümünə həsr olunan toplantı keçirib. Müzakirələri açan Şura sədri, millət vəkili Azay Quliyev 20 Yanvar hadisəsinin xalqımızın totalitar Sovet rejiminə qarşı qəhrəmanlıq mübarizəsinin simvolu olduğunu deyib. Azay Quliyev Azərbaycan xalqının 20 Yanvar günü göstərdiyi şücaətlə bütün dünyaya müstəqilik uğrunda apardığı haqq davasında nə qədər qərarlı olduğunu göstərdiyini bildirib. 1989-cu ilin 9 noyabrında Berlin divarlarının sökülməsinə ilk böyük dəstəyi Azərbaycan xalqının verdiyini deyən Şura sədri, 20 Yanvar qətliamından sonra kommunist rejiminin dağılmasının qarşısıalınmaz prosesə çevrildiyini, ancaq beynəlxalq ictimaiyyətin onu hələ də yetərincə dəyərləndirmədiyini qeyd edib. Azay Quliyev bu günki tədbirin keçirilməsində məqsədin vətəndaş cəmiyyəti inistitutlarının 20 Yanvar hadisəsi ilə bağlı fikirlərinin cəmləşdirilməsi və beynəlxalq ictimaiyyətə müraciətin qəbul edilməsi olduğunu vurğulayıb.
Toplantıda məruzə ilə çıxış edən MQF-nin prezidenti Rauf Zeyni 1990-cı ilin 20 Yanvar hadisəsini doğuran səbəblərdən danışaraq ölkədəki o zamankı ictimai-siyasi vəziyyəti xranaloji ardıcıllıqla təhlil edib.
Milli Jurnalistika Konqresinin sədri, tarix elmləri üzrə fəlsəfə doktoru Nəsiman Yaqublu 20 Yanvar hadisəsinin xalqımız üçün unudulmaz tarixi hadisə və eyni zamanda qəhrəmanlıq nümunəsi olduğunu deyib. N.Yaqublu Azərbaycanın müstəqilliyini bərpa etməsində müstəsna rolu olan 20 Yanvar şəhidlərinin tarixdəki rolunun düzgün qiymətləndirilməsi və daim diqqətdə saxlanılması üçün orta məktəblərin tarix dərsliklərində həmin şəxslərə xüsusi yer ayırılmasının vacibliyini vurğulayıb.
Məruzələr ətrafında Tənzilə Rüstəmxanlı, Məhərrəm Zülfüqarlı, Azər Həsrət, Əliməmməd Nuriyev, İradə Yaqubova, Nazim Əhmədli, Qəmzə Yusifova, Xanım Əhmədzadə, Niyaməddin Orduxanlı, Emin Həsənli, Mahirə Əmirhüseynova, Sevda Tahirli, Çingiz Bayramov, Xanoğlan Əliyev və digər QHT rəhbərləri çıxış edərək 20 Yanvar qətliamına beynəlxalq ictimaiyyətdən ədalətli münasibət gözlədiklərini deyiblər.
QHT Şurası 20 Yanvarla bağlı İşçi Qrup yaratdı

Müzakirələr nəticəsində 20 Yanvar hadisəsi haqqında dünya ictimaiyyətini məlumatlandırmaq üçün QHT-lərdən ibarət İşçi qrupun yaradılması ilə bağlı qərar qəbul edilib. İşçi qrupunun sədri Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı İctimai Birliyinin rəhbəri Şahin İsmayılov, üzvləri isə tanınmış QHT rəhbərləri Rauf Zeyni, Sənan Nəcəfov, Mahirə Əmirhüseynova, Məhərrəm Zülfüqarlı, Niyaməddin Orduxanlı, Mais Əliyev, Mehriban Abdullayeva, Azər Həsrət, Xanım Əhmədzadə, Asif Əsgərov, Sevda Tahirli, Məhluqə Rəhimova¸ Nəriman Abbasov, Çingiz Bayramov və Venera Əsgərova seçilib. İşçi qrupun ilk iclasında 20 Yanvar hadisəsinin beynəlxalq ictimaiyyətə tanıdılması üçün müvafiq petisiyanın təşkil edilməsi haqqında razılıq əldə edilib.
