Prezident İraq Kürdüstanının Baş naziri ilə görüşüb .....                        Paşinyanın 28 il əvvəl etdiyi 20 Yanvar etirafı .....                        Bakıda iki bacı dəm qazından öldü .....                        Sabah Xankəndiyə ilk köç olacaq .....                        Ceyhun Bayramov Hakan Fidanla danışdı .....                        Geomaqnit qasırğası müşahidə olunur .....                        Sabah da qar yağacaq .....                        Prezident Davosda görüş keçirdi .....                        İlham Əliyevə verilən mükafat daha əvvəl kimə təqdim edilib? .....                       
Tarix : 13-09-2013, 11:11
Bakı Metropolitenindən sərnişinlərə bəd xəbər


Bakı nəqliyyatında problemlər hələ də öz həllini tapmayıb. Uzun zamandır ictimai nəqliyyatda gediş haqqının vahid ödəmə karta keçməsi barədə danışılsa da, sonradan deyilənlərin hələ də nəticəsiz qaldığı məlum oldu. Nəqliyyat Nazrliyinin mətbuat katibliyinin müdiri Namiq Həsənovun ANS PRESS-ə dəfələrlə verdiyi açıqlamasında bildirib ki, yaxın vaxtlarda həm avtobuslarda, həm də metroda gediş haqqılarını ödəmək üçün vahid kartdan istifadə etmək mümkün olacaq. Bunun üçün artıq plastik kartların da hazırlandığı bildirilmişdi.

Lakin əslində deyilənlərin sadəcə yaxşı idaya olduğu ortaya çıxır. Çünki vahid kartla ödəmə sisteminə keçid mart ayında nəzərdə tutulmuşdu. Sonradan bunu may ayına qədər təxirə saldılar. May ayında da məlum oldu ki, vahid kartla ödəmə sistemi sentyabr ayına qədər uzadılır. Artıq sentyabr ayıdır. İndi isə rəsmilər avtobuslarda kartla ödəniş sisteminin sentyabrın 15-dən sonra tətbiq olunacağını bildirib. Lakin bu kartlardan yalnız avtobuslarda istifadə etmək mümkün olacaq. Metroda bu kartlardan istifadə etmək mümkün olmayacaq. Bu barədə Bakı Metropolitenindən ANS PRESS-ə bildirilib. Çünki hazırda Metropolitendə mövcud olan proqram təminatı ilə ictimai nəqliyyatda yeni ödəniş sistemi çərçivəsində tətbiq ediləcək kartların proqram təminatı uyğun deyil.

Belə ki, metroda bu kartlardan istifadə etmək üçün birgə proqram təminatı hazırlamaq lazımdır. Bu da olduqca böyük kapital tutumlu işdir və tez zamanda bunun tətbiqi mümkünsüzdür. Bir sözlə, baxmayaraq ki, Nəqliyyat Nazirliyi həm avtobuslarda, həm də metroda vahid kartdan istifadənin tətbiq olunacağını deyir, Bakı Metropolitenindən isə bunu təqzib edirlər.


Paylaş



Bölmə: Xəbər / Karusel / Manşet / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!