KTMT-nin baş katibi “qara siyahı”ya salındı .....                        Beydulla Manafov Baş Prokurorluğa çağırıldı .....                        Yunanıstandan Türkiyəyə hörmətsizlik .....                        Kiyevə hərbi yardımı dayandırın! .....                        Paşinyandan keçmiş liderlərə sərt sözlər .....                        Türkiyədə daha bir təyyarə qəzası – pilot həlak oldu .....                        Azərbaycan millisi məğlub oldu .....                        Kipr məsələsi Türkiyənin milli prioritetidir - Ərdoğan .....                        Sevinc Osmanqızı Baş Prokurorluğa çağırıldı .....                       
Tarix : 11-10-2016, 10:58
Səfir əmirliyin naziri ilə görüşdü


Azərbaycanın BƏƏ-dəki səfiri Daşqın Şikarov bu ölkənin müdafiə məsələləri üzrə dövlət naziri Məhəmməd Əhməd Əl-Bavardi ilə görüş keçirib.
Butov.az-ın Lent.az-a istinadən məlumatına görə, görüşə görə təşəkkürünü bildirən səfir Azərbaycan-Ərəb Əmirlikləri əlaqələrindən söhbət açıb.
O bildirib ki, ölkələrimiz yüksək səviyyəli siyasi əlaqələrlə bağlıdır və Azərbaycan rəhbərliyi qardaş BƏƏ ilə ikitərəfli əlaqələri bütün sahələrdə irəlilətmək niyyətindədir. D.Şikarov BƏƏ vitse-Prezidenti, Baş Naziri, Dubayın Əmiri Şeyx Məhəmməd bin Rəşid Əl Maktumun 2015-ci ildə ölkəmizə və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin cari ilin fevral ayında Ərəb Əmirliklərinə rəsmi səfərlərini yada salaraq, hər iki səfərin ikitərəfli gündəmin daha da zənginləşməsinə təkan verdiyini qabardıb.
Qarşılıqlı əməkdaşlıq sahələrinə nəzər salan səfir müdafiə sektorunda işbirliyi üçün qarşılıqlı maraqdan qaynaqlanan yaxşı imkanların mövcud olduğunu xüsusilə qeyd edərək, həm Azərbaycanın, həm də BƏƏ-nin hərbi sənaye seqmentində yaxşı nəticələr qazandıqlarını önə çəkib. Həmçinin Cənubi Qafqaz regionunda hərbi-siyasi vəziyyət, eləcə də qonşu Ermənistan tərəfindən hərbi təcavüzə məruz qalmış Azərbaycanda ordu quruculuğu yönündə görülən işlər barəsində qarşı tərəfə ətraflı məlumatlar təqdim edilib. Öz növbəsində, M.Əl-Bavardi ikitərəfli siyasi əlaqələrimizin yüksək səviyyədə olduğu barədə səfirlə həmfikir olduğunu bildirərək, BƏƏ rəhbərliyinin Azərbaycan daxil olmaqla, bütün dost ölkələrlə ikitərəfli əlaqələrin inkişafına xüsusi diqqət yetirdiyini vurğulayıb və bu işdə qarşılıqlı səfərlərin əhəmiyyətini önə çəkib. Dövlət naziri Azərbaycan Prezidenti cənab İlham Əliyevin çətin geosiyasi və geoiqtisadi konyunktura fonunda həyata keçirdiyi uğurlu xarici siyasət haqqında kifayət qədər məlumatlı olduğunu diqqətə çatdırıb, Ermənistanla müharibə halında olan dövlətimizin başçısının ordu quruculuğuna, xüsusən müasir standartlara cavab verən hərbi sənaye kompleksinin inkişafına göstərdiyi diqqətin Azərbaycan rəhbərinin dərin təcrübəsindən və hərbi tarixə dair geniş biliklərdən irəli gəldiyini özəlliklə qeyd edib. Sonra o, cari ilin 27-30 sentyabr tarixlərində Bakı şəhərində keçirilmiş “ADEX 2016” Beynəlxalq Müdafiə Sərgisində iştirak məqsədilə Azərbaycana rəsmi səfər etdiyini xatırlayaraq, yüksək səviyyədə təşkil olunan bu sərgi çərçivəsində AR müdafiə naziri general-polkovnik Z.Həsənovla səmərəli və faydalı görüş keçirdiyini bildirib və hərbi sahədə əməkdaşlıq yollarının araşdırılması üçün AR nümayəndə heyətinin tezliklə Əbu-Dabiyə səfər edəcəyini və növbəti mərhələlərdə intensiv səfər mübadilələrinin baş verəcəyini istisna etməyib. Bununla yanaşı, M.Əl-Bavardi paytaxt Bakının Şərq və Qərbin memarlıq üslublarının unikal sintezi nəticəsində inanılmaz gözəlliyə, eləcə də müasir infrastruktura malik olduğu haqda dost-tanışlarından eşitdiklərinin həqiqətən də reallığı əks etdirdiyini vurğulayıb, turistlər üçün yaradılan şəraitin yüksək səviyyəsindən məmnunluğunu ifadə edib və tezliklə turist qismində ölkəmizə səfər etmək arzusunda olduğunu nəzərə çatdırıb.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!