UEFA AVRO-2024-lə bağlı qərar qəbul etdi .....                        Biz tam eyni tədbirləri görürük və qırmızı xətləri keçmirik - Prezident .....                        Prezident Azərbaycanın uğurlarının səbəbini açıqladı .....                        Ceyhun Bayramov Çexiyadakı çıxışı zamanı geri qaytarılmış kəndlərdən danışdı .....                        Azərbaycan çempionatının qalibi müəyyənləşdi .....                        İtkin düşən qadının meyiti tapıldı .....                        İlham Əliyev quru sərhədləriylə bağlı önəmli açıqlama verdi .....                        Qonşularla əla münasibətlər qura bilmişik - İlham Əliyev .....                        Magistraturaya ikinci cəhd qəbul imtahanı keçiriləcək .....                       
Tarix : 1-07-2016, 12:48
Turist niyə stabil Azərbaycanı yox, terror hadisələri olan Türkiyəni seçir?


Terror hadisələrine baxmayaraq, turist niyə Türkiyəni seçir, amma stabil Azərbaycanı yox?
Butov.az-ın FaktXəbər-ə istinadən verdiyi məlumata görə, iqtisadçı ekspert Natiq Cəfərli bunun səbəbləri barədə yazıb.

O, turistlərin İstanbulu seçməsinə əsas səbəb kimi ölkənin möhtəşəm tarixini, qonaqlara gözel servis xidmətləri göstərmələrini, vizasız rejimi, rəqabetli mühit olduğuna göre ucuzluğun və maraqlı əyləncələrin olmasını göstərib.

«Analoqu olmayan stabilliyə, sakitkiliyə, manatın 2 dəfə ucuzlaşmasına, hər il bir oyun çıxartmağımıza baxmayaraq turistin niye Bakını, Azərbaycanı seçməməyini» isə ekspert belə izah edir: «Olan-qalan tarix məhv edilir, "qlamur" və süni şəhər-ölkə yaradılmağa çalışılır ki, bu da cəlbədici deyil. Turist üçün maraqlı tarixi marşrutlar yox dərəcəsindədir. Servis yaxşı deyil, çünki rəqabətli mühit yoxdur, servisin simvolu hər obyektə çalışanları "qaqaş" deyib çağırmaqdır. MDB'dən başqa hamıya viza təebiq etmişik, elə bil hamının ürəyi gedir, növbəyə durur bura gəlməyə, turist üçün vizasız gediş-gəliş ilk 3 şərtlərdən biridir. Dollarla və avro ilə gələn turistlər üçün manatla xərcləmək sərfəli olub, burası doğdudur, amma qiymətlər, xüsusən otellərdə çox bahadır, restoranlarda, kafelərdə qiymətlər Tiflisə və Türkiyəyə görə yüksəkdir, bizim bölgədə əsas turizm rəqiblərimiz isə məhz bu 2 ölkədir».

Natiq Cəfərli həmçinin Azərbaycanda əylənmək üçün şərait olmadığını da vurğulayıb: «Bakıda necə əylənmək olar? Ancaq lüləkabab yeyib, üstündən samovar çayı içməklə?»

Ekspertin sözlərinə görə, Sovet dönəmində məmurlar SSRİ'yə gələn hər xarici vətəndaşda potensial cəsus görürdülər, bu gün hələ də o havadadırlar...

«Dünən gəcə Bakıya döndüm, uçaq şəhərə yaxınlaşanda Azərbaycan və İngilis dillərində anons yaydılar: Ölkəyə gələn əcnəbi vətəndaşlar 10 gün ərzində mütləq miqrasiya xidmətində qeydiyyata durmalıdırlar, əks halda ... (bir sürü təhdid), bunu eşidən əcnəbi bir də ölkəyə gələrmi?!», - deyə Natiq Cəfərli sözlərini yekunlaşdırıb.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!