Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                       
Tarix : 20-05-2015, 20:26
Makedoniya – Vaşinqtonla Moskva arasında yeni mübarizə meydanı

Makedoniya iki milyon nəfər əhaliyə malik olan dənizə çıxışı olmayan kasıb bir ölkədir. Kreml üçün bu ölkə ideoloji mübarizədə yeni cəbhəyə çevrilib, belə ki, Birləşmiş Ştatlar Rusiyanın buradakı nüfuzuna qarşı çıxmaq üçün Makedoniyada hakimiyyət çevrilişi hazırlayr. Belə nöqteyi-nəzər Rusiyanın maraqlarının həmin ölkədəki korrupsiyaya qurşanmış avtoritar hakimiyyətin maraqları ilə nə qədər uyğun gəldiyi dərəcədə doğrudur.
Makedoniya – Vaşinqtonla Moskva arasında yeni mübarizə meydanı

Ötən həftə Rusiyanln xarici işlər naziri Sergey Lavrov deyib: “Tam dəqiqliklə söyləyə bilməsəm də, obyektiv şəkildə belə alınır ki, Makedoniyadakı hadisələr bu ölkənin hökumətinin Rusiyaya qarşı tətbiq edilmiş sanksiyalar siyasətinə qoşulmaqdan imtina etməsi, eləcə də Brüsseldə və okenaın o tayında bir çoxlarının kəskin şəkildə əleyhinə çıxış etdikləri “Türkiyə axını” qaz boru kəmərinin tikintisini Skopyenin fəal şəkildə dəstəkləməsi fonunda baş verir. Belə hisslər heç cür insanı tərk etmir ki, bu hadisələr arasında birbaşa əlaqə mövcuddur”.
Belə fərziyyənin irəli sürülməsi tamamilə başa düşüləndir. Belə ki, Kremldə Makedoniyada başlanmış siyasi böhranla bağlı şübhələr yaranmaya bilməzdi.
Makedoniya – Vaşinqtonla Moskva arasında yeni mübarizə meydanı

