Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
Tarix : 23-07-2015, 18:06
““Borçalı” Cəmiyyəti digərlərindən daha aktivdir”

İqbal Ağazadə: “Mən parlamentdə Zəlimxan bəyə qarşı Gürcüstanda qaldırılan o iddianı qətiyyətlə pisləyən bir mövqe ifadə etmişdim”

Bu dəfə həmsöhbətim Ümid partiyasının sədri, Millət vəkili İqbal Ağazadə oldu. Hörmətli Millət vəkilimizi çox yormamağa söz verdim və Elat bayramı ərəfəsində olduğumuz üçün sorğularımı sırf “Borçalı” Cəmiyyəti və borçalılılara münasibət, eləcə də Azərbaycan-Gürcüstan əlaqələri üzərində qurdum. Yeddi dəqiqəlik söhbətimizdə İqbal bəy maraqlı fikirlər söylədi:
– İqbal bəy, “Borçalı” Cəmiyyətinə münasibətiniz və cəmiyyətimizin son bir illik fəaliyyəti barədə fikirlərinizi bilmək istərdik.
– Hansı zaman etibarilə yaradılmasından asılı olmayaraq, cəmiyyətlər tarixən Azərbaycanın kənarda qalan torpaqları, mahiyyət etibarilə xaricdə yaşayan azərbaycanlılarn toparlanması və orada yaşayan azərbaycanlıların haqlarının qorunması istiqamətində aparıcı movqeyə malikdir. O cümlədən, “Borçalı” Cəmiyyəti də bu və ya digərlərindən daha aktivdir. Çox sevinirəm ki, Borçalı azərbaycanlılarının hüquqlarını müdafiə edən və onları Azərbaycan cəməyyətinə daha çox tanıdan, inteqrasiyada iştirak etməyə dəvət eləyən belə bir cəmiyyət var, onun sədri hörmətli Zəlimxan bəy və onun üzvlərinə hər zaman dəstək verməyə hazırıq. Çalışırıq ki, bu istiqamətdə üzərimizə düşən vəzifələrin hamısını yerinə yetirək. Bəzən biz yetərincə dəstək veririk və bizim dəstəyimiz olmadan da “Borçali” Cəmiyyəti yaşayır, Azərbaycanı yaşadır və bundan çox məmnunuq.
“Elat ənənəsinin kökündə daha çox problemlərin qabardılması və inteqrasiyanın təmin olunması dayanır.”

– Hər il iyulun 26-da keçirilən “Borçalı Türklərinin Elat mədəniyyəti günü” festivalı və onun əhəmiyyəti barədə düşüncələriniz.
– Elatçılıq qədim türklərin aləmindəndir. Bu, qədim babalarımızın bu gün də yaşadılan mədəniyyət nümunəsidir. Bu ənənənin kökündə daha çox problemlərin qabardılması və daha çox inteqrasiyanın təmin olunması dayanır. Təəssüf ki, müəyyən səbəblər üzündən bu vaxta qədər Elat bayramında iştirak edə bilməmişəm, lakin gələcək illərdə iştirak etmək arzusundayam. Hesab edirəm ki, bu bayram hər bir azərbaycanlının qatıla biləcəyi bir bayramdır. Çünki bu bayram gərək ki daha geniş spektrləri birləşdirmək əzmində olsun və digər ölkələrdə yaşayan azərbaycanlıların onlar haqqında nə qədər bilgiyə və nə qədər onlarla maraqlandığına əmin olsun.
“Zəlimxan Məmmədli Azərbaycan ictimai-siyasi həyatında uzun illər fəaliyyət göstərən, ictimai-siyasi xadimdir.”

– Zəlimxan Məmmədlinin ictimai fəaliyyəti və ona Gürcüstan tərəfindən tətbiq olunan qadağa barədə fikirləriniz.

– Mən parlamentdə Zəlimxan bəyə qarşı Gürcüstanda qaldırılan o iddianı qətiyyətlə pisləyən bir mövqe ifadə etmişdim, hətta dövlət qurumlarından bununla bağlı bir sorğu istəmişdim. Təbii ki, Azərbaycanı sevməyənlər, azərbaycanlıların mədəniyyətini, onların olduğu yerdə inkişafını sevməyənləri bəlkə bir az da təbii qəbul edirəm, amma qəbul etməməyimin o tərəfi var ki, bizlər bizi sevənləri, haqqımız, xalqımız, millətimiz uğrunda savaşanları yetərincə müdafiyə edə bilmirik. Zəlimxan Məmmədli Azərbaycan ictimai-siyasi həyatında uzun illər fəaliyyət göstərən, xaricdə yaşayan həmvətənlərimizlə, xüsusilə Borçalıda yaşayan Azərbayacan türklərinə, Güney Azərbaycanda yaşayan türklərə hər zaman olduğu yerdə sahib çıxmağa çalışan və ya onlarla bir yerdə Azərbaycanın istər daxilində, istərsə də xaricində olan problemlərini gündəmə gətirən dəyərli ictimai-siyasi xadimdir. Bu nöqteyi-nəzərdən istərdim ki, Borçalıdan çıxan ziyalıların böyük əksəriyyəti Borçalıya sahib çıxmağa, Borçalını yaşatmağa alışsınlar. Bu işdə Zəlimxan bəyə uzun, sağlam mübarizə dolu bir həyat arzulayıram və biz də Zəlimxan bəyin bu işdə hər zaman yanında olmağı özümüzə görəv bilirik, vəzifə bilirik.

