Xamenei ABŞ ilə danışıqlara razılıq verib .....                        Kartof alan ölkədən kartof satan ölkəyə çevrilmişik .....                        Ölkədə bəzi avtomobillər kəskin bahalaşıb .....                        Azərbaycan 144 milyonluq meyvə-tərəvəz satıb .....                        Laricaninin yerinə o təyin olundu .....                        Qədim Azərbaycan şəhərində 4 ballıq zəlzələ olub .....                        Buzovnada qaya daşlarını zədələyən şəxsə cinayət işi açılıb .....                        “Parni iz Baku”nun daha bir üzvü vəfat etdi .....                        Xarq adası uğrunda döyüşlər başlayacaq .....                       
Tarix : 24-07-2015, 10:05
TÜRK PA-nın baş katibi ATƏT-in Daimi Şurasının iclasına qatılıb

Dünən TÜRKPA Baş Katibi ATƏT-in Serbiya Sədrliyinin dəvəti ilə ATƏT-in Vyanada keçirilən Daimi Şurasının iclasında iştirak edib.

Butov.az Modern.aza istinadla xəbər verir ki, Asanov Daimi Şurada çıxış edərək Şura üzvlərinə TÜRKPA-nın fəaliyyəti, gələcək vəzifə və məqsədləri haqqında məlumat verib, eləcə də TÜRKPA-nın qarşılıqlı maraq doğuran məsələlərə diqqət çəkməklə ATƏT və onun orqanları ilə sıx dialoqlarını davam etdirmək niyyətində olduğunu vurğulayıb.
O, həmçinin çıxışında qeyd edib ki, Türk əməkdaşlığının parlament ölçüsü olaraq, Assambleya ATƏT ilə üzv ölkələrdə sabit və davamlı inkişafın təmin edilməsinə yönəlmiş eyni məqsəd və prinsipləri bölüşür.
ATƏT-in Daimi Şurasında çıxışında cənab Asanov TÜRKPA-nın Bakıda keçirilmiş Birinci Avropa Oyunlarına göstərdiyi mənəvi dəstək haqqında danışaraq aşağıdakıları qeyd edib: “Bu, Avropa idman icmaları arasında dostluq və qarşılıqlı əlaqələrin daha da möhkəmlənməsinə dəstək verən dünya miqyaslı gözəl və möhtəşəm idman hadisəsi idi. Yeni inşa edilmiş dövlət incəsənət idman məkanlarında keçirilən Oyunlar 6000-dən çox Avropa atleti və yarışçılarını bir araya gətirdi. Qonaqlar həmçinin ev sahibi ölkənin zəngin mədəni və tarixi irsinə nəzər yetirmək imkanı da əldə etdi. Çox sevindirici haldır ki, qısa zaman kəsiyində TURKPA-nın qurucu üzvlərindən və ATƏT-in fəal iştirakçı dövlətlərindən biri belə böyük və nəcib vəzifənin öhdəsindən gələ bildi”.


Paylaş



Bölmə: Xəbər / Turan / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!