Ötən ilin dekabrında prezident Vladimir Putin bəyan etmişdi ki, Rusiya Ukraynadan yan keçərək Bolqarıstan ərazisindən Avropa İttifaqınadək(Aİ) çəkilməsi nəzərdə tutulan “Cənub axını” qaz boru kəmərinin çəkilməsi planlarından imtina edir. Elə bu vaxtlar Aİ həmin layihənin reallaşmaması üçün Bolqarıstan hökümətinə təzyiqlər etmişdi. Sözügedən layihəni dəstəkləyən, özü də həmin boru kəmərini çəkməyi Putinin dostlarından biri olan milyarderə həvalə edən hökümət növbədənkənar seçkilər nəticəsində dəyişdirildi, bununla da Rusiya çıxış nöqtəsindən məhrum oldu. Bu, Putini dayandıra bilmədi və o, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Türkiyə ərazisindən keçən qaz boru kəmərinin tikintisi barədə saziş imzaladı, belə ümidlə ki, sonradan onu Balkanlaradək uzatmaq mümkün olacaq.
Beynəlxalq ekspertlərin qənaətincə, Avropa İttifaqına daxil olmağa namizəd olan Serbiya sözügedən layihə barədə üzücü xatirələrə malikdir. Belə ki, boru kəmərini Bolqarıstan ərazisindən keçmədən Serbiyayadək çatdırmaq üçün onu Yunanıstan və Makedoniya ərazilərindən keçirmək lazım gələcək. ABŞ bunda israr edir ki, Yunanıstan Rusiyadan deyil, Azərbaycandan nəql olunacaq qazı Aİ-yə çatdırmağı nəzərdə tutan rəqabət qabiliyyətli qaz boru kəməri layihəsini dəstəkləsin.
Makedoniyaya gəlincə, “Cənub axını” qaz boru kəmərinin çəkilməsi planları barədə elan edildikdən iki ay sonra müxalifət lideri
Makedoniya – Vaşinqtonla Moskva arasında yeni mübarizə meydanı
Zoyan Zayev ölkə rəhbərlərinin məxfi danışıqlarını mətbuatda dərc etməyə başladı. O, deyib ki, baş nazir Nikolı Qriyevskinin hökuməti tərəfindən genişmiqyaslı izləmələr kampaniyası çərçivəsində əldə etdikləri danışıqların audioyazısı ona hansısa ifşaedici tərəfindən çatdırılıb. Burada gedən açıq, bəzən hətta olduqca kobud söhbətlər bir çox məsələlər, hətta siyasi rəqiblərə qarşı güc tətbiq edilməsindən, seçkilərdə saxtakarlıq edilməsindən Qruyevskiyə Daxili İşlər Nazirliyinin hesabına “Mersedes” alınmasınadək məsələlərdən gedir. Audioyazı dərc olunduqdan sonra həm ölkənin daxili işlər naziri, həm də ölkənin Kəşfiyyat İdarəsinin rəhbəri istefa verib.
Bu, makedoniyalıları o qədər qəzəbləndirib ki, hətta müxalifətlə heç bir əlaqəsi olmayan ölkədəki alban azlığı ölkənin paytaxtı Skopyedə bazar günü başlanmış izdihamlı mitinqlərə qatılıb.
Bunun ertəsi günü artıq 10 ildir ki Makedoniyaya rəhbərlik edən baş nazir cavab mitinqi keçirib. O, səslərin gizlicə yazılmasını “böyük dərs” adlandırıb. Zayevi tənqid atəşinə tutan hökümət başçısı onu “xaricilərin oyuncaq rejimi” və “ssenari müəllifi” adlandırıb. Öz tərəfdarlarına deyib ki,” xarici xüsusi xidmət orqanlarının hakimiyyətə gətirdiyi bir baş naziri təsəvvür edin”.
Putini komandası üçün bu, tanış vəziyyətdir. Belə ki, hadisələr 2013-2014-cü illərdə Ukraynada baş vermiş hadisələrə bənzər cərəyan edir. Məlum olduğu kimi, orada korrupsiyaya qurşanmış Viktor Yanukoviç qəzəblənmiş xalqın üsyanı nəticəsində devrildi.
Kreml belə hesab edir ki, belə çevrilişləri Birləşmiş Ştatlar 2003-cü ildə Gürcüstanda, 2005-ci ildə Ukraynada, 2009-cu ildə Moldovada, eləcə bəzi keçmiş sovet respublikalarında moskvameylli rejimləri devirməyə az-çox uğurlu cəhdlər edib. “Ərəb baharı” kimi hakimiyyət çevrilişləri də, Putinin nöqteyi-nəzərincə,
Makedoniya – Vaşinqtonla Moskva arasında yeni mübarizə meydanı
ABŞ tərəfindən hazırlanmış inqilablar siyahısına düşür.
Bir çox sadə rus vətəndaşları da qiyamlar nəzəriyyəsinə inanır, axı burada müəyyən qədər də olsa, həqiqət mövcuddur. Belə ki, ABŞ və onun müttəfiqləri həqiqətən də, xüsusilə də Krımın zorla öz ərazisinə birləşdirlməsindən sonra Rusiyanın təsir və nüfuz dairəsini məhdudlaşdrmağa çalışırlar. Onlar eləcə də, Putinin təbii qazın nəqlindən siyasi təzyiq vasitəsi kimi istifadə etməyə meylliliyindən çox ehtiyatlanırlar. Çünki Rusiya dövlət başçısı ona qarçı çıxanlar üçün qazın qiymətini artırır, öz müttəfiqləri üçünsə aşağı salır.
Rusiya Skopyedəki səfirliyinin əməkdaşlarının sayını son vaxtlar xeyli artırıb və Quriyevskinin xarici agentlər barədəki açıqlamalarını təkrarlamağa başlayır. Lakin Moskva çürüməkdə olan və makedoniyalıların etimadını itirmiş bir rejimin hakimiyyətdə qalmasına çətin ki nail ola bilsin. Gizlin söhbətlər barədə danışıqların ifşa olunması isə yerli əhalinin öz hökumətinə etimadsızlıq göstərməsi üçün çox ciddi əsasdır.
Elxan QASIMOV


Paylaş



Bölmə: Siyasət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!