İran-Türkiyə sərhədində məhdudiyyət .....                        ABŞ İrana qarşı əməliyyatları dərinləşdirir .....                        Samir Nuriyev nazirləri topladı - Məruzələri dinlədi .....                        Daha bir icra hakimiyyətində ixtisarlar - 36 əməkdaş .....                        Nəqliyyat sahəsində yeni dövlət standartları qəbul edildi .....                        Sumqayıtda silahlı insdent - 64 yaşlı kişi güllələndi .....                        İranı əslində o idarə edir .....                        Bir gecədə dörd evdən oğurluq edən şəxs saxlanıldı .....                        Hakan Fidan Abbas Əraqçıyə etiraz etdi .....                       
Tarix : 14-04-2015, 17:55
Əli Həsənov: "Azərbaycan ilə İsrail arasındakı münasibətlər strateji tərəfdaşlıq mahiyyəti kəsb edir"

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov İsrail kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüşüb.
Əli Həsənov israilli jurnalistlərə Azərbaycanın ictimai-siyasi, mədəni həyatında baş verən mühüm hadisələr, ölkəmizin daxili və xarici siyasəti, beynəlxalq aləmdə qazandığı uğurlar, Azərbaycan-İsrail əlaqələri haqqında məlumat verib. Ə. Həsənov bildirib ki, Azərbaycan ilə İsrail arasındakı münasibətlər strateji tərəfdaşlıq mahiyyəti kəsb edir və bu münasibətlərə uyğun olaraq İsrailin həm dövlət qurumları, həm də qeyri-hökumət təşkilatları, o cümlədən KİV ilə əlaqələr yaradılır.
Əli Həsənov: "Azərbaycan ilə İsrail arasındakı münasibətlər strateji tərəfdaşlıq mahiyyəti kəsb edir"

Əli Həsənov Azərbaycanda yaşayan yəhudi icmasının və İsraildəki Azərbaycan icmasının ölkələrimiz arasında əlaqələrin inkişafında böyük rol oynadığını söyləyib. Diqqətə çatdırılıb ki, Azərbaycanda yəhudilər əsrlər boyu sülh, dostluq, qarşılıqlı etimad şəraitində yaşayıblar. Ölkəmizdə dövlət hesabına sinaqoqlar tikilir, təmir edilir. Azərbaycan dünyanın çox az ölkələrindən biridir ki, dövlət vətəndaşlar üçün dini, ictimai, mədəni, sosial obyektlər tikir və onların istifadəsinə verir. Azərbaycanda bütün dinlərin nümayəndələrinə böyük hörmət var və tolerantlıq mühiti dərin köklər atıb.
Əli Həsənov əminliklə bildirib ki, İsraildən gələn KİV nümayəndələri ölkəmizin hər yerində yüksək qonaqpərvərliyin şahidi olacaqlar. Sonra Əli Həsənov jurnalistlərin suallarını cavablandırıb.
Görüşdə iştirak edən “Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının baş direktoru Lev Spivak ölkəmizdə yəhudi icması üçün yaradılan şəraitdən məmnunluğunu bildirib, rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə müxtəlif nəşrləri Əli Həsənova təqdim edib.
Əli Həsənov: "Azərbaycan ilə İsrail arasındakı münasibətlər strateji tərəfdaşlıq mahiyyəti kəsb edir"


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!