Stansiyaların sayı 40-a çatdırılacaq .....                        Həmədanlıların əmlakı müsadirə olundu .....                        Ərdəbil nümayəndə heyəti Azərbaycana gəlir .....                        Onun üçün mandat sadəcə status deyil… .....                        Siracəddin Səyyid yaradıcılığında ərbəinçilik ənənəsi və irfani poeziyanın yenilənməsi .....                        Sabah hava necə olacaq? .....                        ABŞ kəşfiyyatı təkzib etdi .....                        Ağdama daha 92 ailə köçürülüb .....                        İran danışıqlardan imtina etdi .....                       
Tarix : 30-09-2015, 08:39
Yığmamızın kapitanı karyerasını başa vurdu



Azərbaycan millisinin kapitanı Oksana Kurt (Parxomenko) karyerasını bitirib. Apasport.az saytının məlumatına görə, Belçika və Hollandiyada keçirilən Avropa çempionatı 31 yaşlı voleybolçu üçün son yarış olub.

Kurtun karyerasını bitirməsində yığmanın zəif çıxışının hansısa rolu olmayıb. Təcrübəli toppaylayıcı hələ yarışa yollanmamışdan bu qərarını açıqlamışdı.

Bir qədər əvvələ getsək, Oksana DÇ-2014-dən sonra bacısı Yelena Parxomenko ilə birgə milli ilə vidalaşdığını demişdi. Lakin Faiq Qarayevin xahişi ilə yenidən əsas komandaya kömək etməyə qərar verən setter bu dəfə ümumiyyətlə karyerasına bitirib. Bunda əsas səbəb Oksananın xroniki zədələrinin olması və bir çox matçlara ağrıkəsici iynələrlə çıxmasıdı. Ondan fərqli, 33 yaşlı Yelena milliyə dəvət almasa da, daha 1 il “Azəryol”a kömək etdikdən sonra karyerasına nöqtə qoyacaq.

Kurt voleybolçu kimi meydança ilə vidalaşmağına baxmayaraq, onun üçün doğma olan “Azərreyl”də işini davam etdirəcək. Əldə etdiyimiz məlumata görə, Oksana “dəmiryolçular”da menecer vəzifəsini icra edəcək. O, bu postda sabiq komanda yoldaşı Yelena Şabovtanı əvəzləyəcək.

Qeyd edək ki, 1998-ci ildən milliyə dəvət alan Oksana əsas komandada 200-ə yaxın matçda forma geyinib. O, “Neftyağ” (1999-2000), “Yeşilyurt” (2000-2001, Türkiyə), “Azərreyl” (2001-2007, 2007-2008, 2011-2015 (son 2 mövsümdə komanda “Azəryol” adlanıb)), “Volero” (2007, İsveçrə), “Fənərbaxça” (2008-2009, Türkiyə) və “Dinamo” (2009-2011, Rusiya, Moskva) klublarının şərəfini qoruyub. 3 dəfə Azərbaycan çempionu (2003, 2004, 2005) olan Kurt İsveçrə (2007) və Türkiyə (2009) çempionatlarının qalib adını qazanıb, Rusiya Kubokunu (2009) başı üzərinə qaldırıb. Parxomenko həmçinin “Azərreyl”lə Top-komandalar kubokunun (2002) da qızıl medalına yiyələnib.


Butov.az


Paylaş



Bölmə: İdman / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!