Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
Tarix : 30-10-2015, 13:54
Fərəc Quliyevdən təklif: “Türkiyə ilə Azərbaycan arasında viza rejimi ləğv edilsin”

1 noyabr 2015-ci il tarixində keçiriləcək Parlament seçkilərində 31 saylı Suraxanı ikinci seçki dairəsindən namizədliyi irəli sürülmüş Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev 2010-2015-ci illərdə Milli Məclisdə deputatı kimi 5 illik parlament fəaliyyəti dövründə keçirilmiş 114 iclasda 105 təkliflə çıxış etmişdir.

Həmin təkliflərin bir qismini ixtisarla hissə-hissə diqqətinizə çatdırırıq və hər birinin həyata keçib, keçməməsi barədə məlumat veririk.
Fərəc Quliyevin Soydaşlarımız və Türk Dünyasıyla bağlı səsləndirdiyi təkliflərdən 11-ni seçib təqdim edirik:

Türk ölkələrinin inteqrasiyası ilə bağlı təkliflər:

Bütöv Azərbaycan tarixinin və Bütöv Türk tarixinin tədrisi təklifi
- Son vaxtlar Qarabag tarixinin məktəblərdə ayrıca dərs kimi tədrisi ilə bağlı fikirlər səslənir. Yaxşı mənada Dağlıq Qarabağın ümumiyyətlə Qarabağ ərazilərinin tarixini tanıtmaqdan söhbət gedir. Amma hər halda biz bütün çıxışlarımızda, söhbətlərimizdə, atdığımız addımlarımızda çalışmalıyıq ki, Dağlıq Qarabağı ayrıca subyekt kimi təqdim etməyək. Azərbaycan tarixinin tədrisində daha çox çalışmalıyıq ki, Bütöv Azərbaycan tarixi, hətta Bütöv Türk tarixi tədris olunsun. Ayrı-ayrı bölgələrin tarixinin tədris olunması məncə uyğun deyil.
(Bütöv Türk Tarixi hazırlanması
Türkdilli dövlətlər tərəfindən qərara alındı )

***

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Birinci Zirvə Toplantısının Bəyannaməsinin təsdiq edilməsi təklifi
- Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Birinci Zirvə Toplantısının Bəyannaməsinin təsdiqi vacibdir. Buradakı müddəalar Türk cumhuriyyət-lərinin inteqrasiyasında irəliyə doğru daha bir addımdır. Mən bunu təqdir edirəm, hesab edirəm ki, bu kimi sənədlərin işlək halda olması üçün, bu müddəalara uyğun əməli addımlar atılmalıdır.

***

Türk Cumhuriyyətlərinin əməkdaşlığının siyasi-hərbi müstəviyə keçirilməsi təklifi
- Türk Cumhuriyyətlərinin əməkdaşlığı iqtisadi-mədəni müstəvidən, siyasi-hərbi müstəviyə keçirilməlidir.

***

Vahid Türk hərbi birliyinin yaradılması təklifi
- Biz artıq “Türk Cümhuriyyətləri Asayişi Birgə Mühafizə Qüvvələri”nin yaradılmasını da yubanmadan gündəliyə gətirməliyik. Bu qüvvələr bugün Türkiyədə PKK-ya qarşı, sabah Qarabağda erməni işğalına qarşı birgə mübarizə apara bilər.

***

Türkiyə ilə Azərbaycan arasında viza rejimi aradan qaldırılması təklifi
- Türkiyə ilə Azərbaycan arasında viza rejimi dərhal aradan qaldırılmalıdır.

***

Xaricdə yaşayan soydaşlarımızla bağlı verilmiş təkliflər:

Diasporanın gücləndirilməsi təklifi
- 2015-ci il ermənilərin Türklərə qarşı soyqırımı törətməsinin 100 ili kimi diqqətdə olacaq. Hərçəndi bunu ermənilər tam tərsinə təqdim etmək istəyirlər. Dövlət Diaspora komitəsinin qənaətbəxş fəaliyyəti diasporamızın inkişaf dinamikasında öz əksini tapıb. Bu il diasporamızı daha da koordinasiyalı aktivləşdirmək üçün Dövlət Diaspora komitəsinə əlavə vəsait ayrılması doğru olar.
(Bu istiqamətdə tədbirlər görüldü)

***


Güney Azərbaycanla bağlı verilmiş təkliflər:

Milli fəalların azad olunması üçün Azərbaycan Parlamentinin İrana müraciət göndərməsi təklifi
- Güney Azərbaycandakı milli fəalların azad olunması üçün Azərbaycan parlamentinin İran parlamentinə, Beynəlxalq təşkilatlara müraciət göndərməsinin vacib məsələ olduğunu bidirirəm.