Toplantının sonunda QHT-lər 20 Yanvar qətliamının 25 illiyi ilə bağlı dünya ictimaiyyətinə ünvanlanan bəyanat qəbul edib. 63 təşkilatın imzaladığı bəyanatda deyilir:
- 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet Ordusunun Azərbaycan xalqına qarşı həyata keçirdiyi qətliam nəticəsində 132 nəfər qətlə yetirilib, 612 nəfər yaralanıb, 841 nəfər qanunsuz həbs olunub, yüzlərlə bina dağıdılaraq dövlətə və vətəndaşlara külli miqdarda ziyan dəyib. Keçmiş SSRİ rəhbərliyinin törətdiyi bu ağır cinayətin məqsədi dövlət müstəqilliyinin bərpası uğrunda mübarizəyə qalxmış xalqımızın milli azadlıq hərəkatını susdurmaq idi.
Dinc əhaliyə qarşı kütləvi qırğının təşklində bilavasitə məsuliyyət daşıyan Sov.İKP-nin baş katibi M.S.Qorbaçov SSRİ Konstitusiyasının 119-cu, Azərbaycan Konstitusiyasının isə 71-ci maddələrini kobud şəkildə pozaraq ölkə ərazisində heç bir ehtiyac olmadan fövqəladə vəziyyət elan etmişdi. Bu haqda məlumat isə respublika əhalisinə faciə törədildikdən sonra – yanvarın 20-də səhər saat 7-də bildirilmişdi. Təəssüflər ki, M.S.Qorbaçov və onun ətrafındakılar törətdiyi bu bəşəri cinayətə görə indiyədək cəzasız qalmışdır.
20 Yanvar hadisəsi xalqımız üçün unudulmaz faciə olsa da, eyni zamanda bir qəhrəmanlıq nümunəsidir. Çünki 20 Yanvar şəhidləri canları bahasına 70 illik sovet imperiyasının süqutunun əsasını qoydular. 1989-cu ilin 9 noyabrında Berlin divarlarının sökülməsinə ilk dəstəyi Azərbaycan xalqı verdi. Almaniyanın birləşməsinin qarşısını ala bilməyən SSRİ rəhbərliyi kommunist rejiminin ömrünü Bakıya qoşun yeritmək və milli azadlıq hərəkatını yatırmaqla uzatmağa çalışırdı. Ancaq Azərbaycan xalqının qəhrəmanlığı nəticəsində SSRİ rəhbərliyi bu niyyətini gerçəkləşdirə bilmədi. 20 Yanvar qətliamından sonra SSRİ-yə olan inam tamamilə itdi və Azərbaycanın müstəqilliyi uğrunda hərəkat daha geniş vüsət aldı.
Məhz 20 Yanvar hadisəsindən sonra sovet rejiminin dağılması qarşısıalınmaz prosesə çevrildi. 70 ilə yaxın ayrı-ayrı xalqları əsarəti altında saxlayan sovet imperiyasından qurtulmaq uğrunda mübarizənin yeni mərhələsi başladı və SSRİ–nin tərkibində olan digər millətlərin də azadlıq mücadiləsinə təkan verdi. Şərqi Avropa ölkələrindən qırmızı ordunun qovularaq çıxarılması prosesi sürətləndi. Onların bu mübarizəsi xalqımızın azadlıq və müstəqillik tələbini bir daha dünya ictimaiyyətinə çatdırmış oldu.
Çox keçmədi ki, xalqımızın şərəfli mübarizəsi bəhrəsini verdi və 1991-ci ilin 18 oktyabrında uzun illərdən sonra dövlət müstəqilliyimiz yenidən bərpa edildi. XX əsrin sonunda dövlət müstəqilliyimizin bərpasında 20 Yanvar şəhidlərinin müstəsna rolu var.
QHT Şurası 20 Yanvarla bağlı İşçi Qrup yaratdı

SSRİ-nin 1956-cı ildə Budapeştə, 1968-ci ildə Praqaya qoşun yeritməsi faktına beynəlxalq ictimaiyyətin göstərdiyi münasibət 20 yanvar 1990-cı ildə Bakıya ordu göndərərək dinc vətəndaşları qətlə yetirməsi hadisəsinə də gec də olsa şamil olunmalıdır.
Biz, Azərbaycanda fəaliyyət göstərən Qeyri-Hökumət Təşkilatları olaraq 20 Yanvar qətliamının 25 illiyi ilə bağlı dünya ictimaiyyətinə müraciət edərək günahsız insanları qətlə yetirənlərin cinayət məsuliyyətinə cəlb edilməsini, onların beynəlxalq məhkəmədə mühakimə olunmasını tələb edirik. Eyni zamanda xalqımızın Sovet İttifaqının çökməsinə və bu ona daxil olan respublikaların dövlət müstəqilliyi əldə etməsinə verdiyi böyük töhfənin layiqincə qiymətləndirilməsini istəyirik.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!