Zelenski: Rusiya və Belarusdan başqa hər yerdə görüşə hazırıq .....                        "Real Madrid" Avropa Superliqasından çıxıb .....                        Körpələrin ölümündə təqsirləndirilən mərkəz direktoru: "493 nəfərin əvəzinə işləməli deyildim" .....                        Ukraynanın bu il üçün 60 milyard avro yardıma ehtiyac var .....                        Ata mülkünə görə xəstə qardaşını amansızlıqla döydü .....                        Olimpiya çempionlarımız "Böyük Dəbilqə" turnirində yarışacaq .....                        Məşhur salonlar şəbəkəsinin rəhbəri bloqerin 150 minini mənimsəyib? .....                        Birinci Qarabağ müharibəsində itkin düşmüş şəhidin nəşi 34 il sonra tapıldı .....                        Azərbaycanda ana 40 günlük körpəsindən İMTİNA EDİB .....                       
Tarix : 26-11-2015, 13:44
“Azərbaycanda şirələr təkrar istehsal olunur?”



Azərbaycanda təbii şirə istehsal edən bir çox iri şirkətlər var.

Marketlərdə alıcılara müxtəlif növ meyvələrdən hazırlanmış, üzərində qatqısız olduğu yazılan şirələr təqdim olunur.

Butov.az Gün.Az-a istinadən xəbər verir ki, əhalinin maddi durumunun nisbətən pisləşməsi şirə satışında da özünü göstərib.

Bir çox marketlərdə apardığımız sorğu zamanı satıcılar əvvəlki dövrlərə nisbətən alıcılıq qabiliyyətinin zəifləməsini təsdiq edirlər. Onların sözlərinə görə, bu şirə satışına da öz təsirini göstərib.

Əldə etdiyimiz bəzi məlumata görə, vitrinlərdə qalan və vaxtı keçmiş şirələr yenidən şirkətə qayıdır və təkrar istehsal olunur.

Bu faktı təqdim edən mənbə də təsdiq edir ki, buna səbəb məhz alıcılıq qabiliyyətinin aşağı düşməsidir. Sahibkar isə artıq ziyana düşməmək üçün bu yola əl atır.

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov məsələ ilə bağlı Gün.Az-a bildirib ki, ölkədə qida təhlükəsizliyi haqqında qanun yoxdur. Eyni zamanda satışdan çıxarılan malların məhvetmə proseduru mövcud deyil.

Onun sözlərinə görə, bir çox dövlət orqanları monitorinqlər aparıb, malı satışdan çıxarıb aktla satıcıya təhvil verir.

“O da cəriməsini qoyur, saxta sənəd gətirir. 20 ildə mən cəmi 2 dəfə görmüşəm ki, malları məhv etsinlər. Yəni ölkədə şəffaf məhvolma proseduru yoxdur. İstisna olunmur ki, mallar qaytarıldıqdan sonra yenidən istehsal olunub, satışa çıxarılır”.

E.Hüseynov əlavə edib ki, təkcə pivədən başqa bütün məhsulların təkrar istehsalı mümkündür:

“Çünki pivə qıcqırır və bir litr pivəni bir tona qarışdırsan onu da xarab edər”.

Ekspert şirənin təkrar istehsalının insanlarda mədə-bağırsaq, xərçəng xəstəliyi əmələ gətirə biləcəyini deyib. Əlavə edib ki, bu cür istehsal zamanı məhsulun tərkibinə kimyəvi məhlullar, mənşəyi bilinməyən maddələr vurulur.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!