***

Güney azərbaycanlı qaçqınlara qaçqın statusunun verilməsi təklifi
- 1 milyon qaçqının hüquqlarını qoruyan Azərbaycan Respublikasının Güney Azərbaycandan ölkəmizə qaçqın statusu ilə gəlmiş 20-yə qədər qaçqının hüquqlarını qorumaması təəssüf doğuran bir haldı. Prezidentin "Azərbaycan 50 milyonluq azərbaycanlıların vətənidir" ifadəsini xatırladaraq, icra orqanlarını soydaşlarımız qarşısında olan borcumuzu yerinə yetirməyə çağırıram.

***

Gürcüstanda yaşayan azərbaycanlılarla bağlı təkliflər:

Gürcüstanda yaşayan azərbaycanlıların təhsil və sosial problemləri ilə bağlı təkliflər
- Kənarda olan soydaşlarımız Azərbaycanın problemləri üzərinə dövlətimiz ilə bir yerdə getməyi bacarırlar. Gürcüstan türkləri ilə bağlı müəyyən addımlar atılıb. Orda azərbaycanlılar kompakt yaşadığı üçün sərmayə qoyuluşu çox mühim məsələ kimi qeyd olunmalıdır. Miqrasiya məsələləri ilə bağlı Azərbaycan tərəfindən olan güzəştlər müsbət qarşılanmalıdır. Eyni zamanda ora dərsliklərin göndərilməsi, insanlarımıza sahib çıxılması istiqamətində müəyyən işlər görülür və bundan sonra da görülməsi lazım olan işlər var. Məsələn, orda ən azından gələcəkdə bir ali məktəbin təsis olunması (yaradılması) kimi, orda bir milli təhsilin səhmana salınması mühim məsələdir və yaxud, gürcüstanlı soydaşlarımızın problemləri ilə bağlı beynəlxalq konfransın keçirilməsi və s. kimi məslələr.
(Bəzi tədbirlər görüldü)

***

Gürcüstanda yaşayan azərbaycanlıların təhsil problemiylə bağlı növbəti konseptual təklif
- Qarşıdakı yeni təhsil ili Azərbaycan ali məktəblərinə qəbul üçün Azərbaycan hökuməti Gürcüstan doğumlu soydaşlarımız üçün bir limit ayırsın – bu, 50 yer və ya başqa rəqəmlə ifadə oluna bilər. Amma hər halda biz Gürcüstanda soydaşlarımızın kompakt yaşadığı yerlərin kadr təminatı üçün addım atmalıyıq. Azərbaycan ali məktəblərinə qəbul üçün məhz onların arasında bir testin keçirilməsi və limitdə nəzərdə tutulan sayda ən yaxşılarının seçib, Azərbaycan dövləti hesabına təhsil verib, təyinatla yalnız oraya göndərilməsini təmin etməliyik.
(Hələlik həyata keçirilməyib)

***

Gürcüstanda yaşayan azərbaycanlıların təhsil probleri ilə bağlı ikinci təklif
- Yeni təhsil ili üçün təbii ki, insanlar ali məktəblərə seçimə başlıyacaq. Mən təklif edirəm ki, Azərbaycan tərəfi Borçalı türkləri üçün bir limit ayırsın – bu, 50 yer, ya 100 yer olacaq bilmirəm, amma hər halda biz kadrların hazırlanması üçün, məhz onların arasında bir testin keçirilməsi və ən yaxşılarının seçilib, orda kadrlarla təmin olunması üçün iş görməliyik.
(Hələlik həyata keçirilməyib)


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!