Ermənistan prezidenti Misirə getdi .....                        Şeyx İlham Əliyevin salamını Roma Papasına çatdırdı .....                        Bakı metrosunda YENİLİK .....                        Tramp Orbanın xahişini rədd etdi .....                        Rusiya Ukraynanı “İsgəndər”lə vurdu: ölən və yaralananlar var .....                        Putin Azərbaycan əsilli jurnalistə səfir rütbəsi verdi .....                        Sabahın hava proqnozu .....                        Ramiz Mehdiyevin həyat yoldaşı işdən çıxarıldı .....                        Bakıda Avrasiya Gənc İş Adamları Forumu keçirilir .....                       
Tarix : 20-05-2015, 18:04
Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası ilə Polşa Respublikasının İnfrastruktur və İnkişaf Nazirliyi arasında dəniz nəqliyyatına dair saziş imzalanmışdır
Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanovun başçılıq etdiyi nümayəndə heyəti Polşa Respublikasının Varşava şəhərində səfərdə olmuşdur.
Mayın 20-də keçirilən görüşdə “Azərbaycan Respublikası Hökuməti ilə Polşa Respublikası Hökuməti arasında dəniz nəqliyyatına dair Saziş” imzalanmışdır.
Əsas məqsədi Azərbaycan Respublikasının ticarət gəmiçiliyi və dəniz nəqliyyatı sahəsi üzrə fəaliyyət göstərən müəssisə və təşkilatları ilə Polşa Respublikasının müvafiq müəssisə və təşkilatları arasında əlaqələrin və əməkdaşlığın inkişafına stimul vermək, bu inkişafı sürətləndirmək, Tərəflərin limanları arasında dənizlə yüklərin daşınmasının inkişafına mane ola biləcək amillərin aradan qaldırılması üzrə əməkdaşlığı təmin etmək olan Sazişi Azərbaycan Respublikası tərəfdən Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanov, Polşa Respublikası tərəfdən İnfrastruktur və İnkişaf nazirinin müavini Dorota Piç imzalamışlar.
Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının mətbuat xidmətinin məlumatı

Sazişdə iki Tərəf arasındakı münasibətlərdə ayrı-seçkiliyə yol verilməməsi və azad rəqabət, dəniz nəqliyyatının inkişaf etdirilməsi, limanlarda, daxili sularda və ərazi dənizlərində gəmilər üçün yaradılan şərait, dəniz nəqliyyatının asanlaşdırılması, gəmi sənədlərinin qarşılıqlı tanınması, cinayət baş verdiyi zaman tətbiq olunan prosedurlar, dənizdə baş verən hadisələr, texniki əməkdaşlıq, beynəlxalq öhdəliklər, mübahisələrin həlli barədə müddəalar yer almışdır.
Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının mətbuat xidmətinin məlumatı

Həmçinin, Sazişdə limanlara sərbəst giriş-çıxış, lövbərə durma yerinin təyin edilməsi, liman vasitələrindən maneəsiz istifadə, yük əməliyyatları, sərnişinlərin mindirilməsi və düşürülməsi, naviqasiya üzrə xidmətlərin istifadəsi və digər adi kommersiya əməliyyatlarının icrası ilə bağlı hər bir Tərəfin öz gəmilərinə yaratdığı imkanları digər Tərəfin gəmilərinə də yaratması barədə müddəalar yer almışdır ki, bu da Azərbaycan Respublikası bayrağı altında üzən gəmilərin Polşa Respublikasına, Polşa Respublikası bayrağı altında üzən gəmilərin Azərbaycan Respublikasına yük və sərnişin daşınması prosesinə daha intensiv cəlb olunmasına öz töhfəsini verəcək.
Eyni zamanda qeyd olunan görüşdə Azərbaycan Respublikası ilə Polşa Respublikası arasında dəniz nəqliyyatı sahəsində əməkdaşlığın inkişafı perspektivləri barədə söhbət aparılmış, qeyd olunan sahədə qarşılıqlı əlaqələrin daha da gücləndirilməsinin zəruriliyi vurğulanmışdır.


Paylaş



Bölmə: İqtisadiyyat / Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!