Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                       
Tarix : 18-12-2015, 10:11
Diqqət: Bəzi Yeni il oyuncaqları, yolkalar xəstəliklər yarada bilər



“Sertifikatlaşdırma orqanları tərəfindən daxil olan müraciətlər araşdırılarkən məlum olur ki, sahibkarların əksəriyyəti yolkaları, Yeni il oyuncaqlarını, bəzək əşyalarını və s. sertifikatlaşdırmırlar. Belə mallar isə keyfiyyətsizliyi üzündən hər hansı xəstəliyə yol aça, ağır nəticələrə səbəb ola bilər”.

Bunu Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) mətbuat xidmətinin rəhbəri Fazil Talıblı deyib.

Sertifikatlaşdırma orqanları tərəfindən bu məhsulların tərkibinin yoxlanılmasının vacib olduğunu deyən F.Talıblı qeyd edib ki, qanunvericiliyin tələbinə əsasən, sertifikatlaşdırılmamış məhsulların satışı qadağandır: "Lakin sahibkarların çoxu sertifikatlaşdırmadan yayınırlar. Sahibkarlar bilməlidirlər ki, hər hansı məhsulu satışa çıxarmamışdan əvvəl müvafiq akkreditasiya olunmuş qurumlara müraciət edərək məhsullarını sertifikatlaşdırmalıdırlar. Ancaq sertifikatlaşdırma orqanlarının Yeni il bəzəkləri ilə bağlı bizə verdiyi məlumatları təhlil etdikdə görürük ki, bu sahədə boşluqlar var. Sahibkarların böyük əksəriyyəti sertifikatlaşdırmadan yayınırlar. Bəziləri bunu qanunvericiliyi bilməməsi ilə izah edir, bəziləri isə qanunvericiliyi bilə-bilə, inzibatı cəza tədbirlərindən narahat olmadıqlarından bu addımı atırlar”.

F.Talıblı alıçıları diqqətli olmağa çağıraraq onlara sertifkatsız malları almamağı tövsiyə edib.

Onun sözlərinə görə, əgər alıçılar sertifikatsız məhsul almasalar, sahibkarlar da qanunvericiliyin tələblərinə uyğun olaraq, akkreditasiya olunmuş orqanlarda öz məhsullarının keyfiyyətini yoxladıb satışa çıxararlar.

Yeni il atrubutları, bəzəkləri ilə bağlı bazardakı hazırki vəziyyəti dəyərləndirən komitə səlahiyyətlisi qeyd edib ki, ümumilikdə bazarda keyfiyyətli mallar üstünlük təşkil etsə də, keyfiyyətsiz mallar da var.

F.Talıblı qeyd edib ki, Azərbaycana keyfiyyətsiz Yeni il bəzəklərinin əksəriyyəti Çindən gətirilir.

Bu sahədə nəzarət tədbirlərini həyata keçirdiklərini deyən F.Talıblı əlavə edib ki, sahibkarlıq sahəsində aparılan yoxlamalar iki il müddətinə dayandırıldığından bu məsələ ilə bağlı yoxlamalar hər hansı şikayətçinin müraciəti əsasında aparıla və müvafiq tədbirlər həyata keçirilə bilər. Lakin indiyədək Yeni il atributları ilə bağlı komitəyə heç bir şikayət daxil olmayıb.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə Trend-ə bildirib ki, Nazirlər Kabinetinin 443 saylı qərarına uyğun olaraq, uşaq oyuncaqları məcburi sertifikatlaşdırılan mallar siyahısına daxildir. Bu mallar ölkənin əmtəə bazarına daxil olmamışdan əvvəl partiyalardan nümunələr götürülərək yoxlanılmalı, sertifikatlar verildikdən sonra satışa çıxarıla bilərlər: “Lakin bu sahədə problemlər var. Oyuncaqlar, o cümlədən Yeni il oyuncaqları, Yeni il bəzəkləri, yolkaları harada gəldi satılır. Yeni il bu malları alan alıçılar onların sertifikatlarını tələb etməlidirlər”.

Ekspert qeyd edib ki, əhali yolkaların əsasən plastik materaildan hazırlanmasını nəzərə almalıdır. Istehlakçıları diqqətli olmağa çağıran E.Hüseynovun sözlərinə görə, əgər yolkalar və oyuncaqlar əl sürtülən zaman rəng verirsə, onlardan pis qoxu gəlirsə, həmin malları almaqdan imtina etmək lazımdır: “Oyuncaqların keyfiyyəti ilə də bağlı problemlər var. Həmin oyuncaqlar əksər hallarda yoxlanılmır. Uşaqlar oyuncaqları əllərinə aldıqda rəngləri çıxır. Bu, uşaqlarda zəhərlənmə də yarada bilər. Ölkəmizə belə oyuncaqlar əsasən, Çindən, Dubaydan, Türkiyədən, Tailanddan idxal edilir”.

Birlik sədri işıq bəzəkləri ilə bağlı daha ciddi problemlərin olduğunu da qeyd edib. O əlavə edib ki, işıq bəzəklərində qısaqapanma ehtimalı çox yüksək olur: “İşıq bəzəkləri yolkaların üstünə salınır. Bəzi hallarda yolkaların altına pambıq qoyurlar. Bu bəzəklərdən qısaqapanma qısa zaman ərzində baş verir. Ona görə də bir an belə, onları diqqətsiz qoymaq olmaz. Mən 31 dekabrda bütün ailənin evsiz-eşiksiz qalmasını görmüşəm”.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!