İsmayıllıda torpaq qatı uçdu - Evlər təhlükə altındadır - ViDEO .....                        Gürcüstanın XİN Lui Bonoyla görüşdü .....                        Avropa İttifaqı İrana qarşı sanksiyaları genişləndirəcək .....                        ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazilərinə səfər etdi - FOTO .....                        Hərbi helikopter qəzaya uğradı - 5 öldü, 3 yaralı .....                        Torpaq sürüşməsi nəticəsində avtomagistral bağlandı .....                        ABŞ müşaviri Gürcüstanda səfərdədir .....                        Türkiyədə baş vermiş zəlzələ digər vilayətlərdə də hiss olundu .....                        Respublika Pediatriya Mərkəzi yaradıldı .....                       
Tarix : 25-11-2015, 11:13
Emin Leyla Əliyevadan və əkizlərindən danışdı



"ƏLİ VƏ MİKAYIL ƏMİNƏNİ QORUYURLAR"

Müğənni-bəstəkar Emin Rusiyanın “7days.ru” saytına müsahibə verib.

Butov.az Axşam.az-a istinadən xəbər verir ki, ifaçı keçmiş həyat yoldaşı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevadan bəhs edib:

“Biz boşandıq, amma bu o demək deyil ki, biz Leyla ilə yadlaşdıq. Bizim hələ də gözəl münasibətimiz var, bu bağlılıq heç vaxt qoparıla bilməz. İlk növbədə biz valideynik, oğullarımız Əli və Mikayıl hər zaman birinci yerdədir. Rəsmi olaraq azadıq, bununla yanaşı biz Leyla, uşaqlar, babalar və nənələrlə birlikdə böyük ailəyik”.

Emin Leyla Əliyevanın övladlığa götürdüyü Əminə haqqında da danışıb:

“Əminə 1 yaş beş aylıqdır. Çox balacadır. O, Leyla, babaları, nənələri, mənim əkizlərim və mənim üçün sevincdir. Evdə balaca uşağın olması möhtəşəmdir. Oğullarımın arxasınca qaçır, onların oyuncaqlarını sındırır. Onlar da Əminəyə nəsə demir, onu incitməkdən qorxurlar. Qız uşağıdır, onu qoruyurlar. Əkizlərim əsəbiləşib, şikayət edirlər: “Ata, sən buna son qoymalısan. O, bizim bütün oyuncaqlarımızı qırır. Utanmır?”. Mənsə izah edirəm: “Siz balaca olanda mənim bütün oyuncaqlarımı sındırırdınız. Mən ki, sizə qışqırmırdım. Siz də başa düşməlisiniz ki, o balacadır”.

İşlərinin çox olmasına baxmayaraq Emin tez-tez Bakıya gəlib, əkizlərini gördüyünü bildirib:

“Hər yeddi-səkkiz gündən bir Bakıya uçur, onları görürəm. Növbəti həftədə isə əkizlər mənim yanıma gəlir. Əminə gələ bilmir. Çünki o bu cür uçuşlar üçün hələ balacadır. Bir az böyüdükdən sonra Əli və Mikayılla birlikdə Moskvaya mənim yanıma gələcək”.


Paylaş



Bölmə: Şou Biznes / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!