“Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib .....                        Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                        Qərib sənətkar .....                        Sürücülərin nəzərinə .....                        “Xankəndi” kitabı işıq üzü görüb .....                        “Ədalət axtarma sən bu dünyada” .....                        Hava proqnozu- Əhalinin nəzərinə .....                        21 saatlıq danışığın sonu .....                        Dil tarixinə dair praktikum .....                       
Tarix : 7-10-2015, 09:26
WhatsApp-dan istifadə etmək qadağan edilə bilər


Rus siyasətçi bu qadağanın mövqeyindən və vəzifəsindən asılı olmayaraq hər kəsə aid etməyi təklif edib.

Rusiyada işgüzar yazışmalarda məmurlara WhatsApp, Yahoo və Google kimi xarici xidmətlərdən istifadə etmək qadağan edilə bilər.

Butov.az ANS PRESS-in məlumatına görə xəbər verir ki, Rusiya Federasiyası Kommunist Partiyasının (KPRF) üzvü Vadim Sovolyov yeni layihənin həftənin sonunadək qəbul ediləcəyini bildirib. Onun sözlərinə görə, əsas məqsəd "intizam yaratmaqdır".

"Dövlət kompüter xidmətlərinin təminatı ilə bağlı külli miqdarda vəsait xərcləyir. Amma indi onun yanlış istifadəsi informasiya sızması və ağır maddi zərərlə nəticələnir", - deyə Sovolyov qərarı şərh edib.

O xarici xidmətlərdən istifadənin hədəf olmasını isə onunla izah edib ki, yoxlanılmamış xarici kanallardan istifadə edən zaman ehtiyatlı olmaq lazımdır. Çünki əldə edilən işgüzar və şəxsi məlumatlar şantaj etmək üçün istifadə edilə bilər.


WhatsApp-dan istifadə etmək qadağan edilə bilər


Vadim Sovolyov - KPRF üzvü

Rus siyasətçinin fikrincə, bu qadağa mövqeyindən və vəzifəsindən asılı olmayaraq hər kəsə aid edilməlidir.

Qeyd edək ki, avqust ayında Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bildirmişdi ki, Rusiya hakimiyyət orqanlarının serverlərində xarici kəşfiyyata məxsus "xüsusi vasitələr" aşkarlanıb.

Buna görə o, dövlət qulluqçularına məsləhət görmüşdü ki, məlumat təhlükəsizliyini qorumaq üçün işgüzar yazışmada istifadə edilən xarici internet xidmətlərindən imtina etsinlər. Lakin bu, məsləhət olaraq qaldı.

Cəmiyyət içərisində də bu təşəbbüs əks-səda salıb. Bir qrup mütəxəssislər bu qadağanı qanuniləşdirmək lazım deyil. Onların fikrincə, sadəcə daxili təlimatlara əməl etmək və bunun nə dərəcədə icra edildiyinə nəzarət etmək kifayətdir.


Butov.az


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!