Meloni Azərbaycana
gələcəkmi?İtaliyanın Baş naziri Corca Meloninin yaxın həftələrdə Azərbaycana səfər edəcəyi bildirilir.
Bu barədə "Euronews" məlumat yayıb. Məlumata görə, səfərin may–iyun aylarında baş tutması planlaşdırılır.
İki ölkə arasında münasibətlərin əsas sütunlarından biri enerji sahəsidir. Azərbaycan qazı İtaliyaya Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə nəql olunur. Bu kəmər Xəzər regionunu Avropa ilə birləşdirən Cənub Qaz Dəhlizinin tərkib hissəsidir.
TAP-ın idarəedici direktoru Luka Şieppatinin “Euronews”a açıqlamasına görə, kommersiya fəaliyyətinə başladığı vaxtdan etibarən kəmər vasitəsilə İtaliyaya 47,5 milyard kubmetrdən çox təbii qaz çatdırılıb.
O bildirib ki, İtaliyanın SNAM şirkətinin məlumatına əsasən, 2025-ci ildə TAP vasitəsilə nəql olunan qaz ölkənin ümumi qaz tələbatının təxminən 16%-ni qarşılayıb.
Şieppati əlavə edib ki, ümumilikdə TAP vasitəsilə Avropaya 57 milyard kubmetrdən çox qaz ötürülüb. Bu isə tədarük marşrutlarının şaxələndirilməsinə və Avropanın enerji sisteminin dayanıqlığının artırılmasına töhfə verib.