Qəzzada ölənlərin sayı 66 mini keçdi .....                        Zəlzələyə görə İstanbulda uçuşlara fasilə verildi .....                        Məşhur aktyor jurnalisti söydü - Döyüldü .....                        Hindistanda izdiham: Ölənlərin sayı 40-a çatdı .....                        Ukraynanın itkiləri məlum oldu .....                        Moldovada parlament seçkiləri baş tutub - YENİLƏNİB .....                        Loran Blan istefaya göndərildi .....                        Şair Yavuz Bülent Bakiler vəfat etdi .....                        Türkiyədə güclü zəlzələ .....                       
Tarix : 19-09-2015, 16:10
ATU-nun rektoru Əhliman Əmiraslanov Prezident təqaüdçüləri ilə görüşdü


Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, akademik Əhliman Əmiraslanov qəbul imtahanlarında yüksək nəticə göstərərək universitetə qəbul olan Prezident təqaüdçüləri ilə görüş keçirdi.

Rektor Ə.Əmiraslanov çıxış edərək, cari ildə Tibb Universitetinə 24 nəfər Prezident təqaüdünə layiq görülən gəncin qəbul olduğunu bildirdi. Onun sözlərinə görə, bu tələbələr yüksək bal topladıqları üçün möhtərəm Prezidentimiz tərəfindən “Prezident təqaüdü” ilə təltif ediliblər: “Bu münasibətlə sizi ürəkdən təbrik edirəm, sizinlə qürur duyuram. Siz bu universitetin fəxrisiniz, qaymaqlarısınız. Biz fəxr edirik ki, siz məhz bizim universiteti seçmisiniz”.
ATU-nun rektoru Əhliman Əmiraslanov Prezident təqaüdçüləri ilə görüşdü
ATU-nun rektoru Əhliman Əmiraslanov Prezident təqaüdçüləri ilə görüşdü
ATU-nun rektoru Əhliman Əmiraslanov Prezident təqaüdçüləri ilə görüşdü

Akademik Ə.Əmiraslanov tələbələrə ATU-nun maddi-texniki bazası, təhsil sistemi, imtahanların keçirilmə qaydası və tələbə yataqxanaları haqqında da ətraflı məlumat
verdi. O, universitetdə bütün imtahanların insan faktoru olmadan, kompüter vasitəsi ilə, Virtual Test Mərkəzində (VTM) keçirildiyini dedi: “ATU-da yaradılmış 4 möhtəşəm klinika universitetimizin əsas maddi-texniki bazasını təşkil edir. Bu klinikalar elmi texnologiyaların ən son innovativ avadanlıqları ilə təchiz olunub. Beynəlxalq standartlara uyğun olan bu təchizat ATU-da elmin və təhsilin yüksək səviyyədə aparılmasına geniş imkanlar verir”.
ATU-nun rektoru Əhliman Əmiraslanov Prezident təqaüdçüləri ilə görüşdü
ATU-nun rektoru Əhliman Əmiraslanov Prezident təqaüdçüləri ilə görüşdü

Rektor Əhliman Əmiraslanov həmçinin ATU-da tələbələrin yaşayış şəraitinin yaxşılaşdırılması məqsədilə inşa edilmiş 6 yataqxana binasının fəaliyyət göstərdiyini bildirdi. Onlardan 1 və 6 saylı yataqxanalarda ATU-da təhsil alan oğlan tələbələr, 2 və 3 saylı yataqxanalarda qız tələbələr, 5 saylı yataqxanada isə xarici tələbələr yerləşdirilib. 4 saylı yataqxanada müvəqqəti olaraq məcburi köçkünlər məskunlaşıb. Hazırda ATU-nun 1 saylı yataqxanasında 172 nəfər, 2 saylı yataqxanasında 160 nəfər, 3 saylı yataqxanasında 291 nəfər, 5 saylı yataqxanasında 273 nəfər, 6 saylı yataqxanasında isə 368 nəfər tələbənin yaşadığını da tədbir iştirakçılarının nəzərinə çatdırdı.

Tədbirin sonunda rektor Ə.Əmiraslanov Prezident təqaüdünə layiq görülmüş tələbələrin hər birinə hədiyyələr təqdim etdi.


Təqdim etdi:Kamran BABAYEV
ATU, İstimai sağlamlıq və Səhiyyə təşkili kafedrasının
assistenti, tibb üzrə fəlsəfə doktoru


Paylaş



Bölmə: Xəbər / Mədəniyyət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!