Tehran küçələrində böyük izdiham .....                        Rza Pəhləvi ilə gizli görüş .....                        Trampdan İranla bağlı mesaj: Hazır olun! .....                        İran rejiminin son günləridir - Almaniyadan reaksiya .....                        “Qalatasaray” səfərdə qələbə qazandı .....                        Mirzoyan Rubio ilə görüşdü .....                        "20 Yanvar"da maşın alışdı .....                        ABŞ İranı vuracaq - Hədəflər məlum oldu .....                        Ceyhun Bayramov Fidanla regionu müzakirə etdi .....                       
Tarix : 22-05-2015, 14:35
 “Bakı ritmləri Riqanın qəlbində”

Mayın 21-də qədim Riqada Latviya paytaxtının meriyası, Latviyanın Xarici İşlər Nazirliyi və Azərbaycan səfirliyinin dəstəyi ilə “Bakı ritmləri Riqanın qəlbində” fotosərgisi açılıb.
Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov, Riqa şəhərinin vitse-meri Andris Ameriks, Latviya XİN-in dövlət katibi Andreys Pildeqoviç, Azərbaycanın səfiri Elman Zeynalov, Latviya ictimaiyyətinin, Azərbaycan diasporunun, KİV-in nümayəndələri iştirak ediblər.
 “Bakı ritmləri Riqanın qəlbində”

Riqa şəhərinin vitse-meri Andris Ameriks qonaqları salamlayaraq deyib ki, Riqanın mərkəzində açılmış sərgi uğurlu Latviya-Azərbaycan əməkdaşlığına əyani misaldır. A.Ameriks qeyd edib ki, bir ay bundan əvvəl Bakıda olub, məşhur Azərbaycan qonaqpərvərliyini görüb. Vitse-mer Bakının gözəlliyinə məftun olduğunu xüsusi vurğulayıb. A.Ameriks deyib: “Ümidvaram ki, bu sərgi bütün sahələrdə Azərbaycan ilə Latviya arasında daha sıx əməkdaşlığa kömək göstərəcək”.
Novruz Məmmədov iki xalqın dostluq timsalı olan bu sərginin açılışında iştirak etməkdən məmnun olduğunu bildirib. N.Məmmədov deyib: “Ölkələrimiz arasında gözəl ikitərəfli münasibətlər yaranıb, onları nümunəvi adlandırmaq olar”. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin müavini Bakı haqqında deyilən səmimi sözlərə görə minnətdarlığını bildirib, bu sərginin açılışına görə Riqa şəhərinin meriyasına və Latviya XİN-in rəhbərliyinə təşəkkür edib. N.Məmmədov Azərbaycan diasporuna müraciət edərək deyib ki, sərgi Latviyanın mədəni və iqtisadi inkişafına kömək göstərir. O, diaspor nümayəndələrinə əlaqələrin möhkəmləndirilməsi işində uğurlar diləyib.
 “Bakı ritmləri Riqanın qəlbində”

Latviya XİN-in dövlət katibi Andreys Pildeqoviç qonaqları salamlayaraq qeyd edib ki, bu sərgi Riqa sammiti ərəfəsində açılıb, sammit Şərq ilə Avropanı birləşdirir, iki ölkə arasında çoxcəhətli əməkdaşlığın bir çox sahələrini əhatə edir.
Sonra Novruz Məmmədov sərgi ilə tanış olub. O, Azərbaycan diasporu nümayəndələri ilə söhbətində onların fəaliyyətindən razı qaldığını bildirib, tarixi vətənlə əlaqəni kəsməməyə, Azərbaycanı təbliğ etməyə çağırıb.
Fotosərgiyə baxmağa gələnlər Azərbaycanın paytaxtı Bakı şəhərinin təkrarolunmaz görüntülərinə tamaşa edəcək, bu şəhərdə Şərq ilə Qərbin mədəni irsinin necə birləşdiyini hiss edəcəklər.
Fotosərgi üç həftə davam edəcək.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!