“Borçalı Gürcüstan dövlətinin qarantı funksiyasında çıxış edə bilər.”

– Azərbaycan və Gürcüstan dövlətlərinin əlaqələri, eyni zamanda “Borçalı” Cəmiyyətinin bu əlaqələrə təsiri barədə nə deyə bilərsiniz?

– Azərbaycan və Gürcüstan əlaqələri yetərincə deyil. Bu gün bunu bu şəkildə qiymətləndirirəm. Şəxslər arası münasibətlər dövlətlərarası münasibətlər səviyyəsinə qalxlmalıdır. Gürcüstanda hakimiyyətdə kimin olduğundan asılı olmayaraq, bilməlidirlər ki, onun “Borçalı” adında bir ərazisi var və bu ərazidə yaşan azərbaycanlılar var. Onlar seçkinin taleyini həll edə bilərlər və seçkinin taleyi məhz onlardan asılıdır. Azərbaycan hökuməti təşkil etməlidir ki, əslində özləri uğrunda, Borçalı uğrunda Gürcüstan siyasətçiləri arasında bir rəqabət formalaşdırsınlar. Onların hökmən iqtisadi, siyasi, mədəni, humanitar platformaları, sosial platformalarında hökmən Borçalı üçün ayrıca bir bənd olsun. Və açıq qəbul etsək, deyə bilərik ki, Borçalı Gürcüstan dövlətinin qarantı funksiyasında çıxış edə bilər. Gürcüstanın bütövlüyünün qarantı məhz Borçalıdan başlaya bilər. Gürcüstan tərəfi bilməlidir ki, əgər Borçalının haqqı-hüququ dövlət daxilində verilməyəcəyi təqdirdə federallaşmada üç subyektdən biri də məhz Borçalı ola bilər. Borçalılara da arzu edərdim ki, gürcü dilini kifayət qədər professional və peşəkar səviyyədə bilsinlər, öz ana dili kimi öyrənsinlər və Gürcüstanın ictimai-siyasi həyatında yaxından iştirak etsinlər. Ölkənin ictimai-siyasi həyatında yaxından iştirak etmək nəticə etibarı ilə Borçalını qorumaqdır.
Azərbaycan dövlətinin üzərinə vəzifələr düşür. Orada yaşayan, xüsusilə kənd təsərrüfatı ilə məşğul olan soydaşlarımız üçün dövlət vəsaiti hesabına kreditlərə nail olmasından tutmuş, təhsil ocaqlarının açılması, keyfiyyətli kadrların yerdə qalmasını təmin edə biləcək bir siyasət yürütməlidir. Təəssüflər olsun ki, biz hələ bunların çoxunu gerçəkləşdirə bilmirik. Nisbətlər dövlət başçılarının bir-birinə münasibətinin axır səviyyəsindədir. Hesab edirəm ki, bu, cari il üçün yetərli olsa da perspektiv üçün yetərli deyil.

“Tarixi toponimlərin dəyişməsi bizi narahat eləyir.”

– İqbal bəy, bildiyiniz kimi, Bolnisi rayonunda toponimləri dəyişiblər və bəzi Borçalı türkləri yaşayan ərazilərdə torpaq sahələrini yerli kəndlılərin əlindən alıb, aidiyyatı olmayan insanlara satıblar. Bu barədə fikirləriniz maraqlı olardı.
– İstərsə Bolnisidə, istərsə də Gürcüstanın digər yerlərində tarixi toponimlərin dəyişməsi bizi narahat eləyir. Əgər biz ölkəmizdə yaşayan, say etibarilə borçalılılardan on, bəlkə də yüz dəfə az olan gürcülərə və onların mədəniyyətinə, milli məktəblərinə sahib çıxa biliriksə, eyni dərəcədə Gürcüstan da bizim orada yaşayan soydaşlarımızın haqqına sahib çıxmalıdırlar. Baxmayaraq ki, tarixdə ədalətsizlikdi, o torpaqlar Azərbaycan torpaqları olubdur, o torpaqlar tarixin müəyyən bir dönəmində Gürcüstana verilib, lakin biz bu gün Gürcüstana ərazi iddiası irəli sürmürük. Ərazi iddiası irəli sürməməyimiz, Gürcüstanın ərazi bütövlüyünü tanımamız orada yaşayan insanlarımızın mədəni, sosial, məişət haqlarına kimsənin girməyinə imkan yaratmamalıdır. Qeyri-qanuni satılmış torpaqlar kəndlilərin özünə qaytarılmalı, onlar tam hüquqlu vətəndaş kimi torpaq haqlarına da sahib olmalıdırlar. Mən bilirəm ki, gürcü iş adamları və digərlərinə fermer təsərrüfatı yaratmaq üçün azərbaycanlılar yaşayan ərazilərdən kifayət qədər torpaqlar verilib və o özəlləşdirmədə təəssüf ki, azərbaycanlılar iştirak edə bilməyiblər. Ona görə də, bu işdə sistemli siyasət iki millət arasında aparılan siyasətin və münasibətlərin nəticəsində həll olunmalıdır.

Elgün Mehdibəyli


Paylaş



Bölmə: Müsahibə / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!