Türkiyədə ailə faciəsi: Azadlığa çıxan şəxs dörd nəfəri öldürüb .....                        Zelenski: "Təhlükəsizliklə bağlı vacib beynəlxalq görüşlər planlaşdırılır" .....                        Zaqatala sakini Oğuzda damdan yıxılıb .....                        Zaqatala sakini Oğuzda damdan yıxılıb .....                        Fidan Azərbaycan-ABŞ əlaqələrindən danışdı .....                        Pezeşkianla dövlət televiziyası arasında gərginlik: canlı yayım kəsildi .....                        İsraildə İran agentləri ilə əlaqədə şübhəli bilinən şəxs saxlanılıb .....                        Bakıda nazirin başına iş gəldi - 60 min dollarlıq QALMAQAL .....                        Bakıda restoranda qorxulu anlar: Müştərilər içəridə olarkən obyekti yandırdılar .....                       
Tarix : 18-09-2015, 09:41
Azərbaycanda 48 tələbə Prezident təqaüdündən məhrum edilib


Hər il ali məktəb imtahanlarında yüksək bal toplayaraq tələbə adını qazanan gənclərin bir qrupuna ölkə başçısının sərəncamı ilə Prezident təqaüdü verilir.

Amma həmin tələbələrin hamısı təhsil aldıqları müddətin sonunadək bu imkandan istifadə edə bilmirlər. Məsələ burasındadır ki, təhsil müddətində sonadək əlaçı olmaq lazımdır. Amma I kursda Prezident təqaüdünə layiq görülənlərdən kimlərsə II, III kurslarda əlaçılığı əldən verirlər. Bu halda isə onlar sözügedən təqaüddən məhrum olurlar.

Təhsil Nazirliyindən Modern.az saytının sorğusuna cavab olaraq bildirilib ki, Prezident təqaüdünə layiq görülmüş və hazırda II-IV kurslarda (cari ildə qəbul olunan Prezident təqaüdçüləri bura daxil deyil) təhsil alan 243 nəfər tələbədən 195-i hazırda həmin təqaüdü almaqda davam edirlər.

Rəsmi məlumatada o da bildirilib ki, müxtəlif səbəblərdən həmin təqaüddən məhrum edilənlər 48 nəfər təşkil edir. Bu səbəblər kimi tələbələrin yüksək göstəricilərə nail ola bilməmələri, digər ali məktəblərə köçürülmələri, akademik borclarının olması göstərilir.

Qeyd edək ki, bu il də ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək nəticə göstərən 102 tələbəyə Prezident təqaüdü ayrılıb.


Butov.az


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!