Aeroport gücləndirilmiş rejimə keçdi .....                        İsaqoğlunun "Günahsız günahkar" dünyası .....                        Şuşaya gedirsən? .....                        BA Tv Youtube kanalı yayıma başlayır .....                        Stansiyaların sayı 40-a çatdırılacaq .....                        Həmədanlıların əmlakı müsadirə olundu .....                        Ərdəbil nümayəndə heyəti Azərbaycana gəlir .....                        Onun üçün mandat sadəcə status deyil… .....                        Siracəddin Səyyid yaradıcılığında ərbəinçilik ənənəsi və irfani poeziyanın yenilənməsi .....                       
Tarix : 22-11-2016, 18:10
Qusar məktəbinin müəllimi Bakıda xəstəxanada yıxılaraq ayağını sındırıb

Qusar şəhərindəki 2 saylı orta məktəbin ibtidai sinif müəllimi Sevinc Məcidova Qubada keçirilən müəllimlərin diaqnostik qiymətləndirilməsində iştirak edə bilməyəcək.
Butov.az xəbər verir ki, bunu "Report"un Şimal bürosunun müxbirinə Qusar Təhsil Şöbəsinin müdiri Niftəli Fərzəliyev deyib.
N.Fərzəliyevin sözlərinə görə, buna səbəb onun imtahandan bir gün əvvəl Bakıdakı özəl xəstəxanaların birinin koridorunda yıxılaraq ayağını sındırmasıdı. Təhsil şöbəsinin müdiri qeyd edib ki, S.Məcidovaya dərhal ilk yardım göstərilib və ayağı gipsə qoyulub: "Qusara qayıdan müəllimə yerli həkimlərin nəzarəti altında ev şəraitində müalicəsini davam etdirir".
N.Fərzəliyev deyib ki, imtahana gedə bilməyən 18 illik iş stajı olan S.Məcidovaya hansısa güzəştin edilib-edilməməsi Təhsil Nazirliyinin səlahiyyətində olan məsələdir.
Təhsil Nazirliyinin İnsan Resursları şöbəsinin müdir müavini Eşqi Bağırov isə "Report"a açıqlamasında bildirib ki, narahatlığa heç bir əsas yoxdur. Onun sözlərinə görə, S.Məcidova kimi üzrlü səbəbdən Qubadakı imtahanda iştirak edə bilməyən müəllimlər noyabrın 27-28-də Şamaxıda, dekabrın sonunda isə Bakıda keçiriləcək analoji yoxlama imtahanlarına qatıla bilərlər.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!