İki internet provayderi BAĞLANDIAzərbaycanda iki internet provayderi fəaliyyətini dayandırıb.
Butov.az xəbər verir ki, bunlar "Skynet" MMC və "Robonet" MMC-lərdir.
Sözügedən provayderlərin uçotu ləğv edildiyinə görə, fəaliyyətləri dayandırılıb.
Xatırladaq ki, "Skynet" 2023-cü ilin aprel ayında, "Robonet" MMC isə 2024-cü ilin yanvar ayında uçota alınmışdı.
Bununla da ölkədə uçota alınmış internet operator, provayder və host provayderlərin sayı 194 olub.
Qeyd edək ki, internet operator və provayderlərinin uçota alınmasını Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi həyata keçirir.