Türk Dünyası Mediatorlar Birliyi təsis edildi .....                        Ersin Tatar Qəbələ zirvəsindən danışdı .....                        Bakı metrosunda yenilik: Qatarın nə vaxt gələcəyi ekranlarda görünür .....                        Öldürülən şagird polkovnik-leytenantın oğlu imiş .....                        Bakı Avrasiya Universitetində əcnəbi tələbələrlə "Miqrasiya qaydaları"mövzusunda tədbir keçirilib .....                        Yardımlıda müəllim şagirdi döyüb? - Araşdırma başladı .....                        İmişlidə 74 nəfərin zəhərlənmə səbəbi AÇIQLANDI .....                        Tramp Ərdoğandan nə xahiş edib? - Türkiyə lideri açıqladı .....                        Tramp Çikaqonu “işğal edəcək”? .....                       
Tarix : 30-08-2013, 16:13
Azərbaycanlı gimnastlar dünya çempionatının finalına çıxıblar


Ukraynanın paytaxtı Kiyevdə Azərbaycan millisinin də iştirak etdiyi bədii gimnastika üzrə Dünya çempionatının ikinci günü yekunlaşıb.

Azərbaycan Gimnastika Federasiyasından Trend-ə daxil olan məlumatda bildirilir ki, Marina Durunda lentlə olan tapşırıqların final mərhələsinə yüksəlib. Finalda hakimlərdən 17,5 bal alıb ki, bu da ona beşinci pilləni rusiyalı gimnast Marqarita Mamunla bölüşməyə imkan verib.

Məlumatda bildirilir ki, eyni zamanda çoxnövlülük üzrə seçmə mərhələdə Durunda doqquzuncu, Lalə Yusifova isə on yeddinci pilləni tutub. Hər iki gimnast avqustun 30-da çoxnövlülük üzrə finalda mübarizə aparacaq 24 idmançı siyahısına daxil olub.

Durunda Dünya çempionatında ilk əhəmiyyətli uğura nail ola bilib. Lentlə olan tapşırıqlarda o, finala çıxıb və daha təcrübəli rəqiblər arasında yüksək, beşinci pilləni tutub.

Durunda bildirib: "Daha əvvəl mən bu cür yarışda iştirak edəcəyimi heç xəyal etmirdim, hələ finalda iştirak edəcəyimi demirəm. Siz özünüz buradakı rəqabətin nə qədər güclü olduğunu görürsünüz və mənə bu çempionatın mənim üçün necə uğurlu formalaşdığını anlaşmaq xoşdur. Lakin təbii ki, bütün bunlara mən baş məşqçi Mariana Vasilyevasız nail ola bilməzdim. Təbii ki, mən final mərhələsinə çıxdığımı biləndə bu mənim üçün bayram oldu. Xüsusən də lentlə olan tapşırıq ayrı-ayrı növlərdə ən yaxşı səkkizliyə daxil olmaq üçün son cəhd idi. Bu tapşırıq mənim xoşuma gəlir!"

Çoxnövlülük üzrə finalda Durunda və Yusifova özlərini yenidən göstərməlidirlər. Gimnast ümid edir ki, onlar seçmə mərhələdə göstərdikləri nəticələri yaxşılaşdıracaqlar.

Gimnast bildirib: "Arenanın bütün tərəflərindən səslənən azərbaycanlı azarkeşlərin səslərini eşitmək olduqca xoş idi. Belə atmosferdə çıxış etmək olduqca zövqlü idi".


Paylaş



Bölmə: İdman / Karusel / Manşet / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!